Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-456/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi, mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasasızlıqların cavabdehin hesabına aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 1000 manat, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1000 manat pulun cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona dəymiş 1492 manat maddi ziyanın tutulması və mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasasızlıqların cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Cabbarov küçəsi, ev 2, 99 №-li mənzilin sahibidir. xx.xx.2020-ci il tarixdə onun mənzili bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Evinin qonaq otağına, mətbəxinə və dəhlizinə bir su axıdılıb. Onun mənzilindən yuxarıda 111 №-li mənzildə Cavabdeh yaşayır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu MKİS-nin aktı ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 100 manat təşkil edir. Həmçinin cavabdehin təqsiri hərəkətləri nəticəsində mənzilində tərtib etdiyi smetaya əsasən təmirin dəyəri 1000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə etdi və iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 2, mənzil 99 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Həmin mənzilə dair İddiaçı adına xx.xx.2016-cı il tarixdə Texniki pasport verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 №-li evin, 101 №-Lİ mənzili xx.xx.2009-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsusdur və MKİS-də olan məlumata əsasən qeydiyyatda heç kim yoxdur (44 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 849 №-li arayış) . MKTB-nin 44 saylı MKİS-nin əməkdaşqları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 №-li evin, 99 №-li mənzilində yaşayan İddiaçı tərəfindən verilmiş şikayət ərizəsinə əsasən həmin mənzilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh məxsus olan 101 saylı mənzildən su axıdılaraq 99 saylı mənzilə ziyan vurulmuşdur (44 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt) . Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3202 №-li, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 №-li evin, 99 №-li mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də 44 saylı MKİS tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq həmin mənzilə 101 saylı mənzildən suyun sızması müəyyən edilmiş, lakin 99 saylı mənzilin üst mərtəbəsində yerləşən 101 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 №-li evin, 99 №-li mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1492 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza xərcinə dair bildirişə əsasən yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri cəmi 100 manat təşkil edir. Hazırda iddiaçı ona dəymiş 1492 manat maddi ziyanın tutulması və mənzilində mülkiyyətinə zərər vurmaya səbəb olan nasasızlıqların cavabdehin hesabına aradan qaldırılması istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 2 №-li evin, 99 №-li mənzilinə cavabdehin mənzilindən su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya cəmi 1492 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1492 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1492 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdehin mənzilindən iddiaçının mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqlar cavabdehin hesabına aradan qaldırılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1492 manat, məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh mənzilindən iddiaçının mülkiyyətinə zərər vurmaya səbəb olan nasazlıqlar cavabdehin hesabına aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-456/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-456/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver