Məhkəmə qərarları › İş №2(008)-4319/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4319/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4319/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 840 (səkkiz yüz qırx) manat, dövlət rüsumuna görə ödənilən 30 manat, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh anasının adına olan maşını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onunla Bakı şəhəri 23 saylı notariat ofisində icarə müqaviləsi bağlayaraq, anası İddiaçı adına olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BB180639 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********31 və buraxılış ili 2007ci il olan “KİA RİO” minik markalı **-DN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh, “İcarə verən” İddiaçı aylıq 600 manat 00 qəpik (altı yüz manat sıfır qəpik) icarə haqqı ödəməlidir və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə qalan 840 (səkkiz yüz qırx) manat borcunu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya formasında müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də o, əməl etməmişdir. Odur ki, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh müqavilənin şərtinə görə onun pulunu ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı mülkiyyətində olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BB180639 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********31 və buraxılış ili 2007-ci il olan “KİA RİO” minik markalı **-DN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq 600 manat icarə haqqı ödəməklə, xx.xx.2023-cü ilədək icarəçi Cavabdeh icarəyə vermişdir. -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -pretenziyadan görünür ki, İddiaçı 840 manat ziyanı 10 gün müddətində ödəmədiyi təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdar etmişdir. Məhkəmə, iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin: 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 2-ci bəndinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan “KİA RİO” minik markalı **-DN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq icarə haqqı 600 manat olmaqla, xx.xx.2023-cü il tarixədək Cavabdeh icarəyə vermişdir. Lakin İddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etsə də, icarə haqqını ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin məhkəmə, icarə haqqının məbləği ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, işin hallarından görünür ki, aylıq icarə haqqı 600 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə icarəyə verilmiş əmlakdan istifadə edərək, icarə haqqını ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh bir aylıq icarə haqqı, yəni 600 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar