Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4201/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-4020/2016 №-li xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər üşağa görə 220 manat sabit pul məbləğində alimentin. 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin nikahlarından yetkinlik yaşına çatmamış iki uşağı var - xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6. Bərdə rayon Məhkəməsinin 2(021)-4020/2016 №-li xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən hər uşaq üçün hər ay 90 manat aliment tutulmuşdur. Uşaqların yaşlarının artması səbəbindən həmin aliment onların saxlanmasına kifayət etmir. Cavabdeh heç bir maddi yardım göstərmir. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təyin olunmuş 180 manat alimentlə razılaşaraq, uşaqlarının sağlam və gümrah böyüməsi üçün çətin işlərə can ataraq alimenti ödəmişdir. 2020-ci ildə yıxılmış, ayağından travma almış, əməliyat olmuşdur, lakin dostlarından borc alıb alimenti ödəmişdir, ağır işlərdə işləyə bilmir, "xxxx" MMC-də tərəzi operatoru işləyir və 440 manat əmək haqqı alır. İddiaçı estetik klinikada doktor işləyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiçı işləmir, cavabdeh qeyrirəsmi maşın alveri ilə məşğuldur. «Getcontact» proqramından cavabdehin adının maşın alverçisi kimi qeyd olunduğu müşahidə olunur. Neçə illər ərzində alimentin artırılması barədə iddia verməmişdilər. Uşaqr artıq böyüyüblər. İddiaçı orta-texniki təhsillidir, o, heç bir halda həkim işləyə bilməz. İddiaçı uşaqları travma yaşamasınlar deyə onların ataları ilə görüşmələrini istəyir, ata isə uşaqları ilə görüşmək istəmir, müxtəlif bəhanələrlə aliment ödəməkdən çəkinmək istəyir. Hazl-hazırda da cavabdeh birinci iclasdan sonra işə girib ki, onun əmək haqqına görə aliment tutulmasın. Məhkəmə iclasında Cavabdeh izahat verərək qşeyd etdi ki, iddiaçı həkimkosmetoloqdur, yüksək təminatlıdır, o, isə yeni işə düzəlib, 400 manat məbləğində əmək haqqı alır, ikinci ailə qurub, arvadı hamilədir, onun həkimi məzuniyyətdə olduğna görə bu barədə arayış təqdim edə bilmir. İki uşağa 250 manat aliment ödəməyə razıdır. Məhkəmə iddiaçı tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var: xx.xx.2012-ci il tarixdə doğulmuş X5, xx.xx.2014-cü il tarixdə doğulmuş X6 (036019 və 345312 №0li doğum haqqında şəhadətnamələr). Bərdə rayon Məhkəməsinin 2(021)-4020/2016 №-li xx.xx.2016-cı il tarixli qətnaməsilə iddiaçı ilə cavabdehin aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 analarının yanında saxlanılmış, hər uşaq üçün hər ay cavabdehdən 90 manat, cəmi 180 manat məbləğində aliment tutulmuşdur. Hal-hazıradək alimentin artırılması olmamışdır. İddiaçının rəsmi iş yeri barədə elektron məhkəmə sistemində məlumat aşkar olunmamış, cavabdehin "xxxx" MMC-də soba operatoru işləməsi və 400 manat məbləğində əmək haqqı aldığı (özünün etirafına görə 440 manat) müəyyən olunmuşdur. İddiaçı ikinci dəfə evlənib, arvadınqın hamilə olmasını birinci iclasdan bildirsə də, buna dair sübut təqdim etməyib. Hazırda iddiaçı alimentin miqdarını hər uşağa görə 90 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qətnamə çıxandan sonra bir neçə dəfə uşaqlar üçün yaşayış minimumu artmış olsa da, iddiaçı məhkəməyə alimentin artırılması tələbilə müraciət etməyib. 90 manat aliment təyin olunan vaxt 4 və 2 yaşında olan yşaqlar artıq 11 və 9 yaşındadılar, məktəblidilər. Bundan başqa, 90 manat aliment təyin olunan vaxt cavabdeh iləmirdi, hazırda işləyir, yəni onun da maddi vəziyyətində yaxşılaşma müşahidə olunur. Cavabdehin iki uşağa görə ödədiyi alimentin cəmi hazırda bir uşaq üçan üçün nəzərdə tutulmuş yaşayış minimumundan azdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər, 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.1-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndinə əsasən Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə cavabdehin ikinci ailəsinin oluduğun nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli və hər uşağa görə hər ay 200 manat məbləğində aliment tutulmalı, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin hallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-4020/2016 №-li xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90 manat alimentin məbləği artırılaraq hər ay hər üşağa görə 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-4020/2016 №-li xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90 manat alimentin məbləği artırılaraq hər ay hər üşağa görə 200 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4201/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4201/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver