Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4359/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı iddia qalıdararaq 07.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 5480,77 manat əsas, 4,68 manata faiz və 15,85 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 920,40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmin 6421,70 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, 07.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, o, idman zalı işlədir, məlum məsələlərlə əlaqədar zalın fəaliyyəti dayndırılmışdır. Fəaliyyət bərpa ediləndən sonra o, yenidən ödəməyə başlayıb, hazırki müddətə cədvəl üzrə banka borcu yoxdur, hətta artıq ödəməsi var. Xahiş edir iddia rədd edilsin. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07.10.2019-cu il tarixli beş illik kredit müqaviləsi bağlanmışdır. İddia qəladırılan dövrə cavabdehin həmin müqaviəl üzrə əsas borcu 5480,77 manat, faiz bocu 4,68 manat təşkil edirdi. Hazırda cavabdehin tərtib edilmiş ödəniş cədvəli üzrə borcu 4436,24 manat təşkil etməli olduğu halda, 4206,43 manat təşkil edir, yəni 200 manatdan çox artıq ödəməsi var, dövrün sonuna borcu yoxdur. İddiaçı Bank tərəfindən cavabdehə yaranmış borcun ödənilməsinə dair xəbərnamə göndərilmiş, lakiqn «ünvan səhvdir» qeydilə geri qayıtmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə bir təklif cavabdehə göndərilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı 5480,77 manat əsas, 4,68 manata faiz və 15,85 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 920,40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmin 6421,70 manat borcun tutulması, 07.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4359/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4359/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver