Məhkəmə qərarları › İş №2(008)-411/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-411/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-411/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin işçilərinin hərəkətlərinin qanunsuz hüsab edilməsi, ona yazılmış 513,52 manat şübhəli su borcunun silinməsi 6 ildə ona dəymiş 2*** manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Bütün kommunal xərcləri vaxtında ödəyir. xx.xx.2018-ci ildə Cavabdeh-nin işçiləri tərəfindən yaşadığı həyətə su çəkilib və sayğac quraşdırıldı. Əlavə olaraq 8 kub su limiti ona verildi ki, kart alana qədər o, sudan istifadə etsin. Həyətində 60-cı illərin quyusu olduğu üçün o, içməli sudan az istifadə edirdi bir sözlə çaya və yeməklərə. Bir neçə vaxtdan sonra o, Bakıxanov qəsəbəsində yerləşən Xasməmmədov küç. 7 Cavabdeh-nin filialına gedib ona su sayğacı kartını verməyi xahiş etmişdir, lakin ona dedilər ki, onun 513,52 manat borcun var. O, soruşanda nə borcu dedilər ki, köhnə borc. Rəhbər işçilərin yanına getmişdir və soruşmuş ki, sayğac çəkilən günə qədər onun yaşadığı ünvanda heç vaxt su xətti olmayıb bu nə borcdur? Heç bir müsbət cavab almamışdır. Dövlət idarəsində işlədiyi üçün bu işlərlə məşğul ola bilməmişdir. Mətbəxdə istifadə olunan suları marketlərdən almağa məcbur olmuşdur. Bir 10 litirlik su balonlarınında qiyməti 3 azn, 5 azn arasında dəyişir. Bəzəndə öz şəxsi avtomobili ilə uzaq məsafədən balonlara doldurub evə gətirmiş bu da benzin sərfiyyatı deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi X4 izahət verərək bildirmişdir ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, iddiaçı 513.52 (beş yüz on üç manat əlli iki qəpik) manat məbləğində borcun hesablanmasının əssaız olduğunu iddia edir. Bununla əlaqədar bildirir ki, ”Azərsu” ASC ilə xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən İddiaçı (ünvan Kürdəxanı qəsəbəsi, İlqar Quliyev küçəsi, ev 25) su ilə təchiz edilmişdir (abonent kodu: 01293025***00). İddiaçının ünvanına hesablanmış 513.52 manat borc illər üzrə (2007- 2016-cı illər üzrə 393 manat və 2016-2017-ci illər üzrə 120.52 manat) istifadə olunmuş suyun dəyərinin ödənilməməsi nəticəsində yaranmış borcdur. Abonentin istifadə etdiyi suyun dəyəri xx.xx.2018-ci il tarixində sayğac quraşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” nın 7.4 və 7.5-ci bəndinə əsasən ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun 4 (dörd) nəfər olmaqla ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən aparılmışdır. O, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suyun dəyərini ödəməmiş, nəticədə 513.52 (beş yüz on üç manat əlli iki qəpik) manat borcu yaranmışdır. "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə abonentin ünvanına hər ay bildiriş göndərilmiş, lakin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 2024-cü ilə dair market tərəfindən Cavarov Elçin adına verilən qəbzlərdən görünür ki, İddiaçı marketdən içməli su almışıdr. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 727 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 01293025***00 nömrəli abonent İddiaçı məxsus salodan görünür ki, abonentin 2007-ci ildən 2017-ci ilədək sudan istifadə etməsinə dair sudan istifadə edir və 513.52 manat borcu yaranmışdır.. İddiaçı tərəfindən mülki iş matriallarına mağazdan alınmış suya dair balon və su quyusunun fotoşəkli əlavə elavə edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti” X7 Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 1316-5-7/2-Ə-151/2024 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu İ.Quliyev küçəsi ev 25 (01293025***00) ünvanında yerləşən fərdi yaşayış evinizə xx.xx.2007 ci il tarixindən xidmət göstərilir. Sizin fərdi yaşayış evinə sayğac xx.xx.2018-ci ildə quraşdırılmışdır. Qeyd olunan ünvanda müqavilə tarixindən sayğac quraşdırılanadək olan dövrdə hesabat 4 nəfər ailə tərkibinə əsasən 30 günlük dövr üçün 20m3 hesablanmışdır. Sudan istifadə qaydalarının 7.11 bəndinə əsasən İstehlakçı ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. Sizin rəsmi müraciətiniz qeydə alınmamışdır. Sizin xx.xx.2024 cü il tarixinə 531.52 manat borcunuz var. Ödənişi təmin etməyiniz xahiş olunur. Borcu hissəli ödəniş protokolu bağlayaraq aylar üzrə ödəyə və eyni zamanda smart kart alaraq ödəniş edib sudan istifadə edə bilərsiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Beləlikə iddiaçı Azəru ASC tərəfindən iddiaçıya hesablanmış 513.52 manat borcun silinməsini xahiş etsədə, iddiaçıya məxsus saldodan görünür ki qeyd edilə borc məbləği 2007-ci il tarixdə 2017-ci ilin sonunadək sudan istifadəyə görə yarnmış borc məbləğidir. İddiaçı həmin tarixlərdə o yaşağı ünvanda suya olan təlabatını quyu suyu ilə və içmək üçün mağaza suyu ilə ödədiyini bildirərərk buna dair fotoşəkil və suyun marketdən alınmasına dair qəbzlər təqdim etsədə, məhkəmə sözügedən sübutları möhtəbər sübüut hesab etmir. Belə ki, borc məbləği 2017-ci ilə qədər olan dövrü əhatə etdiyinə baxmayayarq iddiaçının mağazadn su almasına dair qəbzlər 2024-cü ilə aitdir. Bundan başqa iddiaçının iş matriallarına əlavə etdiyi suquyusuna dair fotoşəkil, su quyusunun məhz iddiaçının hhəyəti olması və onun işlək vəziyyətdə olması və iddiaçının 2017-ci ilə qədər həmin quyudan istifadə etməsini təsdiq etmədiyindən iddia tələbi 513.52 manat borcun silinməsi hissəsində təmin edilə bilməz. Bundan əlavə məhkəmə iddia tələbinin 2*** manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və X2 qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar