Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4508/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil2 Hakim oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız hərəkətləri (delikt) nəticəsində onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 10.000 manat miqdarında maddi ziyanın, habelə ödənilmiş 121,26 manat dövlət rüsumunun, həmçinin hüquqi xidmət üçün ödənilmiş 320 manat, ümumilikdə 10.421,26 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iş birliyi yaratmaq məqsədilə ona məxsus obyektin sənədləşdirilməsi (bölgü sxeminin işlənməsi, təsdiq olunması və sair) zərurəti yaranmış, qeyd olunan sahə Baxı şəhəri, ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Həmin obyektin sənədləşdirilməsini (bölgü sxeminin işlənməsi, təsdiq olunması və sair) cavabdeh öz üzərinə götürsə də, bu proses uzanmış, işlərin gedişatı pozulmuş, həmin sahənin istismarı gecikmiş, nəticədə ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh əvvəlcə bu işlərin görülməsinə razılıq versə də, daha sonra onun tərəfindən heç bir iş görülməmiş, qoyduğu sərmayənin ondan dərhal geri qaytarmasını tələb etmişdir. Halbuki, cavabdehin bu hərəkətləri nəticəsində onun sahibkarlıq fəaliyyətinə ciddi maddi ziyan dəymiş, başqa sözlə cavabdehin həqiqətə uyğun olmayan vəddləri onların iş birliyini pozmuş, nəticədə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Göründüyü kimi, cavabdehin həqiqətə uyğun olmayan vədləri nəticəsində fəaliyyətlərinə ciddi maddi ziyan vurulmaqla, əldən çıxmış fayda kimi iddiaçı 10.000 manat qiymətlədirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 133 nömrəli uşaqlı bağcası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunan 11 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc alan X1 xx.xx.2023-cü il tarixdə 185000 manat pulu nağd şəkildə bəyan və etiraf etmişdir. Həmçinin, notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 115000 (bir yüz on beş min) manat pulu əldə etmiş, ümumilkdə 300000 (üç yüz min) manat məbləğində borc pulu xx.xx.2023-cü il tarixədək bütov şəkildə olmaqla borc vərənə - Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər bununla bildirmişlər və təsdiq etmişlər ki, bu Müqavilədə etiraf edilən 185000 (bir yüz səksən beş min) manat ilə və notarisun bankda açılmış depozit hesabı vasitəsi ilə verilən 115000 (bir yüz on beş min) manat pulla bağlı onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. İş materiallarına əlavə olunan 12 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alana X1 115000 manat (yüz on beş manat) məbləğində borc pul vermişdir. Verilən borc notariusun göndərişi əsasında bankda olan depozit hesabı vasitəsi ilə “Borc alana” verilmiş. “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 17.9 faizlə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh əsassız hərəkətləri (delikt) nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 10.000 manat miqdarında maddi ziyan cavabdehdən tutulaaraq öna ödənilməsin xahiş etsə də bu halları təstiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və bu hallar məhkəmə araşdırması zamanı da öz təstiqini tapmamışdır. Eləcə də, Cavabdeh hansı əsassız hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan dəymiş və bu sahibkarlıq fəaliyyəti nədən ibarətdir bu barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat ziyan dəyməsi yazılsa da bu təqsirli hərəkətlərin nədə ifadə olunması və ya bu hərəkətlər nəticəsində iddiaçıya ziyan dəymıəsi arasında səbəbli əlaqənin olması və məhz həmin ziyan məbləğinin 10.000 manat olmasının hansı sənədlərlə təstiq olunması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehlə aralarında hər hansı müqavilə münasibətlərinin olmasını təsdiq edən tutarlı sübut gətirilməmişdir. Eyni zamanda iddiaçı dəymiş ziyan olaraq 10.000 manat əldən çıxmış fayda kimi hesablasa da, bunu cavabdehin hansı öhdəliyə əməl etməməsi nəticəsində iddiaçının əldə edə biləcəklərindən məhrum olması kimi qiymətləndirərək, istəməsinə dair heç bir sübut və ya cavabdehin təqsirli hərəkəti iş materialları ilə müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121,26 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı ”pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş 121,26 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4508/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4508/2024
07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver