Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4336/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailimentın və əlavə olaraq hər bir uşaq üçün 200 manat miqdarında pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2016-cı il tarixdə X8, xx.xx.2014-cü il tarixdə X7. Sabunçu Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı X7 və X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən 2020-ci il tarixdə təyin olunmuş aliment məbləği hazırda uşağın saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. X1 ürək çatışmamazlığı, şəkərə meyillilik və travmatoloji xəstəlikdən əziyyət çəkir, bununla bağlı iddiaçı onu əməliyyata salmaq məcburiyyətindədir, bununla bağlı atası məsuliyyətsiz yanaşır və övladlarının təminatı üçün heç bir iş görmür, hətta qızı X8 zobdan, qan azlığı və travmatoloji xəstəlikdən əziyyət çəkir, həkimlər ona qızını müalicə etdirməsə gələcəkdə əlil qalma ehtimalı olduğunu bildirmişdir. Bununla bağlıda iddiaçı əlavə gəlir olaraq Cavabdeh hər bir uşaq üçün 200 manat pul tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, onun uşaqlarının xəstələyini təsdiq edən analiz cavabdlarnı əlavə etmişdir, başqa sənəd təqdim edə bilmir. Cavabdehin rəsmi işə yerindən əlavə digər işləri də var. O, həm kənd təsərrüfatı, həm də telefon satışı ilə məşğul olur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, onun əmək haqqısı azdır, o, digər nikahdan olan uşaq üçün də aliment ödəyir. Xahiş edir iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2016-cı il tarixdə X8, xx.xx.2014-cü il tarixdə X7 (742465 və 388816 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X7 və X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh mağazada nəzarətçi vəzifəsində işləmiş və 260 manat məbləğində əmək haqqı almışdır. Beləliklə, adıçəkilən qətnaməyə əsasən cavavdehdən hər uşaq üçün hər ay 148 manat məbləğində alimentin tutulması qət edilmişdir (260:3=86,66 manat, 86,66 manat : 2 uşaq – 43,33 manat, 43,33 manat + 105 manat = 148,33 manat). Elektron məhkəmə sistemində cavabdehin hazırda "xxxx" X2 fəhlə vəzifəsində işlədiyi və 400 manat məbləğində əmək haqqı aldığı görünür. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ondan bir uşağın saxlanması üçün 120 manat məbləğində aliment X5 xeyrinə tutulur. Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin, eyni zamanda əlavə olaraq hər uşaq üçün 200 mant pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir belə. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Cavabdehin başqa üşaq üçün aliment ödəməyi onu bu uşaqları üçün aliment ödəməkdən azad etmir. Odur ki, məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş aliment dəyişdlirilərək cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində aliment müəyyən edilməlidir. Cavabdeh eyni zamanda hər uşaq üçün əlavə olapraq hər ay 200 manatın tutulmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Lakin, iddiaçı uşaqlarının analizlərinin cavablarından başqa onların xəstəliyini təsdiq edən digər tibbi sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməldir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1008 manat təşkil edir (235 manat x 2 uşaq x 12 ay = 5640, 148 manat x 12 ay x 2 uşaq = 3552 manat, 5640 manat - 3552 manat = 3012 manat). 3012 manat məbləğində iddiaya görə 50,12 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutuldğunudan və iddiaçı 60 manat məbləğində mediasiya xərcini ödədiyindən cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq, Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4336/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4336/2024
29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver