Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4167/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı “xxxxxxxxxxx” X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefon, qoruyucu şüşə, qulaqlıq üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefon üçün 414 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu borcu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Classic Segway üçün 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu borcu, ümumilikdə 1483 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqa, cəmi 1513 manatın cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefon, qoruyucu şüşə, qulaqlıq, Hoffmann markalı mini soba, İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefon, Classic Segway almış, nəticədə 1483 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 482 manat (20 ay x 24 manat+2 manat ilkin ödəniş) olan İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefon, qoruyucu şüşə, qulaqlıq üçün ümumilikdə 422 manat olmaqla, ondan 384 manat ödənilməmiş hissə, 36 manat (0.24 manat x 150 gün) güzəşt edilərək 38 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 198 manat (11 ay x 18 manat+0 manat ilkin ödəniş) olan Hoffmann markalı mini soba üçün ümumilikdə 118 manat olmaqla, ondan 108 manat ödənilməmiş hissə, 32 manat (0.18 manat x 180 gün) güzəşt edilərək 10 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 460 manat (20 ay x 23 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefon üçün ümumilikdə 455 manat olmaqla, ondan 414 manat ödənilməmiş hissə, 62 manat (0.23 manat x 270 gün) güzəşt edilərək 41 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat+0 manat ilkin ödəniş) olan Classic Segway üçün ümumilikdə 488 manat olmaqla, ondan 444 manat ödənilməmiş hissə, 111 manat (0.37 manat x 300 gün) güzəşt edilərək 44 manat cərimə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 234 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 1483 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır.Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cq maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normasına əsaslanaraq məhkəmə hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, iddiaçı İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefonu, qoruyucu şüşəni, qulaqlığı, Hoffmann markalı mini sobanı, İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefonu və Classic Segwaynı cavabdehə satmış və ödəniş cədvəlləri tərtib edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə aralarında bağlanmış müqavilələr üzrə 1483 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 1483 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefon, qoruyucu şüşə, qulaqlıq üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefon üçün 414 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu borcu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Classic Segway üçün 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu borcu, ümumilikdə 1483 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1513 manat cavabdehdən alınaraq “xxxxxxxxxxx” X1 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09122 Samsunq Galaxy A10 marakalı telefon, qoruyucu şüşə, qulaqlıq üçün 384 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28959 Samsunq Galaxy A10 marakalı telefon üçün 414 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu borcu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Classic Segway üçün 444 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu borcu, ümumilikdə 1483 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu omaqla, cəmi 1513 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4167/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4167/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver