Məhkəmə qərarları › İş №2(008)-432/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-432/2025

16.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-432/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər X20, X12, X7, X8, X5 və 4 saylı Bakı “Asan xidmət” mərkəzi olmaqla “sərmayə qoyulmuş pul vəsaitinin, ondan əldə edilmiş gəlirin və bank uçot dərəcəsi faizinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər X20, X12, X7, X8, X5 və 4 saylı Bakı “Asan xidmət” mərkəzi olmaqla “sərmayə qoyulmuş pul vəsaitinin, ondan əldə edilmiş gəlirin və bank uçot dərəcəsi faizinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərmayə qoyduğu 280.000 (iki yüz səksən min) manat pul vəsaitindən qalan 107.000 (yüz yeddi min) manatın, qoyulan sərmayə məbləğindən əldə edilən gəlirin otuz faizinin 4 ay üzrə 50.000 (əlli min) manat qazancın və pul öhdəliyinin icra edilməməsi üçün 5887.50 manat faiz məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin əvvəllərində mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 1A nömrəli 10 sot torpaq sahəsində olan iki mərtəbəli evini və digər əmlaklarını sataraq, övladı və nəvələrinə 4 ayrı-ayrı ev almaq qərarına gəlmiş, bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan çoxdan tanıdığı X9 bildirmişdir. Seymur ona Cavabdeh1 MMC-nin direktoru olan X13 adlı şəxsin onun əmlakına baxmaq istədiyini dedikdən sonra, X13 və Cavabdeh2 birlikdə gəlib onun evinə baxaraq qiyməti 400.000 manata yendirəcəyi halda ilkin olaraq, 120.000 ilkin ödəməklə qalan 280.000 manatın isə Novxanı qəsəbəsində olan kolbasa sexinə sərmayə qoyulmasını və həmin məbləğin 4 ay müddətində qazancla birlikdə geri qaytarılacağını son ödəmənin 30 may 2024-cü il tarixdə ediləcəyi barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixdə 4 saylı Notariat Ofisində Cavabdeh1 MMC-nin nümayəndəsi X20 ilə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 1A nömrəli 10 sot torpaq sahəsində olan iki mərtəbəli evin 400.000 manata satılması barədə müqavilə bağlanmış, həmin gün nağd şəkildə ona 120.000 manat pul verilmiş qalan 280000 manat isə X13 və Cavabdeh2 notariat kontorunda ondan alaraq getmişlər. Əvəzində ona xx.xx.2024-cü il tarixli Cavabdeh1 MMC-nin möhürü və Əlişir Cəfərovun imzası ilə təstiqlənmiş Novxanı qəsəbəsində yerləşən kolbasa sexinə sərmayə qoymağım barədə arayış verilmişdir. Həmin arayışa əsasən zavodun balansında olan 280.000 manat fevral, mart, aprel və may aylarında hər ay 70.000 manat əlavə qazancla birlikdə ona qaytarılacağı razılaşdırılmışdır. Lakin cavabdehlər ona qoymuş olduğu 280.000 manat sərmayədən 03 aprel 2024-cü ilə kimi 173.000 manat qaytarmış, hazırki vaxta kimi qalan 107.000 manat borcun qaytarılması barədə dəfələrlə vədlər verilsə də, heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, müvəqqəti təminat tədbiri barədə qərardad əsasında Cavabdeh1 MMC-nin Abşeron rayonu ərazisində olan sexə icra məmurları ilə birlikdə getdiyini sexdə heç bir avadanlığın olmadığını və bu barədə tərtib edilmiş aktın surətini təqdim edərək, iddia tələbin X6 vərəsələri olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Mülki iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı Notariat X3 ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 1A nömrəli 10 sot torpaq sahəsində olan iki mərtəbəli evin 400.000 manata alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh1 MMC-nin möhürü və Əlişir Cəfərovun imzası ilə təstiqlənmiş Novxanı qəsəbəsində yerləşən kolbasa sexinə sərmayə qoyması barədə arayış verilmişdir. Həmin arayışa əsasən zavodun balansında olan 280.000 manat fevral, mart, aprel və may aylarında hər ay 70.000 manat əlavə qazancla birlikdə ona qaytarılacaqdı. xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, mərhum X6 vərəsələri Cavabdeh3 və Cavabdeh4 cavabdeh kimi işə cəlb olunması və miras qoyanın əmlakından vərəsələrə düşən bərabər pay müqabilində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh4 məhkəməyə etirazla müraciət edərək, İddiaçı cavabdeh qismində onu, qardaşı Cavabdeh2 və anası Cavabdeh3 cəlb edilməsini əsassız hesab edərək, onların Cavabdeh1 MMC-yə heç bir aidiyyətinin olmadığını, onun, qardaşının mərhum atasının övladları olmaq, anasının isə onun həyat yoldaşı olması bu məsələ üzrə iddianın onlara yönləndirilməsi ilə nəticələnməməli olduğunu, mərhum X14 ilə, İddiaçı arasında olan mübahisə predmeti ilə heç bir əlaqələri olmadığını, təqdim edilmiş sənədlərdən də məlum olduğu kimi məsələ cavabdeh qismində adı qeyd edilən şirkətlə iddiaçı arasında olmuş bu da bir daha mübahisənin onlarla əlaqəli olmadığını göstərdiyindən, onların cavabdeh qismində qeydiyyata alınmaqlarına etiraz etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, atası Əlişir Cəfərov rəhmətə getməzdən bir neçə gün əvvəl İddiaçı arasında telefon danışığı olmuş, həmin danışıqda atasına təzyiq göstərdiyi və əssassız idda etdiyi də atası tərəfdən Rəfizadə Məhəmmədiliyə bildirilmiş və eyni zamanda səhhətinin yaxşı olmadığını da qeyd etmişdir. Bir neçə gün sonra isə atası özünə qəsd etmişdir. Bu iddia məsələsinin atasının sağlığında başladılmaması, onu özünə qəsd vəziyyətinə çatdıraraq sonradan övladlarına yönləndirmək isə İddiaçı planlarından biri olduğundan şübhələndiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədiyini, Cavabdeh1 MMC-yə heç bir aidiyyətinin olmadığını, atasının ölümündən sonra mirası qəbul etmədiyini, iddiaçı ilə danışıqlarında Cavabdeh1 MMC satılan zaman atasından qalan borcu ödəyəcəyini, mülki işdə 107.000 manat borc olmasını təstiq edən arayışda olan imzanın onun olmadığını, həmin arayışı atasının göstərişi ilə onun tərəfindən yazıldığını lakin imzanın atasına məxsus olduğunu, atasının borcun bir hissəsini qaytardığını 87.000 borc olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə qoyulmuş sərmayədən qalan məbləğ 107.000 (yüz yeddi min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh1 MMC-nin möhürü ilə təstiq edilmiş Arayışa əsasən 280.000 manat “Azəri Halal MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 1A nömrəli 10 sot torpaq sahəsində olan iki mərtəbəli ev X2. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 27 noyabr 2024-cü il tarixli cavabına əsasən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X10r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-xx-xx/21741/2025 nömrəli cavabına əsasən DİN Baş X28i İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "SC5022XXYBB53D Yük" markalı, ban nömrəsi: LSCBB53D37G048839 olan, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdən X6 adında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 yanvar 2025-il tarixli 3-21-3-30/2-1609/2025 nömrəli cavabına əsasən X6 adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Baş X28 İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından göründüyü kimi mərhum Əlişir Cəfərovun adına SC05022XX4BB53D “yük markalı” ** BU *** nömrə nişanlı avtomaşın vardır. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını işdə olan digər sənədləri qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. xx.xx.2024-cü il tarixdə 4 saylı Notariat Ofisində Cavabdeh1 MMC-nin nümayəndəsi X20 ilə onun arasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 1A nömrəli 10 sot torpaq sahəsində olan iki mərtəbəli evin 400000 manata alqı-satqı müqaviləsi bağlanmış, həmin gün nağd şəkildə ona 120.000 manat pul verilmiş qalan 280000 manat isə X13 və Cavabdeh2 notariat kontorunda ondan alaraq getmişlər. Əvəzində ona xx.xx.2024-cü il tarixli Cavabdeh1 MMC-nin möhürü və Əlişir Cəfərovun imzası ilə təstiqlənmiş Novxanı qəsəbəsində yerləşən kolbasa sexinə sərmayə qoymağı barədə arayış verilmişdir. Həmin arayışa əsasən zavodun balansında olan 280000 manat fevral, mart, aprel və may aylarında hər ay 70000 manat əlavə qazancla birlikdə ona qaytarılmalı idi. Lakin cavabdehlər ona vermiş olduğu 280000 manatdan 03 aprel 2024-cü ilə kimi 173000 manat qaytarmışdır. Hazırki vaxta kimi qalan 107000 manat borcun qaytarılması barədə dəfələrlə vədlər verilsə də heç bir ödəniş edilməmişdir. X1 ölümündən sonra onun vərəsələri 3 (üç) ay müddətində mirası qəbul etməkdən imtina etmədiklərindən mirası qəbul etmiş sayılırlar Belə olan halda xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, mərhum X6 vərəsələri Cavabdeh3 və Cavabdeh4 cavabdeh kimi işə cəlb olunması və miras qoyanın əmlakından vərəsələrə düşən bərabər pay müqabilində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsini məhkəmə əsaslı hesab edir. Eyni zamanda məhkəmə iclazında ifadə verən Cavabdeh2 izahatında xx.xx.2024-cü il tarixdə 107000 manat borcun qalması barədə qəbzin atasının sözləri ilə onun tərəfindən yazıldığını lakin qəbzdəki imzanın ona aid olmadığını etiraf etmişdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus 280.000 manat pul notariat kontorunda mərhum X13 və onun oğlu Cavabdeh2 tərəfindən götürülmüş, Cavabdeh1 MMC-yə sərmayə qoyulması adı ilə ələ keçirilmişdir. İddiaçıya Cavabdeh1 MMCnin adından Əlişir Cəfərov tətəfindən MMC-yə sərmaye qoyulması barədə arayış verilsə də, əslində həmin məbləğ MMC-nin balansına və nizamnamə kapitalına əlavə edilməmişdir. İşin bu halı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin şifahi məlumatı ilə də təstiq olunmuşdur. Müəyyən edilmişdir ki, Əlişir və Cavabdeh2lar MMC-yə sərmayə qoymaq adı ilə əldə etdikləri 280.000 manat pulu istifadə etmiş və son nəticədə həmin məbləğin 107.000 manatını vəd etdikləri vaxtda qaytarmamışlar. Əlişir Cəfərovun vəfatından sonra "xxxx" MMC-nin avadanlıqlarının harada olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, 280.000 manat pulun iddiaçıdan alınmasında Əlişir Cəfərovla birlikdə iştirak edən Cavabdeh2 da, cavabdehlik daşıdığından, iddiaçının tələbi üzrə Cavabdeh2 da, cavabdehlik daşımalı və tələb olunan pul qismən ondan və Əlişir Cəfərovdan miras qalmış Cavabdeh1 MMC-dən, 1 ədəd yük avtomaşınından vərəsələri arvadı Cavabdeh3, qızı X4 qəbul etdikləri miras həcmində tutulmalıdır. Əlişir Cəfərovun vərəsələri hesab olunan həmin şəxslər mirası qəbul etməmələrinə istinad etməklə cavabdehlik daşımamalarını bildirsələr də, bu etirazın heç bir hüquqi əsası yoxdur. Belə ki, Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən Mülki Məcəllənin 1246, 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və müəyyən edilmişdir ki, mirasın açıldığı tarixdən 3 ay müddətində vərəsələr mirasın qəbulundan imtina etməmişlərsə, miras əmlakı qəbul etmiş hesab olunurlar. İşdən göründüyü kimi Əlişir Cəfərovun vərəsələri miras açıldıqdan sonra 3 ay müddətində mirasdan imtina barədə ərizə vermədiklərindən, miras qalmış Cavabdeh1 MMCni və yük avtomaşınını qəbul etmiş hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də hər 3 vərəsə hazırki gün miras qalmış Cavabdeh1 MMC-nin və yük avtomaşınının mülkiyyətçisi hesab olunurlar. Onlardan hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr qəbul etdikləri miras payı həcmində iddiaçının qarşısında birgə borclu kimi cavabdehlik daşımalı həmin hissədə iddiaçının tələbini ödəməlidirlər. Miras qalmış əmlaklardan Cavabdeh1 MMC-nin avadanlıqları aşkar olmadığından, miras qalmış yük avtomaşınının harada olması müəyyən edilmədiyindən cavabdehlər həmin əmlakları təqdim etmədiklərindən miras əmlakların dəyərini və cavabdsehlərin qəbul etdikləri miras məbləğini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıdan 280.000 manat pulun alınmasında bilavasitə iştirak etməklə atası Əlişir Cəfərovla birlikdə öhdəlik daşıdığından o, təmin olunan tələb üzrə qəbul etdiyi miras həcmində deyil, tam cavabdehlik daşımalı, cavabdehlərdən Cavabdeh3 və X11 qəbul etdikləri miras həcmində öhdəlik daşımalıdırlar. İddiaçının 162887,5 manat tələbini müzakirə edən məhkəmə hesab edir ki, 280.000 manat pul Cavabdeh1 MMC-yə rəsmən sərmayə qoyulmadığından, eləcə də MMC-nin qazancı müəyyən edilmədiyindən, iddiaçının 50.000 manat xalis gəlir tələbi və həmin məbləğə hesablanmış ziyan tələbi təmin olunmamalı, əsas borc məbləği kimi 107.000 manat tələb təmin edilməlidir. Həmin tələb üzrə Cavabdeh2 tam digər cavabdehlər qismən ödəliyi icra etməlidirlər. Belə ki, Əlişir Cəfərovdan miras qalmış Cavabdeh1 MMC-dən və ** BU *** dövlət nömrə nişanlı avtomaşından qəbul etdikləri miras həcmində Cavabdeh3 və Sevinc Cəfərova öhdəlik daşımalı, Cavabdeh2 isə 107.000 manatın Mətanət və Sevinc Cəfərovların miras pay həcmində ödənişindən sonra qalan bütün məbləğləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində göstərilir ki, məhkəmə qətnamənin nəticə hissəsində qətnamənin icra qaydasını göstərməlidir. Məhkəmə hesab edir ki, miras əmlakların hazırda dəyərini müəyyən etmək mümkün olmadığından, mirasdan cavabdehlər Mətanət və Sevinc Cəfərovalara hər birinə çatası 1/3 hissənin dəyəri onlardan alınmaqla iddiaçıya ödənilməli olması, qalan məbləğin bütünlüklə Cavabdeh2 tutulmalı olması qətnamənin nəticə hissəsində göstərilməklə cavabdehlərin borcun ödənilməsində müştərəkliyinin qaydası izah olunmalıdır. Cavabdeh2 pul məbləğinin qaytarmasına atası Əlişirlə bərabər cavabdehlik daşıdığından o qəbul etdiyi miras həcmində deyil tam məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 müştərək qaydada 107.000 manat pul alınaraq, İddiaçı verilsin. Qətnamənin icra qaydası aşağıdakı kimi müəyyən edilsin. Cavabdehlər Cavabdeh3 və Sevinc Cəfərovadan miras kimi qəbul etdikləri Cavabdeh1 MMC-dən və SC5022XX4BB53D “Yük” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomaşından onlara çatası 1/3 hissə pay həcmində pul tutulsun, qalan məbləğ Cavabdeh2 tutulmaqla, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 397 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar