Məhkəmə qərarları › İş №2(008)-4280/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4280/2022

14.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4280/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 Cavabdeh Azərenerji ASC-nin nümayəndəsi Orxan Kamal oğlunun iştirakları ilə, İddiaçı X1 Cavabdehdehlər Cavabdeh MMC-yə qarşı işə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək əmlakına dəymiş zərər məbləğinin qalan 300 manat hissəsinin və 30 manat dövlət rüsumunun tutulması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində Bakı kənar dairəvi yol ilə Badamdar istiqamətində hərəkətdə olarkən ona məxsus **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı KİA Sportage markalı maşınına boya ilə rəng örtüyünə zədə dəymişdir. "xxxx" ASC-nin məhsul şəxsi İlqar Orucov əmlaka dəymiş ziyanı etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya 100 manat ödənilmişdir. İddiaçı hadisədən sonra öz avtomobilini təmir elətdirib 400 manat vəsait xərcləmişdir. Çatışmayan məbləğ tələb edildikdə imtina edilmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən əsl olmayan cavabdeh əsl Cavabdeh MMC ilə əvəz edilmiş və iş aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Orxan Kamal oğlu iş üzrə izahat verərək qeyd etdi ki, baxmayaraq ki, cavabdehin hər hansı bir hüquq zidd hərəkəti olmamış, iddiaçının avtomobilinə dəymiş ziyan tərəflərindən halallıq mənasında tam ödənilmişdir. Xahiş edir ki, iddia rədd edlsin. Məhkəmə cavabdeh tərəfln izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh MMC ********** qeydiyyat nöməsi ilə xx.xx.2004-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır xx.xx.2022-ci il tarixdə Yasamal rayonu kənar dairəvi yolun birinci xətt istiqamətinin üzərində xəbərdar edici nişan qoyandan sonra 220 kv-luq magistral hava leektrik xəttinin 54 saylı anker dayağı rənglənən zaman külək əsdiyinə görə boya dənəcəkləri yol ilə hərəkət edən iddiaçıya məxsus **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı KİA Sportage markalı avtomobilin üzərinə düşmüşdür. Yasamal RPİ-nin 28-ci PB tərəfindən cinayət hadisəsi müəyyən olunmadığı üçün xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 100 manat məbləğ ödənilmişdir (ödəniş qəbzi). İddiaçı tərəfindən iddia ərizəsinə "xxxx" ASC tərəfindən tərtib edilmiş 05/8 №-li xx.xx.2022-ci il tarixli arayış əlavə edilmişdir. Həmin arayışa əsasən **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı KİA Sportage markalı avtomobilə rəngsaz işlərinin görülməsi üçün 400 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı əlavə 300 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belliklə, ziyanın tələb edilməsi üçün zərər vuranın təqsirli, hüquqa zidd əməli sübut olunmalıdır. Qeyd edildiyi kimi, cinayət işinin başlanılması rədd edilmiş, həmin qərarda AR İXMnin pozulması aşkar edilməmiş, cavabdehin hərəkətlərinin qanunsuz olmasını təsdin edən hər hansı bir qərar qəbul edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 400 manatıın ödənilməsini təsdiq edən hər-hansı bir rəsmi ödəniş qəbzi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hətta həmin ödəniş qəbul edilsə belə, rəngsaz işlərinin məhz adıçəkilən hadisə ilə görülməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar