Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4484/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı X7 iştirakıları ilə, İddiaçı X7 Cavabdeh qraşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X8 Cavabdeh qraşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21500 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, oğlu üçün ev almaq istəmiş, bununla əlaqədar ev alqı-satqısı ilə məşğul olan İntiqam Mirzəyevə bildirdikdə o, Cavabdeh öz evini satmaq istədiyini və evin yaxşı, hər bir sənədi olan ev olduğunu bildirmişdir. Onlar evə baxıb Cavabdeh ilə evi 105 000 manata almaq barədə razılaşmışlar və Samirə tezliklə evin sənədlərini qaydasına salıb evi onlara satacağına dair söz vermişdir. O, xx.xx.2018-ci il tarixdə Cavabdeh 28500 manat pul vermiş və razılıqlarına görə səhərisi gün evin sənədləri gətirələndən sonra o, həmin evi bank qarşısında ipoteka ilə yüklü edib, bankdan kredit götürüb evi alacaqmış. Sabahısı gün, xx.xx.2018-ci il tarixdə Cavabdeh ona evin sənədlərinin qaydasında olmamasını, evi sadəcə ona qeyri-rəsmi sata biləcəyini bildirmişdir. O, cavabdehin onu aldatdığını, onun etibarından sui-istifadə edərək, ondan pul almasını başa düşüb, ondan pulu geri tələb etmiş və pulu qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini demişdir. Cavabdeh onun ona pulu verdiyi gündən cəmi 1 gün keçməsinə baxmayaraq pulun onda olmamasını bildirib, ona cəmi 7000 manat pul qaytarmış və evi satıb, qalan pulu qaytaracağına dair söz vermişdir. O, yenə də cavabdehə inanıb, evi satmaqda ona kömək edəcəyini demişdir. Bundan sonra onun oğlu Elxan Həsənov həmin evin satılmasına dair elanı internetdə yerləşdirmişdir. Həmin evin Cavabdeh tərəfindən hələ 2019-cu ilin yanvar ayında digər şəxsə satıldığı ortaya çıxmışdır. Bundan sonra o artıq evin Cavabdeh tərəfindən satılmasını, Cavabdeh ondan həmin evə dair pul alan zaman əsl niyyətinin onu aldatmaq olmasını, ona pul qaytarmaq niyyətində olmamasını, 7000 manat pulu isə onu aldatmaq üçün qaytarmasını başa düşmüşdür. O bu barədə Cavabdeh ilə danışmaq istədikdə isə onunla əlaqə yarada bilmədikdə, bununla əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi Cavabdeh onun etibarından su istifadə edərək ona 21500 manat məbləğində zərər vurmuş, həmin məbləğdə pulu ona qaytarmayaraq əsassız varlanmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, 21500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvinə dair ərizə dixil olmuşdur. Məhkəmənin xx.xx.2022-cü il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixli qiyabi qətnamə ləğv edilmiş və işə təzələnərək mahiyyəti üzrə baxılmağa başlanılmışdır. xx.xx.2022-ci, xx.xx.3022-ci, xx.xx.2022-ci il tarixlərində keçirilən məhkəmə iclaslarının heç birində cavabdeh qiyabi qətnamənin ləğvinə dair ərizə verməyinə baxmayraq iştirak etməmiş, iddia ərizəsinə etiraz, iddia tələbinin əsassız olduğuna dair sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə iddiaçı X5 onun hüquqi varisi X12 ilə əvəz etmişdir. Belə ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür (AZ-İİ № 200866 ölüm haqqında şəhadətnamə). X-JQ 426493 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 Şükür Atakişi oğlunun hüquqi varisidir. Məhkəmə iclasında iştirak edən X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, 28500 manatın 7000 manatı qaytarıldıqdan sonra 21500 manat deyil, 19000 manatın qaytarılmasına dair cavabdehin öhdəlik götürməsi onunla əlaqədar olmuşudr ki, 1500 manat beh kimi cavabdehdə qalmışdır. Lakin, cavabdeh dələduz oluğundan indi 21500 manatın hamısını istəyir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, o, ünvan 1 ünvanda 10 sotun içində iki mərtəbələli ev və həmin evin içində bir mərtəbəli evi ata-anasının yeganə vərəsəsi kimi 105 000 manata qeydiyyat yolu ilə X1, əvvəlcədən 28500 manat beh almışdır. Qəbzdə tarix göstərilməmişdir. İddia ərizəsinə əsasən qəbz xx.xx.2018-ci il tarixdə imzalanmışdır. xx.xx.2018-ci ildə həmin qəbzə aşağıdakılar əlavə edilmişdir: «Behdən Cavabdeh 7000 manatı qaytarmış, qalan 19 000 manatı isə evi satdıqdan sonra qaytaracaqdır”. «7000 manatın alınmasını X8 təsdiq etmişdir”. İddiaçının izahatına əsasən 28500 manatın 7000 manatı qaytarıldıqdan sonra 21500 manat deyil, 19000 manatın qaytarılmasına dair cavabdehin öhdəlik götürməsinin səbəbi ondan ibarət olmuşdur ki, mərhum X8 1500 manatı beh kimi cavabdehdə saxlamışdır. Cavabdeh həmin qəbzdəki imzanının onun tərəfindən icra edilməməsinə və yaxud tələb edilən pulun onun tərəfindən ödənilməsinə dair nə qiyabi qətnamənin ləğvi barədə ərizədə, nə də sonra məhkəməyə hər hansı bir məlumat verməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və növbəti iclasda sübutların təqdim olunacağını bildirmişdir. Lakin, cavabdeh növbəti iclasda da iştirak etməmiş, sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin bu hərəkətlərini əslində işin yubadılmasına yönələn hərəkətlir kimi qiymətləndirmişdir. Hazırda iddiaçı 21500 manatın bütövlükdə tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən qanuni və əsasladır. Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əsassız varlanma» adlanan XVİİİ fəslində əks olunan müddəalar yaradır. Belə ki, həmin Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən imzalanmış qəbz həyata keçirilməmiş əsasa söykənmişdir. Belə ki, həmin ev iddiaçıya satılmamışdır. Evin iddiaçıya satılmamasının səbəbinin üzrlü səbəb olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Qeyd edildiyi kimi, mərhum iddiaçı 1500 manatı cavabdehə beh kimi vermişdir. Hazırki iddiaçının izahatına əsasən həmin an cavabdehin dələduz olması barədə atasının məlumatı olmamış, ev başqa şəxsə satılandan sonra atası onun dələduz olduğunu bilmişdir və bu əsasdan həmin 1500 manat da cavabdehdən tutulmalıdır. Lakin, iddiaçı tərəfindən buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin 1500 manat cavabdehdən tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 19000 manat manat pul vəsaiti alınaraq X9 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4484/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4484/2022
28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver