Məhkəmə qərarları › İş №2(008)-4590/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4590/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4590/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçı X3, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakı ilə iddiaçı X4 Cavabdeh qarşı "hasarın bərpa edilməsi, müdaxilənin qadağan edilməsi və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı "hasarın bərpa edilməsi, müdaxilənin qadağan edilməsi və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona qarşı hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus hasarın və ayaqyolunun qapısının əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, ona məxsus evə və həyətyanı torpaq sahəsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi, həyətinə açılan cavabdehə məxsus evin pəncərələrinin bağlanması, meyvə ağaclarının kəsilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona qarşı hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus hasarın və ayaqyolunun qapısının əvvəlki vəziyyətə bərpa edilməsi, cavabdehə həvalə edilmiş evinə və həyətyanı torpaq sahəsinə müdaxiləsinin cavabdehə qadağan edilməsi, meyvə ağaclarının kəsilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi 1000 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-125/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və evə müdaxilə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, İddiaçı sahibliyində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hasarı və ayaqyolunun qapısının Cavabdeh hesabına bərpa edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində meyvə ağaclarının kəsilməsi ilə əlaqədar iddiaçıya vurulmuş zərərin əvəzi 1000 manat və ödənilmiş dövlət rüsümünün əvəzi 30 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli 2(008)-125/2023 nömrəli qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması üçün təzələnmə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4590/2024 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-125/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 il əvvəl hazırda yaşadığı evin altında yerləşən torpaq sahəsini iş üzrə cavabdehdən alaraq, həmin vaxtdan da orada fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ev tikilən dövrdə evin həyətyanı sahəsinin dəmir vərəqələrlə hasara almış və həyətdə çoxsalı meyvə ağacları əkmişlər. 2019cu ilin sentyabr ayında iş üzrə cavabdeh özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikərək, həyətinə tərəf pəncərələr qoymuş və evin arxasından onun həyətinə giriş-çıxış qapısı qoyaraq, qonşuluq sərhəddi kimi hasarladığı dəmir vərəqələri sökərək həyətindən özünə yol açmış, həyətində olan meyvə ağaclarını balta ilə kəsərək, həyətyanı torpaq sahəsində tikdiyi ayaqyolunun qapısını balta ilə doğrayaraq sökmüşdür. Cavabdehin bu hərəkətlərinə qarşı irad tuturaq qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də buna məhəl qoymayaraq, əksinə onun ailəsini kobud şəkildə təhqir edərək, az yaşlı uşaqlarına hədə-qorxu gəlir. Balta ilə həyətinə girərək, ailəsinə hədə qorxu gəlmək məqsədi ilə baltanı nümayiş etdirir, ailəsinin şəxsiyyətini təhqir edir. Uşaqları qorxudan həyətə çıxa bilmirlər. Cavabdeh nümayişkaranə şəkildə "mən güclüyəm haradan istəsəm keçərəm və nə istəsəm edə bilərəm" deyərək nə qanuna, nə ədalətə, nə də qonşuluq hüquna hörmət etmək lazımdır anlamına məhəl qoymur. Meyvə ağaclarını cavabdeh kəsməklə, ona 1000 manat zərər vurmuşdur. Dəfələrlə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etsələr də həyətə baxış keçirərək, həyət sizindir, onlara veriləsi yol yoxdur desələr də, heç bir təsirli tədbir görməyərək çıxıb gedirlər. Polisin onlara qarşı etinasızlığını görən cavabdeh daha da ruhlanaraq, təzyiqini daha da gücləndirmiş, Mülki Məcəllənin 170-ci maddəsində göstərilən "qonşular bir-birinə hörmət etməlidir" müddəasını pozmuşdur. Cavabdehin digər tərəfdən uzun müddətdir ki, küçəyə giriş-çıxış qapısı vardır. Cavabdehin məqsədi 2-ci yol alaraq onun həyətindən gedişgəliş yolu açsın. Cavabdeh ev tikib-satmaqla məşğuldur. Artıq 20 ilə yaxındır ki, evinin altında yerləşən torpaq sahəsindən istifadə edərək həmin torpaq sahəsinə sahiblik edir. Həmin dövr ərzində qaz, işıq və elektrik enerjisindən istifadə etməklə həmin təşkilatlarla müqavilə balğamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddianı müdafiə edərək bildirmişdir ki, sahə neft şirkətinə məxsusdur. Cavabdehin də həmin sahəyə dair sənədi yoxdur. 20 il ərzində qarşı tərəflə mübahisə olmamışdır. Hal-hazırda ağacları kəsdiyinə görə cavabdeh barəsində tədbir görülmüşdür. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mətləb o ünvanda yaşamır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil1, iddia tələbinə qarşı xx.xx.2024-cü ildə yazılı etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində "xəyali inşa edilmiş hasarın, onun cavabdeh tərəfindən sökülməsini, iddia etdiyi sahənin iddiaçıya məxsusluğunu" sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərinin bu hissələrini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməlidir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar yalnız özünün iddiada qeyd etdiyi izahatı olmuşdur. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən 1000 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək iddiaçının subyektiv hüququ olmadığından iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/1419 nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, araşdırma zamanı sözügedən ünvanda diametri 6-8 sm olan müxtəlif cinsdən 4 ədəd ağacın əvvəlki illərdə zədələndiyi müəyyən olunmuşdur. Şikayətçi F.Əliyev yazılı izahat verərək əkmiş olduğu 6 ədəd meyvə ağaclarını da qonşusu Cavabdeh kökündən çıxardaraq məhv etdiyini və bu haqda 2019-cu ilin sentyabr ayında Sabunçu Rayon Polis İdarəsinə müraciət etdiyini bildirmişdir. - Abşeron Rayon VVAQ Şöbəsi Xırdalan qəsəbəsinin Vİİ-ЖГ seriyalı 385871 nömrəli "Nikahın bağlanması haqqında şəhadətnamə"dən görünür ki, X10 ilə X11 arasında xx.xx.2000-ci ildə nikah bağlanmışdır. - ünvan 3 ünvanında yaşayan X2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı izahatından qeyd etmişdir ki, X10 ilə qonşudur. 2001-ci ildə Zamanov Gülmurad və arvadı X1 Füzuli Məmməd oğluna Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən torpaq sahələrini onun yanında razılaşdırılaraq satmışlar. X10 onun yanında torpağın pulunu vermiş və torpaq sahəsi ölçülərək X6 verilmişdir. Bundan sonra X10 6 sot torpaq sahəsini hasara almış, sonra isə fərdi yaşayış evi tikmişdir. X10 2001-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə Cavabdeh özünə məxsus olan torpaq sahəsində ev tikmiş, X6 məxsus olan evə tərəf pəncərə və dəmir qapı qoyulmuşdur. X12 tərəfindən çəkilmiş dəmir hasar Mətləb tərəfindən sökülmüş və Fizulinin əkdiyi ağacları kəsmiş, onu söyüb, təhqir etmişdir. Cavabdeh qanunsuz hərəkətləri hal-hazırda davam edir. - ünvan 3 ünvanında yaşayan X7 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı izahatından qeyd etmişdir ki, o, X12 ilə qonşudur. X12 2001-ci ildə qonşuluğunda yaşayan Zamanov Gülmurad və arvadı X1 Fizuli Məmməd oğluna Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən torpaq sahəsini mənim yanımda razılaşdırılaraq satmışlar. X12 onun yanında torpağın pulunu vermiş və torpaq sahəsi ölçülərək X8 verilmişdir. Bundan sonra X12 6 sot torpaq sahəsini hasara almış, sonra isə fərdi yaşayış evi tikmişdir. X12 2001-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə Cavabdeh özünə məxsus olan torpaq sahəsində ev tikmiş, X8 mənsub olan evə tərəf pəncərə və dəmir qapı qoymuşdur. X12 tərəfindən çəkilmiş dəmir hasar Mətləb tərəfindən sökülmüş və Fizulinin əkdiyi ağacları kəsmiş, onu söyüb, təhqir etmişdir. Zamanov Mələbin qanunsuz hərəkətləri hal-hazırda davam edir. - ünvan 3 ünvanında yaşayan X13 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı izahatından qeyd etmişdir ki, X10 ilə qonşudur. 2001-ci ildə Zamanov Gülmurad və arvadı X1 Füzuli Məmməd oğluna Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən torpaq sahələrini onun yanında razılaşdırılaraq satmışlar. X10 onun yanında torpağın pulunu vermiş və torpaq sahəsi ölçülərək X6 verilmişdir. Bundan sonra X10 6 sot torpaq sahəsini hasara almış, sonra isə fərdi yaşayış evi tikmişdir. X10 2001-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə Cavabdeh özünə məxsus olan torpaq sahəsində ev tikmiş, X6 məxsus olan evə tərəf pəncərə və dəmir qapı qoyulmuşdur. X12 tərəfindən çəkilmiş dəmir hasar Mətləb tərəfindən sökülmüş və Fizulinin əkdiyi ağacları kəsmiş, onu söyüb, təhqir etmişdir. Cavabdeh qanunsuz hərəkətləri hal-hazırda davam edir. İşdən göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir: 1) cavabdehin ona qarşı hərəkətlərinin qanunsuz hesab edilməsi, 2) ona məxsus hasarın və ayaqyolunun qapısının əvvəlki vəziyyətə bərpa edilməsi, 3) cavabdehə həvalə edilmiş evinə və həyətyanı torpaq sahəsinə müdaxiləsinin cavabdehə qadağan edilməsi, 4) meyvə ağaclarının kəsilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi 1000 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi. Məhkəmə ilk üç tələblə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəssəsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasında qanuni istifadədə olan torpaq sahələrinin mülkiyyətə verilməsinin əsasları "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli, 155-İQ nömrəli Qanununu ilə müəyyən edilmişdir. Həmin Qanununun 9 və 10-cu maddələrinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4). Sadalanan normalarının birgə təhlilindən görünür ki, hüququn müdafiəsi üçün iddia tələbi ilə müraciət etməyin başlıca şərtlərdən biri subyektiv hüquqa malik olmaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin olduğu torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli evin olduğu torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi ünvan 6 ünvanında olan fərdi ev bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bundan əlavə İddiaçı məhkəmə araşdırması zamanı özü mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədinin olmamasını və neft şirkətinə məxsus olmasını bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır. Tələbin meyvə ağaclarının kəsilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq 1000 cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı olan hissəsinə dair məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Sadalanan normalardan təhlilindən belə nəticəyə gəlinir ki, birmənalı olaraq hər hansısa tələblə bağlı sübutetmə yükü həmin tələbi irəli sürmüş şəxsə məxsusdur. İşdən görünür ki, İddiaçı cavabdeh tərəfindən meyvə ağaclarının kəsilməsini, bunun nəticəsində isə ona 1000 manat məbləğində zərərin dəyməsini iddia edir. Lakin qeydolunan faktları təsdiq edən mötəbər sübut iddiçı təqdim etməmişdir. Ağacların kəsilməsi yalnız iddiaçının öz izahatında, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/1419 nömrəli xx.xx.2020-ci il tarixli aktda və məhkəməyə ünvanlanmış X2, X7, X13 izahatlarında göstərilmişdir. Məhkəmə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26/1419 nömrəli xx.xx.2020-ci il tarixli aktı təhlil edərkən müəyyən etmişdir ki, həmin aktda cavabdeh tərəfindən ağacların kəsilməsi baxış keçirən vəzifəli şəxsin özü tərəfindən təsdiq etmiş fakt kimi deyil, şikayətçi F.Əliyev yazılı izahatında qeyd olunmuş fakt kimi göstərilmişdir. Yəni bu akt yenə də iddiaçının tələbini sübut edən sənəd kimi qiymətlədirilə bilməz. X2, X7, X13 izahatlarına iş materiallarına əlavə edilsə də, məhkəmə həmin şəxslərin şahid qismində dindirilməsi barədə vəsatəti təmin edilməmiş, onlar prosessual qaydalara riayət edilməklə dindirilməmiş, bu səbəbdən onların göndərdikləri izahatlar işlə əlaqədarlığı və mötəbərliyi məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, iddiaçının cavabdeh tərəfindən ağacların kəsilməsi tələbi bu sənədlərlə də təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, X11 xx.xx.2020-ci ildə 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X4 Cavabdeh qarşı "hasarın bərpa edilməsi, müdaxilənin qadağan edilməsi və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. X11 tərəfindən ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar