Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4430/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24536 manat məbləğində borcun və 5464 manat əldən çıxmış faydanan, ümumilikdə 30000 manat məbləğində pulun, ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi təxminən 2019-cu ilin əvvəllərindən tanımışdır. Özü həmin ərəfələrdə qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh iddiaçı ilə razılaşmışdır ki, ona satması və pul qazanması üçün qızıl versin, o, da ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 65380 manat məbləğində qızızinət əşyaları verdmişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarını hissə-hissə satıb ümumilikdə 40844 manat pulu qaytarmış, lakin 24536 manat məbləğində pul borclu qalmışdır. Həmin pulu da hissə-hissə qaytaracağına söz versə də, qaytarmamışdır. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı şəhəri, Yasamal RPİ-nin 26-cı PB-də araşdırma aparıldı və cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarıldı. Bölmədə araşdırma zamanı cavabdeh qalan məbləği bir il müddətinə, yəni 2020-ci ilin sentyabr ayına kimi hissə-hissə qaytaracağına söz vermiş, iddiaçı da onunla razılaşmışdır. Lakin hal-hazıra kimi ümumi məbləğdən heç bir ödəniş etməmişdir. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bölmədə araşdırma zamanı yuxarıda göstərilənləri öz izahatında təsdiq etmişdir. Cavabdeh pulu tutub saxlamaqla iddiaçıya xeyli miqdarda əldən çıxmış fayda qismində maddi zərər də vurmuşdur. Beləki, iddiaçı ticarətlə məşğul olduğumdan həmin 24536 manat məbləğində pulu ticarətə sərf etsəydi, müəyyən məbləğdə gəlir əldə edərdi, lakin bu gəlirlərdən faktiki olaraq məhrum olmuşdur. İddiaçı bu əldən çıxmış faydanı ticarətçi olduğundan 5464 manat məbləğində qiymətləndirir və hesab edir ki, tələbi qanunidir, məhkəmə qaydasında təmin olunmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh bir dəfə məhkəməyə teleqram vuraraq xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. eyni zamanda qeyd etdi ki, polisə verdiyi şikayətdə 19356 manat borc barədə məlumat vermişdir, lakin o, cavabdehə eyni zamanda Emin adlı qızıl alveri ilə məşğul olan adamdan da qızıllar alıb vermiş və Eminin borcunu Səbinənin yerinə özü qaytarmışdır. Polisə verdiyi şikayətdə Eminə qaytardığı pul barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən qızılların pullarının qaytarılması barədə məlumat vermişdir. Yasamal RPİ-nin 26-cı PB tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı tərəfindən ona müxtəlif vaxtlarda ümumilikdə 65380 manat dəyərində qızıl verildiyini, onun tərəfindən qızılın satılması nəticəsində 40844 manat pulun qaytarıldığını, onun 14536 manat məbləğində brorcunun qaldığını, 2019-cu ilin ən geci oktyabr ayının 15-nə qədər qaytarcağını bildirmişdir. Beləliklə, cavabdehin özünün etirafına əsasən 65380 manat borcdan onun qaytardığı 40844 manat məbləği çıxdıqdan sonra məhkəmə cavabdehin etirafına əsasən onun 24536 manat məbləğində olduğunu müəyyən etmişdir. Hazırda iddiaçı 24536 manat məbləğində borcun və 5464 manat əldən çıxmış faydanın, ümumilikdə 30000 manat məbləğində pulun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, iddiaçı Cavabdeh hərəkətləri nəticəsində zərərə düşmüşdür. Məhkəmə qeyd etmək istəyir ki, cavabdehin polisə verdiyi izahatında 65380 manatdan 40844 manat qaytardığını etiraf etsə də, nəticədə 14536 manat məbləğində brorcunun qaldığını qeyd edir. Halbuki, onun etirafına əsasən onun 24536 manat borcu qalmışdır (65380 – 40844 = 24536). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı məhz 24536 manat məbləğdə zərər çəkmişdir. Nəticədə Cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh iddia barədə məlumatlı olmuş, qeyd edildiyi kimi, bir dəf məhkəməyə teleqram vurmuş, sonradan məlumat verməməyə başlamış, iddiaya etiraz verməmiş, borcun məbləğini mübahisələndirməmişdir. Məhkəmə cavabdehin bu susmasını etiraf kimi qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 24536 manat pulun tutulması hissəsində təmin edilməlidir. İddiaçı eyni zamanda əldən çıxmış faydanın da tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanı ehtimal əsasında hesablamış, buna dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddia barəsində məlumatlı olmuş, iddiaya qarşı etiraz təqdim etməmiş, məhkəməyə gəlib borcunun olmaması və ya məbləği barədə məlumat verməmiş və susmaqla faktiki olaraq iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 180 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia 24536 manat hissəsində təmin edildiyindən, 163,61 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 16,39 manat iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 24536 manat pul İddiaçıninn xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24536 manat pul və 163,61 manat rüsum İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 16,39 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4430/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4430/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver