Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4437/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının yaxud dəyərinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının yaxud dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3810 manat olan 750 əyarlı, brilyant qaşlı qızıl qadın üzüyü, brilyant qaşlı paxlava qadın üzüyü, brilyant qaşlı qadın nişan üzüyü, brilyant qaşlı qadın gül üzüyü, dəyəri 1160 manat olan 585 əyarlı qızılkulon, sırğa, 583 əyarlı brilyant sırğa, dəyəri 1665 manat olan 750 əyarlı brilyant qaşlı 4.5 qram 50 sot, 585 əyarlı qızıl üzük, qızıl-brilyant tək qaş üzük 4.5 qram 18 sot, 585 əyarlı qızıl sep kulon 2.6 qram, 583 əyarlı qızıl sırğanın, yaxud onların cəmi dəyərinin - 6635 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixində 8 ay müddətinə hər ay 500 manat ödəmək şərti ilə 5.460 manat dəyərində qızıl zinyət əşyalarını (750 əyar qızıl-brilyant qaşlı qadın üzüyü, qadın üzüyü paxlava brilyant qaşlı, qadın nişan üzüyü brilyant qaşlı, qadın gül üzüyü brilyant qaşlı) satmışdır. Cavabdeh 500 manat ilkin ödənişdən sonra hissə-hissə 650 manat olmaqla cəmi 1650 manat ödəmiş, 3810 manat borclu qalmışdır. Daha sonra cavabdehə xx.xx.2018-ci il tarixindən 2018-ci ilin sentyabr ayının sonuna qədər ilkin 100 manat, sonradan isə hər ay 365 manat ödəmək şərti ilə 1560 manat dəyərində qızıl zinyət əşyalarını (585 əyar qızıl kulon, sırğa, brilyant sırğa 583 əyar) satmışdır. Cavabdeh 100 manat ilkin ödənişdən sonra 300 manat vermiş, 1160 manat borclu qalmışdır. xx.xx.2018-ci il tarixindən 2018-ci ilin sentyabr ayının sonuna qədər ilkin 500 manat, sonradan isə hər ay isə hissə-hissə ödəmək şərti ilə 2165 manat dəyərində qızıl-zinyət əşyaları - 750 əyar qızıl-üzük brilyant qaşlı 4.5 qram 50 sot, 585 əyyar qızıl- brilyant tək qaş üzük 4.5 qram 18 sot, 585 əyyar qızıl sep kulon 2.6 qram, 583 əyyar qızıl sırğa satmış, cavabdehin 1665 manat borcu qalmışdır. Cavabdeh götürdüyü qızıl-zinət əşyalarının əvəzinə, ünvan 2 ünvanında özünə məxsus mənzilin çıxarışını girov saxlamış, sonradan həmin mənzili satmış, onun bundan xəbəri olmamışdır. Dəfələrlə cavabdehlə görüşüb danışmış, cavabdeh hər dəfə pulu ödəyəcəyinə söz versə də, hazırkı vaxta qədər ödəniş etməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı cəmi dəyəri 5460 manat olan 750 əyarlı, brilyant qaşlı qızıl qadın üzüyü, paxlava brilyant qaşlı qadın üzüyü, brilyant qaşlı qadın nişan üzüyü, brilyant qaşlı qadın gül üzüyü kimi qızıl-zinət əşyalarını hər ay 500 manat ödəmək şərti ilə 8 ay müddətinə nisyə almış, xx.xx.2018-ci il tarixdə imzalanmış əlyazmadan görünür ki, cavabdeh iddiaçıdan cəmi 1560 manat dəyərində - 585 əyarlı qızıl-kulon, sırğa, 583 əyarlı brilyant sırğanı həmin ilin sentyabr ayınadək aylıq ödənişlər etmək şərti ilə almış və xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən yazılmış digər əlyazmadan isə görünür ki, o, iddiaçıdan cəmi 2165 manat məbləğində 750 əyarlı brilyant qaşlı 4.5 qram 50 sot, 585 əyarlı qızıl üzük, qızıl-brilyant tək qaş üzük 4.5 qram 18 sot, 585 əyarlı qızıl sep kulon 2.6 qram, 583 əyarlı qızıl sırğanı 2018-ci ilin sentyabr ayının sonunadək iddiaçıya dəyərini ödəmək şərti ilə nisyə almışdır. Hətta Cavabdeh xx.xx.2017-ci il tarixdə imzalanmış əlyazmasında borcunun təminatı kimi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 17 saylı mənzilə dair seriya RX ******* nömrəli çıxarışın və həmin mənzilə dair texniki pasportun surətlərini sözügedən borcunun təminatı olaraq iddiaçıya vermişdir. İşdə olan, tərəflər arasında “Whatsapp” sosial şəbəkəsində aparılmış xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən yazışmalardan görünür ki, Cavabdeh İddiaçı aldığı qızıl-zinət əşyalarına görə borclu olduğunu etiraf etmiş və onu ödəyəcəyinə dair vədlər vermişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda - xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə dəyəri 3810 manat olan 750 əyarlı, brilyant qaşlı qızıl qadın üzüyü, paxlava brilyant qaşlı qadın üzüyü, brilyant qaşlı qadın nişan üzüyü, brilyant qaşlı qadın gül üzüyü, dəyəri 1160 manat olan 585 əyarlı qızıl-kulon, sırğa, 583 əyarlı brilyant sırğa, dəyəri 1665 manat olan 750 əyarlı brilyant qaşlı 4.5 qram, 585 əyarlı qızıl üzük, qızıl-brilyant tək qaş üzük 4.5 qram, 585 əyarlı qızıl sep kulon 2.6 qram, 583 əyarlı qızıl sırğanı nisyə almış, iddiaçının deməsinə görə, cavabdeh borcundan xx.xx.2017-ci il tarixli əlyazma üzrə cəmi 1650 manat ödəniş etmiş, 3810 manat borcu qalmış, xx.xx.2018-ci il tarixli əlyazmalar üzrə isə 400 manat ödəniş etmiş 1160 manat borcu qalmış və 500 manat ödəniş etmiş, 1665 manat borcu qalmışdır. Həmçinin cavabdeh həmin əlyazmalar üzrə ayrı-ayrılıqda nisyə aldığı qızıl-zinət əşyalarının ümumi dəyərini də özü yazmışdır. Məhkəmə, iş materiallarında olan mövcud sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, göstəriənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. Odur ki, dəyəri dəyəri 3810 manat olan 750 əyarlı, brilyant qaşlı qızıl qadın üzüyü, brilyant qaşlı paxlava qadın üzüyü, brilyant qaşlı qadın nişan üzüyü, brilyant qaşlı qadın gül üzüyü, dəyəri 1160 manat olan 585 əyarlı qızıl-kulon, sırğa, 583 əyarlı brilyant sırğa, dəyəri 1665 manat olan 750 əyarlı brilyant qaşlı 4.5 qram 50 sot, 585 əyarlı qızıl üzük, qızıl-brilyant tək qaş üzük 4.5 qram 18 sot, 585 əyarlı qızıl sep kulon 2.6 qram, 583 əyarlı qızıl sırğa Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, onlar cavabdehdən olmadığı təqdirdə isə, həmin qızıl-zinət əşyalarına görə ödənilməmiş qalan cəmi 6635 manat məbləğində pul vəsaiti və 97 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. Cavabdeh dəyəri 3810 manat olan 750 əyarlı, brilyant qaşlı qızıl qadın üzüyü, brilyant qaşlı paxlava qadın üzüyü, brilyant qaşlı qadın nişan üzüyü, brilyant qaşlı qadın gül üzüyü, dəyəri 1160 manat olan 585 əyarlı qızıl-kulon, sırğa, 583 əyarlı brilyant sırğa, dəyəri 1665 manat olan 750 əyarlı brilyant qaşlı 4.5 qram 50 sot, 585 əyarlı qızıl üzük, qızıl-brilyant tək qaş üzük 4.5 qram 18 sot, 585 əyarlı qızıl sep kulon 2.6 qram, 583 əyarlı qızıl sırğa alınaraq İddiaçı qaytarılsın. Həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə, Cavabdeh İddiaçı xeyrinə onların cəmi dəyərinin ödənilməmiş qalan 6635 (altı min altı yüz otuz beş) manat məbləğində hissəsi və ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4437/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-4437/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver