Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4406/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 min manat əsas məbləğ, müştərək qaydada mənəvi ziyan hesabına 20000 manat, cəmi 23000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 2023-cü il tarixin mart ayında Xəzər Tv-də “Təsir dairəsi” verilişinə baxaraq Araş estetik mərkəzinin ağız və üz çənə cərrahı implantoloqu X4 görmüşdür. X11 cərrah implantoloq Cavabdeh ünvanına təriflər yağdırdığı və ödənişsiz diş implantı qoyulacağını bildirmşdir. X1 Tv-yə müraciət etmiş və kanal işçiləri həmin dəqiqə “Təsir dairəsinə” iddiaçını dəvət etmişdilər. Səhhəti ilə əlaqədar həmin gün gedə bilmədiyindən səhərisi qün Xəzər TV-yə qetmiş və ağız, üz, çənə cərrahı implantoloq Cavabdeh qəbulunda olmuşdur. Cavabdeh iddiaçını müayinə etdiyi zaman çəkiliş etmişdir (ğörüntüləri də var) və Şixəliyeva Aybənizə alt dişinin implantı ödənişli olduğunu, sadəcə reklam xətirinə alt protez qoyulacağını bildirmişdir. Şixəliyeva Aybəniz fikirləşəcəyini və son qərarını bildirəcəyini bildirmişdir. “Təsir dairəsi” Tv-nın aparıcısı Lalə Azərtaş 50% faiz endirim olduğunu bildirəndən sonra Şixəliyeva Aybəniz razılaşmış və Cavabdeh 3000 manat məbləğində pul verəcəyini bildirmişdir. Şixəliyeva Aybəniz qohum və tanışlarından borc pul alaraq cavabdehlə razılaşaraq ödəniş etmişdir (ödəniş qəbzləri var). Bir il dən çoxdur ki, iddiaçı X8 estetik ağız və üz çənə cərrahı İmplantoloqu Cavabdeh qəbul etmir, iddiaçıya qarşı cox kobud hərəkətlər edir, nə aldığı 3000 manat məbləğdə pulu qaytarır, üstünə qışqırır və köməkçilərinə Şixəliyeva Aybənizin klinikaya baraxmamalarını tapşırıq verir. İddiaçının ağzı protez götürmədiyindən necə idir ki əziyyət çəkir və o cərrah implantoloqun sözlərinə inanaraq razılaşmışdır. Təsir dairəsinin aparaıcısı Lalə Azərtaşın qəbuluna da düşmək istəmiş, lakin mümkün olmamışdır. Köməkçilərinə tapşırıq verərək bildirir ki, hara istəyir qedib şikayət edə bilər. Bununla bağlı Nəsimi RPİ-nin 21-ci PŞ-nə təxminən aprel ayının 2024-ci il tarixdə ərizə ilə müraciət edərək Cavabdeha verilən 3000 manat məbləğində pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, 2600 manatın ödənişini rəsmi etmiş, 400 manatı isə qeyri-rəsmi həkimin yanında işləyən tibb bacısına verdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, həqiqətən Xəzər Tv-dəki verilişdən sonra iddiaçı onun yanında olmuş, TV-də edilən reklama uyğun olaraq, o, iddiaçının üst çənəsinə dörd implant əkmişdir. Bundan dörd ay sonra o, həmin implantların üstünü ödənişsiz 12 qapaq qoymalı idi. Bu vaxt ərzində iddiaçı yenidən müraciət edərək alt çənəsinə implant və qapaq qoyulmasını xahiş etmişdir. Cavabdeh, böyük endirim edərək, aşağı çənə üçün dörd implantı hər biri 400 manat olmaqla, onların üstünə 12 ədəd hər birinin 300 manat qiyməti olan qapağın 1000 manat müqabilində qoymağı təklif etmiş, iddiaçı təklifi qəbul etmiş, 2600 manat məbləğində ödənişi klinikaya etmiş, dörd implantı cavabdehin alt çənəsinə əkmişdir. Bundan sonra cəmi 24 qapağın qoyulması üçün (12-ci ödənişsiz üst çənəsinə, 12-si hər birinin 300 manat qiyməti olan qapağın iddiaçının ödədiyi 1000 manat müqabilində alt çənəsinə) iddiaçı dəfələrlə klinikaya dəvət edilmiş, lakin o, istədiyi vaxt başqa xəstələrin vaxtında gəlmiş, koridorda oturub klinikanı və həkimi pisləmiş, polisə əsassız şikayət etmiş, bunun nəticəsində bir neçə xəstə ondan imtina etmişdir. Hazırda cavabdeh iddiaçıya 24 qapağı qoymağa və ya iddiaçının ödədiyi 1000 manatı qaytarmağa hazırdır. İddiaçının 400 manat kiməsə qeyri-rəsmi qaydada ödəməsi barədə məlumatı yoxdur. Cavabdehin verdiyi izahatı iddiaçı təsdiqlədi, lakin heç bir qapağın qoyulmasını istəmədiyi, bu əsasdan əkilmiş dörd implantın lazımsız olduğunu bildirirək ödədiyi 3000 manatın ona qaytarılmasını istədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işimn faktiki halları aşağıdakılardır. İddiaçıXX.XX.1947-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur, ikinci qrup əlildir, məcburi köçkündür (AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Əmək və Əhalinin Sosial Nazirliyinin elektron sistemə yerlədirdiyi müraciət vərəqəsi, AA seriyalı 063744 №-li məcburi köçkün vəsiqəsi.) Cavabdeh Arash Estetik klinikasında stomatoloq vəzifəsində işləyir (əmək müqaviləsi bildirişi). Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, Xəzər TV-də edilən reklama uyğun olaraq, cavabdeh iddiaçının üst çənəsinə ödənişsiz dörd implant əkmiş, dörd ay sonra həmin implantların üstünü ödənişsiz 12 qapaq qoymaq öhdəliyi götürmüşdür. Bu vaxt ərzində iddiaçı yenidən müraciət edərək alt çənəsinə implant və qapaq qoyulmasını xahiş etmiş, cavabdeh, aşağı çənə üçün dörd implantı hər biri 400 manat olmaqla, onların üstünə 12 ədəd qapağın 1000 manat müqabilində qoymağı təklif etmiş, iddiaçı təklifi qəbul etmiş və 2600 manat məbləğində ödənişi klinikaya etmiş, dörd implantı 1600 manat müqabilində cavabdehin alt çənəsinə əkmiş, sonra cəmi 24 qapağın qoyulması üçün (12ci ödənişsiz üst çənəsinə, 12-si 1000 manat müqabilində alt çənəsinə) iddiaçını dəfələrlə klinikaya dəvət etmiş, lakin cavabdeh imtina etmişdir və 3000 manatı ona geri qay tarılmasını istəyir. Hazırda cavabdeh iddiaçıya 24 qapağı qoymağa (12-ci ödənişsiz, 12-ci 1000 manat müqavibilində) və ya iddiaçının ödədiyi 1000 manatı qaytarmağa hazırdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 2023-cü ilin noyabr ayında 1600 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat ödənişi Arash Estetik klinikasına etmişdir. 400 manat ödənişə dair iddiaçı tərəfindən hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı cavabdehdən 3000 min manat əsas məbləğ, 20000 manat mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Beləliklə, işin sadalanmış hallarından görünür ki, sifarişçi olan iddiaçı işin qüsurlu görülməsindən şikayət etmir, sadəcə hansısa səbəbdən iş qurtaranadək müqavilədən imtina edir və bu zaman görlmüş işin də ödənişinin geri qaytralımasını istəyir, halbuki 770ci maddəyə əsasən sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Odur ki, məhkəmə hesab deir ki, cavabdeh tərəfindən ödənilmiş 1000 manat iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, 1000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, iddiaçı mənəvi ziyana dair sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki. iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 1000 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edildiyi kimi, iddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddia 1000 manat məbləğində təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən dövət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat pul İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat dövlət rüsumu Cavabdehnndan dövət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4406/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4406/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver