Məhkəmə qərarları › İş №2(008)-4550/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4550/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4550/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat məbləğində pul vəsaətinin, eyni zamanda, iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin, məhkəmə xərci üçün ödənilmiş 188.74 (yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun uzaq qohumudur. Söhbət əsnasında Cavabdeh bacısı onun 15 ildir ki, kriptovalyuta ilə məşğul olduğunu ona bildirmişdir. Daha sonra, Cavabdehla görüşən zaman, kriptovalyutanı öyrənmək istədiyini bildirmişdir. Cavabdeh bu işin çətin olduğunu, tərəfindən ona pul verilməsinə və bunun qarşılığında həmin pulun özü işlədəcəyini bildirmişdir. İlk zamanlar az məbləğ cavabdehə təqdim edilmiş, onun üstünə əlavə etməklə pulu geri qaytardığından inamı yaranmışdır. Lakin daha sonra tərəfindən verilmiş 3000 (üç min) manat məbləğində pulun çıxarılması üçün üstünə əlavə pulun qoyulması demiş, o da pulunun geri qaytarılması üçün daha 11000 (on bir min) manat pulu kart hesabına göndərmişdir. Beləliklə, hissə-hissə olmaqla, cəmi 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. Bir müddət keçdikdən sonra cavabdehlə əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını maraqlanmış, pulun geri qaytarılmasını tələb etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh verdiyi vədi yerinə yetirməmiş, verilmiş 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini qaytarmamışdır. Beləliklə, hüquqları Cavabdeh tərəfindən kobud surətdə pozulduğundan, pulun geri qaytarmaması barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Xətai Rayon 35-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, cavabdeh ondan 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat pul vəsaitini aldığını etiraf etmiş, Xətai Rayon Məhkəməsinin 1(011)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh cəzaçəkmə məntəqəsində olduğundan, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-456/2024 nömrəli xx.xx.2024-cü il tarixli Hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh, zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 32870,46 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduz etdiyi müəyyən edilmişdir. - məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, təxminən 7 ilə yaxındır “block chain” saytında kriptovalyutanın alqı-satqısı ilə məşğul olurmuş, İradə ilə qohumluq əlaqələri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İradə ona zəng edərək, bacısı Nərgizin yaşadığı ünvana çağırmışdır. O, həmin ünvana getmiş və İradə ilə görüşmüşdür. İradə ona kriptovalyuta ilə işləməyi öyrətməyini xahiş etmiş, o da razılığını bildirmişdir. İradə ona öyrənənə kimi vaxt gedəcəyini, ilkin olaraq ona pul verməyi və özünə aldığı kriptovalyutadan ona da almağını xahiş etmişdir. İradə ona 900 manat pulunun olduğunu bildirmiş, həmin gün ilk olaraq İradə təxminən avqustun sonunda anası Zəmilə Kərimovanın kartına 900 azn pul göndərmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından hər hansı bir bank kartı əldə edə bilmirmiş, buna görə də pul anasının kart hesabına göndərilmiş, həmin məbləğ anası Zəmilə Kərimovanın kart hesabına köçdükdən sonra o 900 azn pulu elə həmin kartdan M10 vasitəsilə “Block chain” saytına köçürmə etmiş, bir həftə müddətinə həmin saytdan təxminən 700 azn pul qazanmış və İradənin kartına 1600 azn pul göndərmiş, İradə bu barədə ona öz təşəkkürünü bildirmiş, bir neçə gün sonra həmin pulu, yəni 1600 azn pulu ona geri göndərmiş və yenidən qazanc əldə etmək istədiyini bildirmişdir. O, yenidən İradənin ona göndərdiyi 1600 azn pulu həmin saytda olan balansına yükləmiş, balansdan isə kriptovalyutaya yükləmiş, İradə ona yenidən zəng edərək, ona 3500 azn pul göndərmək istədiyini və həmin məbləği göndərərsə nə qədər qazanc əldə edə biləcəyini soruşmuş, lakin həmin pulu başqa bir şəxsin göndərəcəyini bildirmişdir. O İradəyə başqa şəxslər ilə iş görmək istəmədiyini demiş, İradə həmin pul başqa şəxsə məxsus olsa da, özü verəcəyini, heç bir narahatçılıq olmayacağını bildirmişdir. Bir müddət sonra İradə onun kart hesabına 3500 azn pul göndərmiş, o, həmin 3500 azn pulu yenidən saytda olan balansına yükləmiş və sonradan kriptovalyuta almışdır. Bir müddət sonra İradə ona zəng edərək, qayınanasında 11000 azn pul olduğunu, həmin pulu ona vermək istədiyini, həmin pulla da kriptovalyuta alıb qazanc əldə etmək istədiyini, lakin qayınanasının hər ay 2000 manat pul istədiyini demişdir. O da İradəyə başqa şəxslərlə iş görmək istəmədiyini demiş, lakin İradə özünün cavabdeh olduğunu narahat olmamağı, hər ay 2000 manat onlara verməyini 2000 manat isə özünə verməyini demiş, o da İradəyə razılığını bildirmişdir. İradə ona 11000 azn pulu göndərmişdir. O, həmin pulun hamısına “Block chain” saytına köçürmə etmişdir. Sonradan müxtəlif vaxtlarda hissə-hissə olaraq ümumilikdə 21780 AZN pul göndərmiş, bundan əlavə sayta komissiya kimi 3200 azn pul vermiş, İradə 1000 ABŞ dolları isə saytda əlavə bankdan kart açmaq üçün göndərmişdir. Qazandığı (70000 manat) vəsaiti bir müddət sonra “top.az”a qoymuş və hamısını uduzmuşdur. Həmin məbləğin bir qismi İradəyə məxsus olmuşdur. Noyabr ayının sonunda İradə ona verdiyi pulları qaytarıb qaytarmayacağını soruşduqda, o, xx.xx.2023-cü il tarixədək qaytaracağını bildirmiş, lakin həmin tarixdə qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri varlanmaya haqq qazandıran əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə qohumu İddiaçı etibarından sui-istifadə edib kriptovalyuta alış-satışı ilə məşğul olduğunu qazanc əldə etdiyini bildirərək sonuncunun da nağd pul yatırımı etməsini və bundan əlavə pul əldə edəcəyinə inandırmaqla yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh pulu qaytarmamasından sonra iddiaçı hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh ibtidai istintaq, həmçinin məhkəmə baxışı zamanı dələduzluq niyyətinin olmadığını bildirməsi özünü müdafiə xarakteri və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşımışdır. Onun niyyəti əmlakı ələ keçirərkən kriptovalyuta alış-satışı ilə zerərçəkmiş şəxs üçün əlavə pul əldə etməyə yox, onun əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Belə ki, Cavabdeh iddiaçının verdiyi pul ilə qazanc etməsinə baxmayaraq verdiyi vədə əməl etməmiş, ona heç bir əlavə pul verməmiş, aldığı pulları da geri qaytarmamışdır. Əksinə qazandığı pulları topazda uduzmuşdur. Bu da onun iddiaçını aldatdığını, bununla da dələduzluq niyyətinin olduğunu təsdiq etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-456/2024 nömrəli xx.xx.2024-cü il tarixli Hökmündən də göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübüta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 188,74 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 32864.46 (otuz iki min səkkiz yüz altmış dörd manat qırx altı qəpik) manat pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 188,74 (bir yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat dövlət rüsumu və iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar