Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4140/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.08.2019-cu il tarixli müqaviləyə əsasən HP notebook, X5 notebook çantası, Trust markalı Mouse üçün 616 manat ödənilməmiş hissə, 184 manat dəbbə, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway üçün 909 manat ödənilməmiş hissə, 252 manat dəbbə, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən Smart Segway üçün 370 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu borcu, ümumilikdə 2442 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 08.08.2019-cu il, 24.09.2019-cu il və 07.10.2019-cu il tarixli müqavilələrə əsasən HP notebook, X5 notebook çantası, Trust markalı Mouse, İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway, Smart Segway almış və nəticədə 2442 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 08.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1059 manat olan HP notebook, X5 notebook çantası, Trust markalı Mouse üçün ümumilikdə 800 manat olmaqla, ondan 616 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1805 manat olan İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway üçün ümumilikdə 1161 manat olmaqla, ondan 909 manat ödənilməmiş hissə, 252 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444 manat olan Smart Segway üçün ümumilikdə 481 manat olmaqla, ondan 370 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu pulu borcu yaranmışdır. Cavabdeh 24.09.2019cu il tarixli müqaviləyə əsasən 07.10.2019-cu il tarixində Smart Segway məhsuldan imtina etmiş və məhsul 468 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1413 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında qeyd etdi ki, iddiaçya borcu var, lakin pandemiya ilə əlaqədar ödəniş edə bilmir. Xahiş edir ki, mümkündürsə iddia rədd edilsin, o da ödənişlərini etməyə davam etsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il, 24.09.2019-cu il və 07.10.2019-cu il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə HP notebook, X5 notebook çantası, Trust markalı Mouse, İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway, Smart Segway satmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hal-hazırda “xxxx” MMC-yə aralarında bağlanmış həmin müqavilələr üzrə 1895 manat əsas, 547 manat cərimə, cəmi 2442 manat borcu yaranmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış 11.06.2020ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 547 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 54 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən HP notebook, X5 notebook çantası, Trust markalı Mouse üçün 616 manat ödənilməmiş hissə, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway üçün 909 manat ödənilməmiş hissə, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən Smart Segway üçün 370 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu borcu, ümumilikdə 1949 manat borc və 30 manat ödənilmiş dövlət rüsum cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08.08.2019-cu il tarixli müqaviləyə əsasən HP notebook, X5 notebook çantası, Trust markalı Mouse üçün 616 manat ödənilməmiş hissə, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60969 olan Samsung Galaxy A70 markalı telefon, Samsung Galaxy Buds, 2 ədəd Smart Segway üçün 909 manat ödənilməmiş hissə, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən Smart Segway üçün 370 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu borcu, ümumilikdə 1949 manat borc və 30 manat ödənilmiş dövlət rüsum Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4140/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4140/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver