Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4169/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-ninCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMCCavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefon üçün 840 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulunun; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı telefon üçün 704 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulunun; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung Led markalı televizor üçün 693 manat ödənilməmiş hissə, 198 manat dəbbə pulu, ümumilikdə 2867 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefon, İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı telefon və Samsung Led markalı televizor almış və nəticədə 2867 manat məbləğində borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 477 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. -Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefon; xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı telefon; xx.xx.2018-ci il tarixli müqaviləsi ilə Samsung Led markalı televizor almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -«xxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 960 manat olan İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefon üçün cəmi ödədiyi məbləğ 120 manat, ödənilməmiş əsas borcu 840 manat, cərimə borcu 216 manat olmaqla, cəmi 1056 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 960 manat olan İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı üçün cəmi ödədiyi məbləğ 256 manat, ödənilməmiş əsas borcu 704 manat, cərimə borcu 216 manat olmaqla cəmi 920 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 794 manat olan Samsung Led markalı televizor üçün cəmi ödədiyi məbləğ 101 manat, ödənilməmiş əsas borcu 693 manat, cərimə borcu 198 manat olmaqla, cəmi 891 manat, ümumi ödənilməmiş borcu cəmi 2867 manat təşkil edir; -xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefonun aylıq ödəniş məbləği 40 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı telefonun aylıq ödənişi 40 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Led markalı televizorun aylıq ödənişi 33 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -«xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış Samsung Galaxy markalı telefon üçün 216 manat; Samsung Galaxy A3 markalı telefon üçün 216 manat; Samsung Led markalı televizor üçün 198 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, Samsung Galaxy markalı telefon üçün dəbbə pulunun 84 manat; Samsung Galaxy A3 markalı telefon üçün dəbbə pulunun 70 manat; Samsung Led markalı televizor markalı telefon üçün 70 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********99560 Samsung Galaxy markalı telefon üçün 840 (səkkiz yüz qırx) manat əsas, 84 (səksən dörd) manat məbləğində cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47814 Samsung Galaxy A3 markalı telefon üçün 704 (yeddi yüz dörd) manat əsas, 70 (yetmiş) manat cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung Led markalı televizor üçün 693 (altı yüz doxsan üç) manat əsas, 70 (yetmiş) manat cərimə borcu məbləğində, cəmi 2461 (iki min dörd yüz altmış bir) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4169/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4169/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver