Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4643/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 800 (səkkiz yüz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2024-cü il 18 oktyabr tarixində İddiaçı, Cavabdeh ilə şifahi razılaşma əsasında onun adına qeydiyyatda olan "Chevrolet Malibu" markalı avtomobili icarəyə götürmüşdür. Bu razılaşmaya əsasən ümumilikdə 1200 manat məbləğində ödəniş etdim (397 manat bankomat vasitəsilə, 800 manat isə cavabdehin bank kartı hesabına köçürülmüşdür). Həmin günün axşamı avtomobil üçüncü bir şəxs tərəfindən vurulmuşdur. 2024-cü il 21 oktyabr tarixində avtomobili cavabdehə geri qaytardı. Həmin zaman avtomobilə dəyən ziyanın 400 manat olduğu razılaşdırılmış və cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, icarə üçün ödənilən 800 manatın geri qaytarılması barədə qarşılıqlı razılıq əldə olunmuş, bu razılıq cavabdehin WhatsApp üzərindən yazışmalarında da təsdiq edilmişdir. Lakin buna baxmayaraq, bu günədək həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli Yol vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı (Şəxsiyyət vəsiqəsi: AA 3953559, FİN: xxxxxxx), (Sürücülük vəsiqəsi: BD 215682 Az. Res. DİN BDYPİ Yevlax RQİTBŞ) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış "29" Avqust 2024-cü il tarixli, MASSİ 128E/24 saylı "Lizinq Müqaviləsi" və Cavabdeh xx.xx.2024-cü il tarixli müraciəti əsasında lizinqə 1 ədəd "Chevrolet Malibu" sedan markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB № 115707 seriyalı, 2016-cı il buraxılışlı, ban № İG1ZE5ST2GF194964, mühərrik həcmi: 1490 sm³, tünd boz metallik rəngli) nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materiallarında olan whatsapp yazışmalarından görünür ki, Cavabdeh ilə Cavabdeh arasında borc məbləğinin ödənilməsi ilə bağlı söhbətlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən pul vəsaitinin cavabdehə verilməsini və ya cavabdehin iddiaçı ilə cavabdeh arasında 400 manat məbləğində zərərin razılaşdırılmış olduğunu və 800 manat məbləğində pulun iddiaçıya geri qaytarmaq barədə razılığını təsdiq edəcək möhtəbər sübutlar olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən cavabdeh ilə Cavabdeh arasında olan whatsap yazışmalırına münasibət bildirərək qeyd edir ki, sözügedən yazışmaların məzmunundan cavabdeh ilə Cavabdeh borc pulun qaytarılamsı ilə bağlı söhbət getsə də, həmin yazışmalardan kimin kimə, nə qədər borcunun olması müəyyən edilə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(008)-4643/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4643/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver