Məhkəmə qərarları › İş №2(008)-4313/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4313/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4313/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 2021-ci ildə baş etibarnamə ilə istifadəsində olan Mitsubishi Pajero markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş, bu barədə qonşusu və tanışı olan Cavabdeh demişdir. Cavabdeh ona avtomobili 7000 manata almaq istəyən olduğunu bildirmiş və o avtomobilini tanimadığı şəxsə 7000 manata satılması üçün cavabdehin təkidi ilə alıcıya etibarnamə verib. Lakin maşının dəyəri olan 7000 manat pulu alıcıdan Cavabdeh götürmüş, ehtiyacı olduğu üçün bir müddət sonra ona qaytaracağını bildirmişdir. Etiraz edərək onu polisə şikayət edəcəyini dedikdə cavabdeh bacısı və digər yaxınlarını ona xahişə göndərmişdir. Cavabdeh və yaxınları iddiaçıya olan borcu yaxın vaxtda ödəyəciyini bildirsələr də bugünə kimi 7000 manatı tam ödənilməyib. İddiaçı bugünə kimi hissə-hissə olmaqla cavabdeh tərəfindən cəmi 3150 manat pul qaytarıldığını, qalan 3850 manatı hələ də qaytarılmadığından, ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı həmin avtomobilini borclarını qaytarmaq üçün satışa çıxarmış, lakin cavabdeh ona olan borcunu qaytarmaması səbəbindən maddi vəziyyəti çətinləşib. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, cavabdehə aralarında rəsmi borc müqaviləsi olmadığından, danışdıqları watsapp səslərini məhkəməyə sübut kimi təqdim etmək məcburiyyətində qalmış, həmin watsapp səs yazılarını CD diskə yükləyərək məhkəməyə təqdim edir. Həmin səs yazılarında Cavabdeh iddiaçıya 3850 manat borcu olduğunu etiraf edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehdən 3850 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi ilə tənzimlənən borc münasibətləri təşkil edir. İş materiallarına əlavə edilmiş 2 ədəd CD vatsap səs yazılarından da göründüyü kimi Cavabdeh borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğundan 3850 (üç min səkkiz yüz əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar