Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4477/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4200 manat və dövlət rüsumu 62 manat məbləğində pulun alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun maşınını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. İddiaçı ilə cavabdehin arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhər 23 saylı Notariat ofisində AR DİN BDYPİ QİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA 190051 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçının adında olan, ban nömrəsi KNEDE**********79 və buraxılış ili 2005 KİA RİO MİNİK markalı 99SY350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı aylıq 600 manat icarə haqqı ödəməyi və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuş, 4200 manat pulu ödəməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh: xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər; xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına gəlməmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxanaya əlyazma ilə icra edilmiş ərizə verərərək əlavə sübutlar təqdim etmək üçün məhkəmə hazırlıq iclasının sentyabr ayına təxirə salınmasını xahiş etmiş, həmin sübutların hansı səbəbdən məhz sentyabr ayında təqdim edilə biləcəyi barədə məlumat verməmiş, cavabdeh isə yenə iştirak etməmişdir. Hakim Tahirə Əsədova xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyətində olacağı və hazırki işin məhkəmə baxılma müddəti isə xx.xx.2024-cü il tarixdə bitəcəyi, iddiaçının bu günədək məhkəmədə iştirak etməməyi, cavabdehin iddia ərizəsinə münasibət bildirməməyi səbəbindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının nəzərinə çatdırmaq istəyir ki, əlavə sübutlar hazır olandan sonra iddiaçı yenidən hazırki iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İddiaçı xx.xx.2024-cü il tarixli 22865 №-li qəbz əsasında 62 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli 22865 №-li qəbz əsasında ödənilmiş 62 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4477/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4477/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver