Məhkəmə qərarları › İş №2(008)-4132/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4132/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4132/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefon üçün 540 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulunun; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 2446 manat ödənilməmiş hissə, 601 manat dəbbə pulunun; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********22930 İphone X markalı telefon üçün 1696 manat ödənilməmiş hissə, 537 manat dəbbə pulunun; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 2090 manat ödənilməmiş hissə, 561 manat dəbbə pulu olmaqla, ümumilikdə 8639 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefon, Samsung markalı televizor, İMEİ kodu **********22930 İphone X markalı telefon, Samsung Led markalı televizor almış və nəticədə 8639 manat məbləğində borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 2951 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh həmin əşyaları ayrı adam üçün aldığını bildirmiş və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. -Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefon; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə Samsung Led markalı televizor; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kodu **********22930 İphone X markalı telefon; xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Samsung markalı televizor almış və onların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; -«xxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 960 manat olan İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefon üçün cəmi ödədiyi məbləğ 420 manat, ödənilməmiş əsas borcu 540 manat, cərimə borcu 168 manat olmaqla, cəmi 708 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 3385 manat olan Samsung markalı televizor üçün cəmi ödədiyi məbləğ 939 manat, ödənilməmiş əsas borcu 2446 manat, cərimə borcu 601 manat olmaqla, cəmi 3047 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 2791 manat olan İMEİ kod **********22930 İphone X üçün cəmi ödədiyi məbləğ 1095 manat, ödənilməmiş əsas borcu 1696 manat, cərimə borcu 537 manat olmaqla, cəmi 2233 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 2587 manat olan Samsung Led markalı televizor üçün cəmi ödədiyi məbləğ 497 manat, ödənilməmiş əsas borcu 2090 manat, cərimə borcu 561 manat olmaqla, cəmi 2651 manat, ümumi ödənilməmiş borcu cəmi 8639 manat təşkil edir; -xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefonun aylıq ödəniş məbləği 40 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Led markalı televizorun aylıq ödənişi 104 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********22930 İphone X markalı telefonun aylıq ödənişi 199 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung markalı televizorun aylıq ödənişi 118 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -«xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış İMEİ kod **********20240 Samaung Galaxy A3 markalı telefon üçün 168 manat; Samsung markalı televizor üçün 601 manat; İMEİ kod **********22930 İphone X markalı telefon üçün 537 manat; Samsung Led markalı televizor üçün 561 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, İMEİ kod **********20240 Samaung Galaxy A3 markalı telefon üçün dəbbə pulunun 54 manat; Samsung markalı televizor üçün dəbbə pulunun 244 manat; İMEİ kod **********22930 İphone X markalı telefon üçün 169 manat; Samsung Led markalı televizor üçün dəbbə pulunun 209 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********20240 Samsung Galaxy A3 markalı telefon üçün 540 (beş yüz qırx) manat əsas, 54 (əlli dörd) manat məbləğində cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 2446 (iki min dörd yüz qırx altı) manat əsas, 244 (iki yüz qırx dörd) manat cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********22930 İphone X markalı telefon üçün 1696 (min altı yüz doxsan altı) manat əsas, 169 (yüz altmış doqquz) manat cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor üçün 2090 (iki min doxsan) manat əsas, 209 (iki yüz doqquz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7448 (yeddi min dörd yüz qırx səkkiz) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar