Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-448/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 (altı min) manat maddi ziyan və 1000 (min) manat mənəvi ziyan Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə X5 vasitəsi ilə tanış olub. Ramin Hümbətli, Cavabdeh iş adamı - Prezident aparatının işçisi kimi təqdim etmiş və ona çox işlərdə köməklik edəcəyini bildirmişdir. Cavabdeh ondan çıxarış düzəltməsinə görə 1540 manat, heyvandarlığa görə supsidiya pul götürüb heyavan almaq üçün 500 manat, aliment verməyə görə 750 manat pul almışdır. Həmçinin ona məxsus qızılları lombarda qoymaqla 400 manat pul götürdüyünu, qızılı batırmamaq üçün 400 manat faiz ödəmişdir. Onun tanışı olan Sevilin evinə çıxarış düzəltmək üçün Cavabdeh qardaşı ilə gəlib ondan 1500 manat almışdır. Daha onra 550 manat pul lazım olduğunda isə həmin məbləği faziə götürərək ona verdiyini və həmin məbləğdən isə 250 manat, 300 manat pulu iddiaçı ödəməli olmuşdur. Cavabdeh bütün bu hərəkətləri nəticəsində xəstəlik tapdığını, onun zenglərinə cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehdən pulu tələb etdiyini, cavabdeh qardaşı ilə birlikdə onu aldatdığını və eyni zamanda qızı da cavabdehə pul verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh izahatında İddiaçı Hüseyin qızının faizə pul verən şəxs olduğunu, ondan faizə pul götürdüyünü, lakin hamısını qaytardığını, hazırda borcu olmadığını və iddia tələbini qəbul etmədəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X3 əlyazmasında görünür ki, onun İddiaçı 1500 manat borcu var, qardaşı Cavabdeh 6000 manat borcu vardır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6471/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 06 noyabr 2023-cü il tarixli 50/2- 30525 nömrəli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh şahid qismində ifadəsinin təsdiq olunmuş surəti məhkməyə göndərilmişdir. Cavabdeh ifadəsində 2017-ci ilin may-iyun aylarında İddiaçı ona işlərinin həll olunmasıda köməklik etməsini xahiş etmiş, O Mahirə xanıma bu işi həll edə biləcəyini bildirmişdir. Bununla bağlı adı və vəzifəsini demək istəmədiyi yüksək vəzifədə işləyən tanışına müraciət edib və məlum olub ki, həmin evin sənədinin alınması üçün başqa bir şəxs tərəfindən beh verilmişdir. O bununla bağlı Mahirə xanıma məlumat verərək evə görə başqa bir şəxs tərəfindən çıxarış alınması üçün beh verildiyini bildirib. Cavabdeh həmin yüksək vəzifədə işləyən tanışından xahiş edib ki, behi geri qaytarsın, Mahirə xanımın məsələsini həll etsin. Belə ki, 500 manat çıxarış alınması üçün pul verilmişdi. Mahirə xanım bildirib ki, 500 manat verilən behi qaytarır, həmin şəxsin çıxarış alınması üçün müraciətini ləğv etsin, onların işini həll etsin. Bununla bağlı Mahirə xanım ona 540 manat pul verib. O da pulu aparıb həmin yüksək vəzifədə işləyən tanışına çatdırıb. Bundan sonra ilkin çıxarış alınması üçün beh vermiş şəxsin müraciəti ləğv olundu. Daha sonra Mahirə xanım məhkəməyə müraciət etməli idi, lakin, müraciət etməyib. Bundan başqa 2018-ci ilin sentyabr ayında Mahirə xanımın deməsinə görə bir nəfər şəxs ona pul borclu olmuş, qaçıb gizlənirmiş, onu da heç kim tapıb gətirə bilmirdi. O da yüksək vəzifədə işləyən adını demək istəmədiyi tanışına bununla bağlı müraciət edib. O da razılaşıb və həmin şəxsi tapıb polis bölməsinə gətiriblər. O da buna görə Mahirə xanımdan 150 manat özü üçün pul alıb. Bundan başqa 2018-ci ilin oktyabr ayında Mahirə xanım Zeynəb adlı tanışı il onun yanına gəliblər. Onlar Nəsimi rayon məhkəməsində mülki qaydada məhkəmə prosesləri getdiyini və məhkəmə prosesinin müddətini uzatmaq üçün onlara köməklik göstərməyini ondan xahiş ediblər. O da razılaşıb və adını çəkmək istəmədiyi vəzifədə işləyən tanışları vasitəsi ilə bu məsələni həll etmək istəyib, Mahirə xanımdan da buna görə 500 manat pul alıb, lakin həll edə bilməyib, pulu isə maddi tələbatına xərcləyib. Mahirə xanımı da pulu yaxın zamanda qaytaracağını bildirib. Bundan sonra 2019-cu ilin yanvar ayında ona pul lazım odluğu üçün Mahirə xanımdan 200 manat borc pul istəyib. O da ona Nərimanov rayonu ərazisində həmin pulu verib. Bundan sonra yenidən ona pul lazım olduğu üçün Mahirə xanıma müraciət edib. Ondan 400 manat borc pul istəyib. O da ona kömək kimi lombardda qızılları olduğunu və həmin qızılların yenidən girov qoyularaq 400 manat pulu öz adına sənədləşdirib götürə biləcəyini bildirib.O da Neftçilər metrosunun yanında yerləşən, Mahirə xanımın dediyi lombarda gedərək orada qızılları girov qoyub öz adına 400 manat kredit rəsmiləşdirib. Daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişləri edə bilməyib və hazırki vaxtadək qızıllar girovda saxlanılır. İş materiallarında olan Cavabdeh Nərimanov Rayon Polis İdarəsinə verdiyi izahatdan sonra öz izahatını oxuyub heç bir əlavəsi olmadığını və sözləriylə doğru yazıldığını öz imzasıyla təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı Hüseyin qızı tanıdığını, ondan faizə pul götürdüyünü, lakin hamısını qaytardığını, hazırda borcu olmadığını desə də, bu halı təstiq edən sübut məhkəməyə təqdim edə bilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Cavabdeh izahatında İddiaçı faizə pul götürdüyünü deməsi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən digər tərəfin bunu sübut etməsinə ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 06 noyabr 2023-cü il tarixli 50/2-30525 nömrəli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh şahid qismində dindirilən zaman İddiaçı müxtəlif vaxtlarda cəmi 1790 manat pul aldığını, daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişləri edə bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, yuxarda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh 1790 (min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1790 (min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-448/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-448/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver