Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4591/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X9” əsasında ödədiyi 3000 (üç min) manat pulun, Notariat Kontorunda xərclədiyi 92 (doxsan iki) manat pulun və həmçinin 51 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı tanışı X3 2021-ci ildə 10.000 (on min manat) pul vermişdir. Bildirir ki, həmin pulu torpaq almaq üçün vermişdir. Lakin torpaq alqı-satqısı alınmadığı üçün pulunu tanışı X1 geri tələb etmişdir. O isə ona bildirdi ki, başqa bir yerdən özü üçün torpaq almış, lakin pulunu tam ödəyə bilməmişdir. Bu səbəbdən də həmin torpağın alınması üçün qalan 3000 (üç min) manatını ona ödəsə həmin torpaq sahəsini ala bilər. Bildirir ki, tanışı X6 həmin torpaq sahəsini ona 13.000 (on üç min) manata satmasına razılaşmışlar. O, həmin Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yerləşən torpaq sahəsinə baxmış və torpağı bəyənmişdir. Lakin tanışı X6 ona bildirdi ki, onun torpaq sahibi Cavabdeh 3000 (üç min) manat borcu qalıb. O pulu da ödədikdən sonra torpağı alqı-satqı etmək olar. O, ona bildirmişdir ki, o, alqı-satqısı birbaşa torpağın sahibi olan Cavabdeh ilə etmək istəyir. X6 onunla razılaşdı və ona bildirdi ki, Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlayarsan, qalan 3000 manatı birbaşa Cavabdeh adına köçürərsən, o da sənə etibarnamə verər. Bundan sonra xx.xx.2021-ci il tarixində o, İddiaçı, Cavabdeh, X6 və vasitəçi X8 ilə birlikdə 25 saylı Notariat Kontoruna gedərək orada Cavabdeh və onun arasında “İlkin alqı-satqı müqaviləsi” bağladı. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli 682-Nli sərəncamına əsasən satıcı Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi yaxınlığında sahibkarlıq məqsədi ilə 185-000-111c nömrəli layihə tipinə əsasən ayrılmış 3.0 ha torpaq sahəsindən 0.18 ha-na dair alıcı o, İddiaçı ilə “ilkin alqısatqı” müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtlərinə görə torpaq sahəsinin satış qiyməti 3200 (üç min iki yüz) manat müəyyən edildi. Alıcı, yəni o həmin məbləğin 3000 (üç min) manat hissəsini satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyib, qalan 200 manatı isə satıcının götürdüyü öhdəliklər yerinə yetirildikdən sonra satıcıya ödəməli idi. O, xx.xx.2021-ci il tarixində Cavabdeh hesabına 3000 manat pulu ödəmiş və 92 manat notarius xərcini ödəmişdir. Bundan sonra 25 saylı Notariat Kontorunda Cavabdeh və onun arasında “ilkin alqı- satqı” müqaviləsi bağlandı, cavabdeh ona həmin torpağa dair etibaramə və torpağa aid sənədləri verdi. Bundan sonra o, həmin torpağın yerləşdiyi ünvana getmiş və həmin yeri daş hasara almaq istəmişdir. Bu zaman həmin yerə başqa şəxslər gələrək həmin yerin onlara məxsus olduğunu bildirdilər. O, onlara torpağın sənədlərini təqdim etmiş, lakin həmin şəxslər ona bildirdilər ki, bu sənədlər saxtadır. O, bundan sonra “Asan Xidmətə” getmişdir. Orada ona bildirdilər ki, onda olan sənədlərin heç bir kötüyü yoxdur və ola bilsin ki, saxta sənədlərdir. Bundan sonra o, satıcı Cavabdeh zəng vuraraq ona verdiyi 3000 manatı və 92 manat notarius xərcini tələb etmişdir. O isə onu təhqir edərək telefonu söndürdü. Bundan sonra tanışı X3 bu barədə xəbər vermişdir. O, da öz növbəsində Bakı şəhəri, Xəzər rayon Polis idarəsinə ərizə ilə müraciət etdi. Bundan sonra Xəzər Rayon Polis İdarəsinin polis müstəntiqi onları və satıcını Polis İdarəsinə dəvət etdi. Hamı olduğu kimi ifadə vermiş, cavabdeh də gələrək 3000 manat pulu aldığını etraf etmişdir, lakin bildirdi ki, guya ki, sənədlərin saxta olduğunu bilməyib. Bundan sonra polis müstəntiqi cinayət işinin başlanılmasına rədd qərarı verdi. Hal-hazırda o, cavabdehdən pulunu ala bilmir. Dəfələrlə müraciət etsə də, cavabdeh ona bildirir ki, -“ağlın olaydı almazdın”. Hazırda cavabdehin ona X9nə əsasən 3000 (üç min) manat və 92 manat notarius xərcinə görə borcu var. Artıq uzun müddətdir cavabdehin ona olan 3092 manat borcunu ödəməməsi ucbatından ona mənəvi ziyan dəymişdir, çünki o, həmin pulu kredit alıb ona cavabdehə vermişdir. Hal-hazırda cavabdeh ona olan borcunu qaytarmaması səbəbindən maddi vəziyyətim çətinləşib. Cavabdeh isə onu ələ salır, onun hissləri ilə oynayır və pulunu qaytarmır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh pulunu qaytarmaq əvəzinə əksinə onu hər dəfə aldadır və o, isə ağır sarsıntı və iztirab keçirir. Məhkəmə iclasında iştirak edənə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, torpaq sahəsini satmaq üçün iddiaçıdan 3000 manat pul almışdır, lakin sonradan onada məlum olmuşdur ki, onun satmaq isdədiyi torpaq sahəsi ona məxsus deyil, belə ki, torpaq sahəsinə aid olan sənəd saxtadır. Belə olan halda onlar arasında ilkin alqı satqı müqaviəsi bağlansada, sonradan müqavilə bağlaya bilməmişdirlər. Qeyd edilən pulun 1500 manat pul vəsaitini qaytarmağa etiraz etmədiyini, lakin yerdə qalan 1500 manat pulu X6 qaytarmalıdır. Belə ki, o iddiaçıdan almış olduğu pulun 1000 manat olan hissədinini elə natarusda olan zaman, Qarabağa ona müştəri tapdığı üçün vermişdir. 500 manat olan hissəsini isə Qarabağın ondanuşağını məktəbə düzəltmək aldığı 500 manata hesablamışdır. Lakin 1500 manatı iddiaçıya ödəməyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi yaxınlığında sahibkarlıq məqsədilə, 185-000-111c nömrəli layihə tipinə əsasən ayrılmış 3.0 ha torpaq sahəsindən 0.18 ha-na dair alıcı İddiaçı ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasının və gələcəkdə əsas alqı-satqı müqaviləsinin bağlamağı öhdələrinə götürmüşlər.Torpaq sahəsinin satış qiyməti 3200 (üç min iki yüz) manat müəyyən edilir. Alıcı sözügedən pulun 3000 manat olan məbləği satıcıya notariusun bankda açılan depozit hesab vaistəsi iləödəyir. 200 mantat hissəsini isə əsas müqavilə bağlyan zaman ödəməyi öhdəsinəgötürmüşdür. xx.xx.1993-cü il tarixli, 682 nömrəli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən Cavabdeh Maştağa qəsəbəsi, Savalan yaşayış massivi yaxınlığında sahibkarlıq məqsədi ilə185-000-111 c nömrəli layihə tipinə əsasən 3.0 ha torpaq sahəsi tikinti məqsədləri üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2022-ci il tarixli AR-İİ seriyalı, 34623 nömrəli etibarnamədən görünür ki, Cavabdeh X4b Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli, 682 nömrəli sərəncamına əsasən Maştağa qəsəbəsi, Savalan yaşayış massivi yaxınlığında sahibkarlıq məqsədi onuna adına ayrılmış 3 ha torpaq sahəsinin 0.18 hissəsin ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli 68/2 saylı sərəncamları Dövlət Arxivin Bakı filialında mövcuddur. Lakin həmin sərəncəmlarda Cavabdeh barəsində heç bir məlumat yoxdur. - 07 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, X2 onun barəsində ünvanladığı şikayət ərizəsi ilə tanış olmuş, bununla əlaqədar olaraq qeyd etmişdir ki, qeyri-rəsmi əri Əli adlı şəxs onun adına Savalan qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi almış, həmin torpaq sahəsi ilə bağlı Buzovna qəsəbəsində yerləşən notariusa gedərək etibarnamə vermiş və 2000 manat pul almışdır. Belə ki, alqı-satqı etdiyi üçün onun adına köçürülən 3000 manat puldan Qarabağ adlı şəxs 2000 manat pulu ona vermişdir. 1000 manat pulu isə Zahir adlı şəxsə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onun adına olan torpaq sahəsinə dair sənəd saxtadır və bu barədə əri Əli adlı şəxs Nərimanov RPİ-nə ərizə ilə müraciət etmiş və hazırda Nərimanov RPİ-nin müstəntiqi Mehman Ələsgərov tərəfindən araşdırma aparılır. - 07 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikas CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, qəbul edilmiş qərarın surəti iş üzrə tərəflərə göndərilməklə, mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. - 13.05.2022-ci il tarixli pretenziya məktubundan görünr ki, İddiaçı Cavabdeh müraciət edərək, 3000 (üç min) manat pulun və notariusa ödədiyi 92 manat rüsumun ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - 911420739 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətind görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat rüsum ödənilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 3000 manat əsas borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur-(402.2) İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. (402.3) İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (402.3). Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İlk öncə məhkəmə tərəflərin diqqətinə çatdıraraq qeyd edir ki, ilkin alqı-satqı müqavilənin predmenti olan torpaq sahəsi ilkin alqı-satqı müqaviləsi bağlandığı zaman satıcının mülkiyyətində olmamışdır, bu günki dövürədək də satıcı olan cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmişdir. Belə olan halda məhkəmə hesab edir cavabdeh öz mülkiyyət hüququ olmayan torpaq sahəsi ilə bağlı ilkin alqı-satqı müqaviləsi bağlaması qanunvericiliyin tələblərinə zidd olduğu halda, həmin müqavilə üzrə almış olduğu pulu iddiaçıya geri qaytramalıdır. Beləliklə mülki iş üzrə məhkəmə araşdırması zamanı o cümlədən cavabdehin izhatında müəyyən olunur ki, Cavabdeh ona məxsus 3 ha torpaq sahəsinin 0.18 ha olan hissəsini iddiaçıya satmaq adı ilə iddiaçının xeyrinə varlanmış bununla da iddiaçıya 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 50 manat məbləğində dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Notariat Kontorunda xərclədiyi 92 (doxsan iki) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı əsaslı sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4591/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4591/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver