Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4189/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4232147A157 nömrəli kredit müqaviləsinə yaranmış öhdəliklərin icrasına təminat olaraq bağlanılmış xx.xx.2021-ci il tarixli, Z- RGTK4232147A157 nömrəli zaminlik müqaviləsinə əsasən onun kart hesablarından tutulmuş və ödədiyi ümumi 38278,57 (otuz səkkiz min iki yüz yetmiş səkkiz manat 57 qəpik) manat pulun, arayış almaq üçün ödədiyi 30 (otuz) manat rüsumun və iddia ərizəsinin verilməsi ilə bağlı ödədiyi 204 manat dövlət rüsumunun, cəmi 38512,57 (otuz səkkiz min beş yüz on iki manat, 57 qəpik) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4232147A157 nömrəli kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə, illik 26.83% (faktiki illik faiz dərəcəsi 27.25%) dərəcəsilə 26017.68 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2021-ci il tarixli, Z-RGTK4232147A157 nömrəli zaminlik müqaviləsi ilə İddiaçı zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Lakin Cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinin hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh borcu vaxtı-vaxtında ödəmədiyindən kredit borcu onun kart hesablarından tutulmağa başlamışdır. xx.xx.2022-ci il - xx.xx.2024-cü il tarixləri arasında onun kart hesablarının birindən 375 manat, digərindən isə 14499.97 manat vəsait silinmişdir. xx.xx.2024-cü il tarixdə 692 manat, xx.xx.2024-cü il tarixdə 692 manat, xx.xx.2024-cü il tarixdə 22019.60 manat ödəniş edərək bütün borcu bağlamışdır. O, həmin kredit müqaviləsi üzrə ümumi olaraq 38278,57 (otuz səkkiz min iki yüz yetmiş səkkiz manat 57 qəpik) manat pul ödəmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edərək borcu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, RGTK4232147A157 nömrəli Müqavilə üzrə Borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Zamin Kreditor qarşısında Borcalanla birgə məsuliyyət daşımışdır. Müqavilə üzrə Kreditor "xxxx" ASC, Zamin İddiaçı Abbbas oğlu, Borcalan Cavabdehdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 04/02 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Kürdəmir filialında xx.xx.2021-ci il tarixində rəsmiləşmiş RGTK4232147A157 nömrəli müqavilə zamin durduğu kredit üzrə heç bir borc öhdəliyi yoxdur. Zaminlik müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 630 nömrəli "xxxx" ASC-nin Quba filialının arayışından görünür ki, xx.xx.2024 tarixində xx.xx.2021-ci il tarixli RGTK4232147A157 müqavilə nömrəli zamin durduğu kreditə kassa vasitəsilə kreditin bağlanması ödənişi olaraq 22019,60 vəsait ödəmişdir. 685410597 nömrəli qəbin surətindən görünür ki, 692 manat borc məbləğindən ödəniş etmişdir. ********** nömrəli qəbzin surətindən görünür ki, 692 manat borc məbləğindən ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə Nümayəndə 22019.60 manat borc məbləğindən ödəniş etmişdir. "xxxx" QSC ilə Nümayəndə arasında olan Sazişdən görünür ki, Nümayəndə 36 ay müddətinə 23 faizlə 23000 manat kredit verilmişdir. Kredit Müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 862 manat müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 204 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onуn icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə araşdırması zamanı məlum olur ki, xx.xx.2021-ci il tarixli, RGTK4232147A157 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilə üzrə əsas borclu Cavabdeh Rəhman oğlu, zamin isə Nail Nümayəndə oğlu olmuşdur. Borc öhdəliyi əsas borclu tərəfindən icra edilmədiyindən, zamin İddiaçı müqavilə üzrə öhdəliyi icra etmişdir. Lakin iddiaçı borc öhdəliyini 38278.57 manat hissəsində icra etdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş arayış və qəbzlərin surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixlər arasında 375 manat, **********143785157 kart hesabından isə 14499.97 manat vəsaiti silinmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzə əsasən 692 manat, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 692 manat ödənildiyi məlum olsa da, Kapital Bank ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ümumi olaraq xx.xx.2024-cü il tarixədək 14874.97 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin digər xx.xx.2024-cü il tarixli arayışından isə məlum olur ki, iddiaçı tərəfindən 22019.60 manat borc məbləğindən ödənilmişdir. Belə olan halda iddia tələbi təmin edilərək sözügedən kredit müqaviləsi üzrə ödənilmiş pul məbləğinin 36894.57 manat (14874.97+22019.60) hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qismən , yəni 200.68 manat hissədə tutularaq iddiaçıya ödənilməldir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 30 manat bank rüsumu da cavabdehədn iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tələbi təmin edilsin. Kredit müqaviləsi üzrə ödənilmiş 36894.57 (otuz altı min səkkiz yüz doxsan dörd manat, əlli yeddi qəpik) manat pul məbləğii, 200.68 (iki yüz manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu və 30 (otuz manat) manat bank rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4189/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4189/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver