Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-455/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 3000 (üç min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü il avqust ayında iş yoldaşı öz əmək müqaviləsini artırmaq məqsədi ilə ona tanışı olub olmaması təklifi ilə müraciət edərək istəyini bildirdi. O, tanışı bildiyi Cavabdeh bu barədə kömək edə biləcəyini soruşdu. Cavabdeh bu işin 3500 manata düzələcəyini bildiridi. Həmin müəllim deyilən pul vəsaitini Zülfıyyə Qocayevanın kart hesabına yüklədi. Bundan sonra Zülfıyyə Qocayeva nə onların zənglərinə cavab verdi, nədə onu tapa bilmişlər. Onu tapdıqda isə o onlara müxtəlif formalı yalanları ilə vaxt qazanmağa başladı. O, məcbur olaraq Cavabdeh növbəti yalanına inanaraq söz verdiyi iş düzəlmədiyindən onun əvəzinə Məlahət müəllimə 3500 manatı ödəmək məcburiyyətində qalmışdır. O verdiyi sözə əməl etmədiyindən o, Nəsimi rayon Polis idarəsinin 19-cu Polis Bölməsinə ərizə ilə müraciət etsə də ona dəymiş maddi ziyanın mülki qaydada aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə olunaraq ərizəsi nəticəsiz qalmışdır. Əlavə olaraq ona Cavabdeh başqa vətəndaşlarla arlarında olan dələduzluq faktlarının olduğunu bilddirdilər. Zülfıyyə Qocayevanın həyat yoldaşı təqaütdə olan keçmiş Polis mayoru Şamil Qocayev ondan xahiş edərək əlavə vaxt istədi və ona 500 manat pul verdi. Bu onunla bu dələduz ailə arasında son münasibətləri olmuşdur. Onlar onun zənglərinə birdaha cavab vermədilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il taixdə məhkəmə iclasına ərizə ilə müraciət edərək vəkilinin Bakı şəhərində olmadığından məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı trəfindən əlavə edilmiş flaşkartda olan İddiaçı ilə Cavabdeh arasında olan səs yazılarından iddiaç ilə cavabdeh arasında pul haqq-hesabı olduğunu, cavabdehin iddiaçıya olan borcunu ödəyəcəyini, hazırda maddi imkanı olmadığını, lakin pulu düzəldərək qaytaracağını, evi ipokaya saldığını, pulu götürən kimi iddiaçıya olan borcunu Cavabdeh iddiaçıya ödəməli olduğu 3000 manatın 1500 manat olan hissəsinə ona keçdiyi üçün təşəkkür etmiş, yerdə qalan pulu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan ********** qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən flaş kartda olan səs yazılarından görünür ki, cavabdeh X2 iddiaçıya 3000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-455/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-455/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver