Məhkəmə qərarları › İş №2(008)-4564/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4564/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4564/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65745 olan Samsung Galaxy markalı telefon üçün 690 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı kompüter üçün 1320 manat ödənilməmiş hissə, 396 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********15564 olan X6 7 markalı telefon üçün 522 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1674 manat ödənilməmiş hissə, 334 manat dəbbə pulu borcu, ümumilikdə 5299 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5329 manatın cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********65745 olan Samsung Galaxy markalı telefon, HP markalı kompüter, İMEİ kodu **********15564 olan X6 7 markalı telefon və Samsung Led markalı televizor almış və nəticədə 5299 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 700 manat (6 ay x 115 manat + 10 manat ilkin ödəniş) olan telefon üçün ümumilikdə 897 manat olmaqla, ondan 690 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1571 manat (12 ay x 110 manat + 251 manat ilkin ödəniş) olan kompüter üçün ümumilikdə 1716 manat olmaqla, ondan 1320 manat ödənilməmiş hissə, 396 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 669 manat (6 ay x 87 manat + 147 manat ilkin ödəniş) olan telefon üçün ümumilikdə 678 manat olmaqla, ondan 522 manat ödənilməmiş hissə, 156 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1674 manat (18 ay x 93 manat + 0 manat ilkin ödəniş) olan televizor üçün ümumilikdə 2008 manat olmaqla, ondan 1674 manat ödənilməmiş hissə, 334 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 408 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə İMEİ kodu **********65745 olan Samsung Galaxy markalı telefon, HP markalı kompüter, İMEİ kodu **********15564 olan X6 7 markalı telefon və Samsung Led markalı televizor satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə aralarında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il müqavilələrə üzrə 4206 manat əsas, 1093 manat cərimə borcu, cəmi 5299 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 1093 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 109,3 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 81 % hissəsində təmin edildiyindən (52xx xxxxxxxx 4315,3 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı cavabdehə, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65745 olan Samsung Galaxy markalı telefon üçün 690 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı kompüter üçün 1320 manat ödənilməmiş hissə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********15564 olan X6 7 markalı telefon üçün 522 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1674 manat ödənilməmiş hissə, 109,3 manat dəbbə pulu borcu, ümumilikdə 4315,3 manat borc Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65745 olan Samsung Galaxy markalı telefon üçün 690 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı kompüter üçün 1320 manat ödənilməmiş hissə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********15564 olan X6 7 markalı telefon üçün 522 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1674 manat ödənilməmiş hissə, 109,3 manat dəbbə pulu borcu, ümumilikdə 4315,3 manat borc Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 24 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. 6 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-yə aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar