Məhkəmə qərarları › İş №2(008)-4223/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4223/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4223/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Yasin oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Yasin oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh1 Yasin oğlunun onun hüquqi varisləri X1 və Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 Yasin oğlu 24.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 16 faizlə 24 ay müddətinə 89000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Qeyd olunan kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixədək Cavabdeh1 Yasin oğlunun banka 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Yasin oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 Yasin oğlu arasında bağlanmış 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 89000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 24.05.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 Yasin oğluna 88847 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 Yasin oğlundan müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 03.05.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 Yasin oğlunun 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə banka 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Yasin oğlu 03.09.2016-cı ildə Bakı şəhərində ölmüşdür. İşdə olan Bakı şəhəri 16 saylı Notariat Kontorunun 26.09.2017-ci il tarixli məktubundan görünür ki, 03.09.2016-cı il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Yasin oğlunun vəfatından sonra 26.11.2016-cı il tarixdə onun vərəsələri, oğlu X1 və qızı Cavabdeh2 vərəsəlik işinin açılması ilə əlaqədar Bakı şəhəri 16 saylı notariat kontoruna müraciət etmişlər. AR Mülki Məcəlləsinə və AR Notariat Haqqında qanuna uyğun olaraq şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, 22 aprel 2017-ci il tarixdə mərhumdan qalmış miras əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mərhumun vərəsələrinə təqdim olunmuşdur. Miras qoyulmuş əmlaklar məktuba əlavə olunmuş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 Yasin oğlu arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, cavabdeh Cavabdeh1 Yasin oğlunun hüquqi varisi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24.05.2013-cü il tarixli, 3- D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulmalı, tərəflər arasında bağlanmış 24.05.2013-cü il tarixli, 3-D5- 12-0-250-13 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Yasin oğlunun hüquqi varisi Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə 1900.46 manat faiz borcu olmaqla, ümumilikdə 1900.46 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 Yasin oğlu arasında bağlanmış 24.05.2013-cü il tarixli, 3- D5-12-0-250-13 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar