Məhkəmə qərarları › İş №2(008)-4525/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4525/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4525/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc məbləğini gecikdirməsi ilə əlaqədar 10328 (on min üç yüz iyirmi səkkiz) ABŞ dollarının (qətnamə icra olunacağı gün Mərkəzi Bankın məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05.07.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdeh-borclu tərəfindən borc məbləğinin gecikdirilməsindən 2 ayda keçdiyindən bu müddət üçün əlavə olaraq 1032 (min otuz iki) ABŞ dolları yəni Cavabdeh borc məbləğini gecikdirməsi ilə əlaqədar 11360 (on bir min üç yüz almış) ABŞ dollarının (qətnamə icra olunacağı gün Mərkəzi Bankın məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iyirmi səkkiz fevral 2018-ci il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 3M-231 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 212.000 (iki yüz on iki min) ABŞ dolları məbləğində pul borca vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» Cavabdeh kredit məbləğini 31.07.2018-ci il tarixinədək ona ödəməli idi. 15 oktyabr 2018-ci il tarixində Cavabdeh ilə aralarında bağlanmış olan 28 fevral 2018-ci il tarixli, 3M/231 reyestr nömrəli kredit müqaviləsinə əlavə sazişlə kredit məbləğinin qaytarılması öhdəliyinin müddəti 31.03.2019-cu il tarixinədək uzadılmış və 15 oktyabr 2108-ci il tarixində «ipoteka qoyan» Cavabdeh ilə aralarında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipateka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi 17.10.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən qeydə alınmaqla yüklü edilmişdir. Sonradan yüklülüyün müddəti 30.06.2019-cu il tarixinə uzadılmaqla 12.03.2019-cu il tarixində **********8 qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən qeydə alınmışdır. Daha sonra isə yüklülüyün müddəti 05.09.2019-cu il tarixinə uzadılmaqla 03.07.2019- cu il tarixində ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən qeydə alınmışdır. Kredit müqaviləsində göstərilən məbləğdən 88.000 dolları borclu tərəfindən mənə 2019-cu ilin iyul ayınadək ödənilsə də, qalan 124.000 ABŞ dolları ödənilməmişdir. Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək borc məbləğinin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2 (008)-5590/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və X6 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manan müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, İddiaçı Cavabdeh və X6 qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh və X4 cavabdehlər İddiaçı, X14 və 3-cü şəxs Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu X9 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair» iddia tələbi tələbi təmin edilməmişdir. Bu qətnamədən birinci iddia üzrə Cavabdeh vermiş olduğu apelyasya şikayəti üzrə Bakı Apelyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi ilə apelyasya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2 (008)-5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasya Məhkəməsinin 2(103)- 3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2021 saylı 03.03.2021 -ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasya Məhkəməsinin 2(103)- 3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi tutmanın iptekaya yönəldilməsi hissəsində isə ləğv edilərək yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh-borclu Cavabdeh 2019-cu ilin 05 sentyabırından bu günədək mənə borclu olduğu 124.000 (yüz iyirmi dörd min) ABŞ dollarından bir qəpik belə pul pul qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim edərək ona təqdim olunan iddia ərizəsində və iddia ərizəsinə əlavədə imzalar fərqlidir. Prosesin bu qədər olmasının səbəbi iddianın əsassız olması ilə bağlıdır. Göstərilən 124.000 borcun 10.000 dollarını faiz göstərmişlər, qalan ümumi məbləğ 114.000 dolların 58.000 dolları onun borcudur, qalan 56.000 dolların Aslan Aslanov aiddir. Borcu etiraf edir, 58.000 ABŞ dollarıdır. Faiz hesablanması bu kimi iddialarda mümkün deyil. Ona görə ki, tələb borc müqaviləsindən irəli gəlmir. Ona görə də, həmin müqavilənin özündə faiz tutulması nəzərdə tutulmadığından hər hansı faiz nəzərdə tutulması müqavilə şərtlərinin dəyişdirilməsidir. Bu şərtlə razı deyil, hazırda 58.000 ABŞ dolları olan borcu icraya təqdim olunmuşdur və borcu ödəməyə hazırdır. Bu iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 28 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 212 000 ABŞ dolları məbləğində borc pulu 31 iyul 2018-ci il tarixə qədər qaytarmaq şərti ilə vermişdir. - 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evini tərəflər araslnda bağlanmış 28.02.2018-ci il tarixli 3M/231 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. -09.03.2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə sazişdən görünür ki, tərəflər araslnda bağlanmış 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsinin icra müddəti 30.06.2019-cu il tarixədək uzadılmışdır. - 01.07.2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə sazişdən görünür ki, tərəflər araslnda bağlanmış 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsinin icra müddəti 05.09.2019-cu il tarixədək uzadılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5590/2019 saylı, 27.09.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh və X6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat Dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, tutma ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilmiş, ipoteka predmeti ilkin satış qiyməti 300000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borc ödənilməsi, İddiaçı Cavabdeh və X6 qarşı iddia tələbi qalan hissədə rədd edilmiş, Cavabdeh İddiaçı və X12 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat kontorunun notariusu X11 olmalqa “ipoteka müqavilsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3800/2020 nömrəli, 22.07.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(008)- 5590/2019 saylı qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(102)-777/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3800/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Cavabdeh iddiaçı X5 notarial qaydada ünvanladığı ərizədə qeyd edilmişdir ki, tərəflər arasında 14 saylı notariat ofisində 28.02.2018-ci il tarixdə 3m/231 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə iddiaçı tərəfdən aldığı borc məbləğindən qalıq 58000 ABŞ dolları pulu toplamışdır. Bu pulu hazırki iddiaçıya qaytarmaq istəyir. Qeyd olunan məbləği qəbul edərək əvəzində Bakı şəhəri 14 saylı notariat ofisində 15.10.2018-ci il tarixdə qeydiyyatı 3M/1204 reystr nömrə ilə rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipoteka ilə yüklü etdiyi əmlakın girovdan azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh 212 000 ABŞ dolları məbləğində borc pulu 31 iyul 2018-ci il tarixə qədər qaytarmaq şərti ilə kredit vermiş, həmin pul məbləğinin 88000 ABŞ dollarını qaytarmış, 124000 ABŞ dollarını isə bugünədək qaytarmamışdır. Həmin kreditin təminatı kimi 15 oktyabr 2018-ci il ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evini tərəflər araslnda bağlanmış 28.02.2018-ci il tarixli 3M/231 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. 09.03.2019-cu il tarixli və 01.07.2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə sazişlər bağlanmışdır ki, sonuncu müqaviləyə əsasən icra müddəti 05.09.2019-cu il tarixədək uzadılmışdır. Beləliklə 01 iyul 2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə edilmiş sazişdən görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin son icra müddəti 05.09.2019-ci il tarix müəyyən edilmişdir. İddiaçı X10 isə iddia tələbinin həcminin artırılmasına dair 05.07.2021-ci il tarixdə ərizə verərək, öhdəliyin icrasının son müddətindən yəni 05.09.2019-cu il tarixdən 05.07.2021-ci il tarixədək əhatə edən borc məbləğinin gecikdirilməsi ilə əlaqədar illik 5 faizi tələb etmişdir. Göründüyü kimi Cavabdeh kredit üzrə yaranmış borcun qaytarılmasını təxmini 1 il 10 ay (05.09.2019-cu il tarixdən 05.09.2017-ci il tarixdək (iddia tələbinin həcminin atırılmasınadək) ) gecikdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 1 il 10 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 11360 ABŞ dolları (1240 x 5% = 6200; 1 il üçün 6200 + 10 ay üçün 5160 = 11360) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borcun ödənilməsini gecikdiryi üçün illik 5 faiz hesablanmaqla 11360 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilmlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11360 (on bir min üç yüz altmış) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar