Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-469/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi X13, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X23 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla qəza vəziyyətində olan tiklinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdehlər İddiaçı1 və İddiaçı2nə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla əmlak tələbinə dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla qəza vəziyyətində olan tiklinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 ünvandakı qəza vəziyyətində olan tikilinin boşaldılması, həmin ünvanda 13 saylı mənzildə yaşayan ailə üzrvləri- X25, X28 və X24 ilə birlikdə Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş yeni mənzilə köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvandakı qəzalı vəziyyətində olan binanın 13 saylı mənzilinin 192.400 manat kompensasiya verilməklə boşaldılması, həmin mənzildə yaşayan ailə üzvləri X25, X28 və X24 ilə birlikdə mənzildən çıxarılmaları və qeyd olunan ünvandakı qəzalı vəziyyətdə olan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdehlər İddiaçı1 və İddiaçı2nə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 13, 13 B, 13 C və 13 D saylı mənzillərin əvəzinə yerində inşa ediləcək yeni binada mənzillərin ümumi faktiki 217.6 kv.m sahəsinə əlavə olaraq 25%, yəni 54.4 kv.m artıq sahə verilməklə, cəmi 272 kv.m-lik tam təmirli mənzil sahəsinin (və ya həmin sahəyə uyğun mənzillərin) Cavabdeh verilməklə onun adına rəsmiləşdirilməsi və tikinti müddətində müstəqil tələb irəli sürən şəxslərin müvəqqəti məskunlaşması üçün aylıq 600 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 müraciəti əsasında Agentliyin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri və Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı tərəfndən 29 oktyabr 2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən yaşayış binasına vizual texniki baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən yaşayış binası 1904-cü ildə 2 mərtəbəli, 3 girişli, 29 mənzilli inşa olunmuşdur. Binanın mənzillərinə daxil olmaq üçün istifadə olunan ümumi eyvanların qəza vəziyyətində olmaları ilə yanaşı, bina uzun müddət təmirsiz, istismar edildiyinə görə köhnəlmiş və ciddi fiziki aşınmalara məruz qalmışdır. Atmosfer sularının təsirindən binanın damı yararsız hala düşmüşdür. Döşəmə konstruksiyalarında çoxsaylı deformasiyalar, binanın yükdaşıyan daxili və xarici divarlarında, arakəsmələrində çatlar, ağac tirlərinin dayaq hissələrinin çürüməsi, bir sıra metal konstruksiyalarda ciddi korroziyalar müşahidə olunmuşdur. Binanın bütövlüklə sanitar-gigiyenik və yanğın təhlükəsizliyi baxımından olduqca acınacaqlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Binanın elektrik, su və kanalizasiya xətləri istismara yararsızdır. Binanın yükdaşıyan konstruksiyalarının yükgötürmə qabiliyyəti zəifləmiş və bina istismar müddətini başa vurmuşdur. Yaşayış binasında əsaslı təmir, bərpa işlərinin aparılması iqtisadi və texniki cəhətdən mümkün olmadığını, yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis-kommunikasiya xətlərinin isə bərbad vəziyyətdə olmasını, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, binanın sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bina qəza vəziyyətindədir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar olaraq sakinlərin təcili olaraq binadan köçürülməsi, binaya daxil olan kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi, binaya girişin məhdudlaşdırılması kimi təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Məsələ ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlanmış 16 aprel 2019-cü il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müraciəti ilə bağlı Maliyyə Nazirliyinin 2019-cu il 15 tarixli 09/02 3-64-438 nömrəli məktubu ilə müvafiq təkliflər verilmiş və həmin təkliflərə uyğun olaraq sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Səbail (20-ci sahə), Suraxanı, Sabunçu, Binəqədi və Xətai (Əhmədli qəsəbəsi) rayonlarının ərazisində yerləşən 16 binaya dair aşağıdakı tədbirlərin həyata keçirilməsi cənab Prezident tərəfindən məqbul hesab edilmişdir: bu binalar üzrə sahəsi 30 kvadratmetr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30.*** manat olmaqla cəmi 13.320.*** manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; sahəsi 30 kvadratmetrdən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kvadratmetri üçün 1.*** manat olmaqla cəmi 12.760.*** manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; həmin binalar üzrə ümumilikdə 732 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat olmaqla ümumilikdə 366.*** manat əlavə birdəfəlik yardım verilməsi; Fövqəladə Hallar Nazirliyinin hesablamalarına əsasən 300.*** manat məliəğində qiymətləndirilən ümumilikdə 17 binanın söküntüsü. Eyni zamanda, yuxarıda qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün 13700.*** manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsindən Bakı şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına cənab Prezident tərəfindən razılıq verilməklə müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Qeyd olunanlara əsasən, həmin binanın sakinləri oradan köçürülməklə Rayon İcra Hakimiyyəti tərəfindən yeni mənzillərlə təmin olunmuşlar. Mənzilin mülkiyyətçisi olan Cavabdeh isə evin qəzalı vəziyyətdə olmasına baxmayaraq, digər mənzilin verilməsi şərti ilə həmin binadan köçürülməsi ilə razılaşmayaraq 3 nəfər ailə tərkibi ilə qeyd edilən evin 13 saylı mənzilini boşaltmamışdır. İstismar müddəti bitmiş, qəzalı mənzildə cavabdehin qalması onun və ailə üzvlərinin həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır və yaxın gələcəkdə orada təbii və ya texnogen fövqəladə halların yaranması ehtimalını yüksək edir. Belə ki, yaşadıqları mənzilin qəza vəziyyətində olması həmin evin və ya onun hər hansı konstruksiyalarının çökməsinə gətirib çıxara bilər ki, bu da baş verə biləcək bədbəxt hadisənin qarşısının alınmasını mümkünsüz etməklə yanaşı, həmin hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət büdcəsinin hazırda nəzərdə tutduğundan da əlavə yüklənməsinə səbəb ola bilər. Bunun təsdiqi kimi, cavabdehin ailə üzvü olan Siala Orucova evin qəzalı olması ilə bağlı 2018-ci ildə və evin tavanın çökməsi ilə bağlı 2022-ci ildə Agentliyə müraciət etmişdir ki, bu da orada məskunlaşan ailəni gözləyən təhlükənin günbəgün daha da real olmasının bariz təzahürüdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı mübahisə mülkiyyətində və istifadəsində olan mənzil barəsindədir. Belə ki, ünvan 6 ünvanında yerləşən 13 saylı mənzil mülkiyyət hüququ üzrə 36 kv.m, həmçinin istifadəsində olan sahə üzrə 7.52 kv.m, 13 B saylı mənzil mülkiyyət hüququ üzrə 47,80 kv.m, həmçinin istifadəsində olan sahə üzrə 8,03 kv.m, 13C saylı mənzil mülkiyyət hüququ üzrə 54,10 kv.m, həmçinin istifadəsində olan sahə üzrə 7,87 kv.m, 13 D saylı mənzil mülkiyyət hüququ üzrə 54,0 kv.m, həmçinin istifadəsində olan sahə üzrə 2.28 kv.m sahələr istifadəsindədir. Yekun olaraq mülkiyyətində və istifadəsində olan 4 mənzil üzrə 217.6 kv.m. sahə Cavabdeh məxsusdur. Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 25 % artıq sahənin, cəmi olaraq 272,0 kv.m təmirili mənzil sahəsinin ona verilməsi və tikinti müddətində ailənin müvəqqəti məskunlaşması üçün aylıq kirayə pulunun ödənilməsi nəzərdə tutulsa da, cavabdeh bu vəzifəni icra etmək istəmir. Belə ki, hazırda ilkin iddia üzrə onların mülkiyyət və istifadəsində olan sahənin hamısına deyil, təkcə mülkiyyətində olan sahəyə pul kompensasiyası verilməklə onların köçürülməyi nəzərdə tutulur. Yəni, əlavə olaraq 25 % artıq sahə onlara verilmir. Eyni zamanda cavabdeh yerində tikilən binada onları mənzil ilə təmin etmək istəmir. Məhkəmədə bu xüsusatda iddia qaldırıldığına görə, həmin iddiaya qarşı qarşılıqlı iddia, həmçinin müstəqil tələb ilə çıxış edirlər. Hesab edirlər ki, bizim mülkiyyət və istifadəmizdə olan 217,6 kv.m. ümumi sahəyə əlavə olaraq 25 % sahə verilməklə, cəmi olaraq 272 kv.m sahə ilə yerində tikilən (və ya qonşuluqda tikilmiş) yeni binada tam təmirli mənzil ilə təmin olunmalıdırlar. Həmçinin, tikinti müddətində ailə üzvlərinin yaşaması üçün aylıq kirayə haqqı kimi onlara kompensasiya da ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən onlara verilən imtina cavablarından görünür ki, guya onun mənzili barədə qanuna uyğun olaraq yerində mənzil verilməsi qeyri-mümkündür. Halbuki, cavabdeh onun yaşadığı ünvanda digər vətəndaşlara həmin şərtlərlə mənzillər verib. Bundan əlavə, hər iki cavadeh qurum inzibati orqandır və onların, xüsusən də hazırkı mübahisə üzrə daha çox maraqlı tərəf olan İddiaçı2 onlara qarşı ayrıseçkilik nümayiş etdirməsi qanunvericiliyə ziddir. Hər iki cavadehin, xüsusən də İddiaçı2 onlara qarşı ayrıseçkilik nümayiş etdirməsini onunla əsaslandırır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 294 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı ilə İddiaçı2 30 iyul 2019-cu il tarixli müraciəti və digər qanunvericilik aktları əsasında ünvan 6 ünvanda 0.14 ha torpaq sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. Həmçinin həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qarşlılıqlı razılaşma əsasında köçürülməsi və vəsaitlərin ödənilməsinin təmin edilməsi cavabdeh İddiaçı2nə tapşırılmışdır. Həmçinin cavabdeh Azərbaycan Respublikası İddiaçı1 12 yanvar 2021-ci il tarixli, xx/xx-00156 saylı, İİ oktyabr 2021-ci il tarixli, xx/xx-07372 saylı, 23 iyun 2022-ci il tarixli, xx/xx-04335 saylı məktublarından görünür ki, İddiaçı2 27 sentyabr 2019-cu il tarixli, 333 saylı sərəncamına əsasən vətəndaşların yaşadığı ünvan 8 ünvanda hazırda istismara yararsız vəziyyətdə olan binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının 7-178/17 g saylı. xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanda yerləşən torpaq sahəsi 294 saylı sərəncam ilə İddiaçı2 daimi istifadəsinə verilmişdir. Cavabdeh İddiaçı2 həmin əraziyə düşən onlardan savayı bütün sakinləri köçürmüş, həmin ərazidə yerləşən vətəndaşlara öz mülkiyyət və istifadələrində olan sahələrə, əlavə olaraq 25 % əlavə sahə və tikinti müddətində kirayə haqqı verdiyi halda, onlarla həmin şərtlərlə müqavilə bağlamaq istəmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********48 saylı, 06 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən mərhum X16 mülkiyyətində olmuş 9A saylı mənzilin vərəsəlik hüququ əsasında həyat yoldaşı X7ma və oğlu X20 paylı mülkiyyət (hər biri 1/2 pay) hüququ ilə verilməsinə dair 31 yanvar 2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin əvvəlki mülkiyyətçisi X8 adına tərtib olunmuş 11 dekabr 1999-cu il tarixli texniki pasportda mənzilin ümumi sahəsi 23.9 kv.m, o cümlədən yaşayış sahəsi 15,0 kv.m kimi göstərilmişdir. Həmin şəxslə, yəni X6 ilə cavabdeh İddiaçı2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi haqqında 86 saylı, 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən həmin şəxsə, yəni sökülmüş binanın sakini X5 məxsus ümıııni sahəsi 30,5 kv.m. olan 9 A saylı mənzilin əvəzinə ona, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində, yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsidən 25 %-dən az olmamaqla tam təmiri və mənzilin verilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Yeni mənzil inşa edilənədək X2 köçürülməsi və hər ay 250 manat kirayə haqqının verilməsi də müqavilədə nəzərdə tutulub və İddiaçı2 bu barədə öhdəlik götürüb. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********48 saylı, 06 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən 17 saylı mənzilin 69 saylı Mənzil İstismar sahəsi tərəfindən 12 may 1997-ci il tarixdə tərtib olunmuş planında və anası tərəfindən X10 bağışlanması barədə notarial təsdiq edilmiş 13 avqust 1997-ci il tarixli bağışlama müqaviləsində mənzilin ümumi sahəsi 37,2 kv.m, o cümlədən yaşayış sahəsi 29,0 kv.m göstərilmişdir. Həmin şəxslə, yəni X17 ilə cavabdeh İddiaçı2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə 88 saylı, 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən həmin şəxsə, yəni sökülmüş binanın sakini X10 məxsus ümumi sahəsi 37,40 kv.m. olan 17 saylı mənzilin əvəzinə ona Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25 %-dən az olmamaqla tam təmiri və mənzilin verilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Yeni mənzil inşa edilənədək X3 köçürülməsi və hər ay 250 manat kirayə haqqının verilməsi də müqavilədə nəzərdə tutulub və İddiaçı2 bu barədə öhdəlik götürüb. X18 ilə cavabdeh İddiaçı2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə 45 saylı, 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən həmin şəxsə, yəni sökülmüş binanın sakini X11 məxsus ümumi sahəsi 40,90 kv.m. olan 30 saylı mənzilin əvəzinə ona, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25 %-dən az olmamaqla tam təmirli mənzilin verilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Yeni mənzil inşa edilənədək X4 köçürülməsi və hər ay 250 manat kirayə haqqının verilməsi də müqavilədə nəzərdə tutulub və İddiaçı2 bu barədə öhdəlik götürüb. Gül-güni Balaxanım Mustafa qızı ilə cavabdeh İddiaçı2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə 43 saylı, 22 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən həmin şəxsə, yəni sökülmüş binanın sakini Giil-güni Balaxanım Mustafa qızına məxsus ümumi sahəsi 30,96 kv.m. olan 3 saylı mənzilin əvəzinə ona. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25 %-dən az olmamaqla tam təmirli mənzilin verilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Yeni mənzil inşa edilənədək Giil-güni Balaxanım Mustafa qızına kirayə köçürülməsi və hər ay 250 manat kirayə haqqının verilməsi də müqavilədə nəzərdə tutulub və İddiaçı2 bu barədə öhdəlik götürmüşdür. Həmçinin ilkin iddia üzrə İddiaçı2 bizə qarşı tələbi qanunsuzdur və mövcud qanunvericiliyə ziddir. Belə ki, bundan əvvəl də cavabdeh eyni predmet və eyni əsas üzrə eyni tərəf kimi bizə qarşı iddia tələbi ilə çıxış etmişdir və onun iddiası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6482/202l saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1641/2022 saylı qərarı ilə qüvvədə qalmışdır. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh Sabunçu rayon İcra Hakimiyətinin onlara qarşı tələbi Mülki Prosessual Məcəllənin 153-ci maddəsinə ziddir və həmin ərizədən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin Cavabdeh məxsus 13 saylı mənzilinin plan-eskizindən görünür ki, mənzilin 25,7 kv.m artırma hissəsi mövcuddur və həmin sahə uzun mıidətdir ki, istifadəsindədir. Həmin plan-eskiz 69 saylı MKİS baş mühəndisi Z.X.Zöhrabov və MKİS-nin rəisi İ.İ.Xankişiyev tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, **********67 saylı və xx.xx.2012-ci il tarixli, **********50 saylı məktublarından görünür ki, aidiyyəti qurumun mütəxəssisləri tərəfindən ünvanda yoxlama-ölçü işləri aparılmış və mənzilə əlavə olaraq inşa edilmiş ümumi sahəsi 25,4 kv.m olan tikililər aşkar edilmişdir. Azərbaycan Respublikası, Bakı Şəhər İddiaçı2, Sabunçu rayon Mənzil - Kommunal Təsərrüfatı birliyi 69 saylı Mənzil-Kommunal İstismarı sahəsinin 05 saylı, xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 0-03/2 saylı, 17.11.202l-ci il tarixli və 0-04; 0-04/1 saylı, xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan binalarada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin sakinlərə pul əvəzi (kompensasiya) və yaxud yeni tikiləcək binada daha abad, təmirli yaşayış sahələri verilməklə köçürülməsi həyata keçirilir. İddiaçı2, Mənzil - Kommunal Təsərrüfatı Birliyinin 76/7 saylı, 1 1 oktyabr 2019-cu il tarixli, 144/5 saylı, 29 noyabr 2019-cu 1 tarixli, 124/7 saylı, 26 dekabr 2019-cu il tarixli, 113/7 saylı, 20 dekabr 2019-cu il tarixli, 143/5 saylı, 29 noyabr 2019-cu il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən Sabunçu qəsəbəsi, A.Əsədullayev küşəsi 27 saylı binanın sökülməsi ilə əlaqədar olaraq pul kompensasiyasından imtina edildiyi halda, söküləcək evin yerində inşa olunacaq yeni müasir tipli binadan əvvəlki mənzilin ümumi sahəsinə 25 faiz əlavə hesablanmaqla yeni tam təmirli mənzil verilməsi təklif olunur. Bakı şəhəri, Yasamal rayon və Nərimanov rayon İcra Hakimiyyətlərinin müvafiq olaraq 197/g- 8 saylı, 05 sentyabr 2022-ci il tarixli və 0-15- 151 saylı, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, həmin rayonların ərazisində sökülən mənzillərin yerində tikilən binalarda vətəndaşlara 20-25 % əlavə sahələr verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Aparatının 2/2487-22 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onlara 180 kv.m. sahəsi olan tam təmirli mənzil təklif olunsa da, həmin təklifdən imtina etmişlər. Həmin 180 kv.m olan sahə onlara 143 kv.m sahə əvəzinə verilirdi, halbuki onların mənzili 191,9 kv.m mülkiyyət hüququ ilə, 25,7 kv.m isə istifadələrində olmaqla onlara məxsusdur. Həmin məktubdan da göründüyü kimi, cavabdeh 143 kv.m sahənin əvəzinə, 180 kv.m. sahə verilməsinə razı olmuşdur. Bu da 25 % əlavə sahə deməkdir. İndi isə bizə faktiki olaraq məxsus olan 217,6 kv.m sahəyə əlavə olaraq 25 % artıq sahə verilmir. İlkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində yerləşən 8 qəzalı binanın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə köçürülməsi və bunun üçün vəsait ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan bina Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan orada yaşayan sakinlər haqqında məlumatlar 2019-cu ilin fevral-mart aylarından Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Ölkə başçısının verdiyi tapşırıqları vaxtında icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə qəzalı vəziyyətdə olan həmin binaların sökülməsi və orada yaşayan vətəndaşlara kompensasiya ödənilməsi üçün pul vəsaiti İddiaçı2 Bank hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə (İddiaçı2 başçısının 2366 saylı, xx.xx.1992- ei il tarixli sərəncamında Şəxsi hesab vərəqəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışda) 13 saylı mənzilin ümumi sahəsinin 143 kv.m olduğu qeyd edilmişdir. Buna görə də mənzilin hər kv.m üçün 1*** manat olmaqla cavabdehə 143*** manat ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra cavabdeh Daşınmaz Oniılakm Dövlət Reyestri Xidmətindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-çu il tarixli yeni çıxarış təqdim edərək 13 saylı mənzilin ümumi sahəsinin 191.90 kv.m olduğunu bildirərək ona 191.*** manat ödənilməsini tələb etmişdir. Mənzildə əlavə tikintilərin aparılması və ya əlavə sahənin verilməsinə dair Rayon İcra Hakimiyyətinin heç bır sərəncamı olmadığı halda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mənzilin Çıxarışında dəyişiklik edilərək mənzilin sahəsi artırılmışdır ki, bu da narazılığın yaranmasına səbəb olmuşdur. Lakin sonradan cavabdehin çoxsaylı müraciətləri əsasında Maliyyə Nazirliyi Tərəfindən cavabdehə kompensasiya olaraq əlavə pul vəsaitinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Hazırda cavabdehə ümumilikdə 192.400 manat məbləğində pul vəsaiti ayrılmışdır. Lakin cavabdehlər qəzalı vəziyyətdə olan binada yerləşən onlara məxsus mənzilin əvəzinə inşa ediləcək yeni binadan yeni mənzilin verilməsini tələb edir, halhazırda cavabdehin həmin tələbinin yerinə yetirilməsi mümkün deyil. İddia qaldırılarkən cavabdehə mənzil verilməklə cavabdehin oradan çıxarılması qeyd edilmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi X22 ilkin iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X25 qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək qarşılıqlı iddiasının təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X28 qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddiasının təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1nə və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X21 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"lar: xx.xx.2020-ci il tarixdə 112***5789 qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 36 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, ev 27, mənzil 13 xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə 112***5793 qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 47.80 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, ev 27, mənzil 13B xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə 112***5788 qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 54,10 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, ev 27, mənzil 13C xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə 112***5799 qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, sahəsi 54 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi, ev 27, mənzil 13 D xüsusi mülkiyyət kimi Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reseytrində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)-1198/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 2 saylı binanın sakini Cavabdeh hər kv.m üçün 1*** manat olmaqla 143.0 kv.m mənzil üçün 143.*** manat kompensasiya ödənilməklə, ailə üzrləri X25, X24 və X28 ilə birlikdə yaşadığı mənzildən köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6482/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(008)-1198/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1641/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6482/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (ilk iddianın rədd edilməsi) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1086 saylı, 17 mart 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 13, 13 B, 13 C və 13 D saylı mənzillərin ümumi sahəsi 215.77 kv.m, o cümlədən 13 saylı mənzilin ümumi sahəsi 43.33 kv.m (yaşayış sahəsi 23.9 kv.m, köməkçi sahəsi 19.43 kv.m, 13 B saylı mənzilin ümumi sahəsi 54.92 kv.m (yaşayış sahəsi 38.10 kv.m, köməkçi sahəsi 16.82 kv.m), 13 C saylı mənzilin ümumi sahəsi 62.34 kv.m (yaşayış sahəsi 43.5 kv.m, köməkçi sahəsi 18.84 kv.m) və 13 D saylı mənzilin ümumi sahəsi 55.18 kv.m (yaşayış sahəsi 15.7 kv.m, köməkçi sahəsi 39.48 kv.m) təşkil etdiyi müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 13 saylı mənzil xx.xx.2020-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 13 B saylı mənzil xx.xx.2020-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 13 C saylı mənzil xx.xx.2020-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 27, 13 D saylı mənzil xx.xx.2020-ci ildə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-469/2023 nömrəli, 12 aprel 2023cü il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Cavabdeh qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla “qəza vəziyyətində olan tikilinin sökülməsi” tələbinə dair ilkin iddiası üzrə, eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla əmlak tələbinə dair qarşlıqlı iddiası üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla cavabdeh tərəfindən mənzilin 192.400 manat kompensasiya verilməklə boşaldılması, həmin mənzildə yaşayan ailə üzvləri X25, X28 və X24 ilə birlikdə mənzildən çıxarılmaları və qeyd olunan ünvandakı qəzalı vəziyyətdə olan tiklinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi, habelə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı2nə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla ünvan 2 ünvanda yerləşən 13, 13 B, 13 C və 13 D saylı mənzillərin əvəzinə yerində inşa ediləcək yeni binada mənzillərin ümumi faktiki 217.6 kv.m sahəsinə əlavə olaraq 25%, yəni 54.4 kv.m artıq sahə verilməklə, cəmi 272 kv.m-lik tam təmirli mənzil sahəsinin (və ya həmin sahəyə uyğun mənzillərin) Cavabdeh verilməklə onun adına rəsmiləşdirilməsi və tikinti müddətində müstəqil tələb irəli sürən şəxslərin müvəqqəti məskunlaşması üçün aylıq 600 manat pulun ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə ilkin iddianı rədd edərkən nəzərə alır ki, ilkin iddia üzrə cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 13, 13 B, 13 C və 13 D saylı mənzillərin ümumi sahəsinin 215.77 kv.m olması işin mübahisəsiz halıdır. Bu hal ekspert rəyi ilə öz təsdiqini tapır. Mənzilin ekspert rəyində göstərilən sahəsinə uyğun kompensasiyanın verilməsi hissəsində İddiaçı2 ilə Cavabdeh arasında razılaşma olmadığından, habelə qəzalı vəziyyətdə olan tikilinin sökülməsi hissəsində isə İddiaçı2 ümumiyyətlə belə iddianın qaldırılması üçün subyektiv hüququ olmadığından ilkin iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin istinad olunan maddələrində müvafiq icra hakimiyyəti dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulmuşdur. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, İddiaçı2 söküləcək binalarla bağlı yalnız kompensasiya verilməsi öhdəliyi daşıdığından qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh mənzil verilməsi və s. tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6482/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Prezidentin köməkçisi Əli Əsədovun imzaladığı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı Şəhər icra Hakimiyyətinə ünvanlanmış 16 aprel 2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı şəhər İcra hakimiyyətinin başçısının müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyinin 2019-cu il 15 tarixli 09/02 3-64-438 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinə təqdim etdiyi təkliflər cənab Prezidentə məruzə edilmişdir. Həmin məktuba uyğun olaraq 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə təklif etdiyiniz aşağıdakı tədbirlərin həyata keçirilməsi cənab Prezident tərəfindən məqbul hesab edilmişdir; 1. Səbail (20-ci sahə) Suraxanı, Sabunçu. Binəqədi və Xətai (Əhmədli qəsəbəsi) rayonlarının ərazisində yerləşən 16 binaya dair 1.1 Bu binalar üzrə sahəsi 30 kvadratmetr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30,0 min manat olmaqla cəmi 13.320.0 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: 1.2 Sahəsi 30 kvadratmetrdən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kvadratmetri üçün 1.0 min manat olmaqla cəmi 12.760.0 min manat məbləğində birədəfəlik maddi yardımın ödənilməsi. 1.3.Sözügedən 16 yaşayış binası üzrə ümumilikdə 732 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500.0 manat olmaqla ümumilikdə 336.0 min manat əlavə birdəfəlik yardım verilməsi. Yasamal rayonunun ərazisində yerləşən (keçmiş “Sovetski” adlanan əraziyə yaxın M.Əliyev küçəsi bir ədəd 43 mənzilli yaşayış binasına dair) 2.1 Sahəsi 20 kvadratmetr və daha əz olan 19 mənzildə yaşayan ailələrin hər birinə 30.0 min manat olmaqla cəmi 570.0 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi. 2.2 Sahəsi 20 kvadratmetrdən çox olan 24 ədəd mənzildə yaşayan ailələrə mənzillərin ümumi sahəsinin 1 kvadratmetri üçün 1.5 min manat olmaqla ümumilikdə 1 326.5 min manat məbləğinə birdəfəlik maddi yardımın ödənilməsi: 2.3 Sözügedən bina üzrə ümumilikdə 43 mənzil sahibinin hər birinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500.0 manat olmaqla ümumilikdə 21.5 min manat əlavə birdəfəlik yardım verilməsi, 3. Fövqəladə Hallar Nazirliyinin hesablamalarına əsasən 300.0 min manat məbləğində qiymətləndirilən 17 binanın söküntüsü. Eyni zamanda yuxarıda qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndindən Bakı şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına cənab Prezident tərəfindən razılıq verilməklə müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla qəza vəziyyətində olan tikilinin kompensasiya verilməklə boşaldılması və s. tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı2nə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X25, X28 və X24 olmaqla mənzil verilməsi və sair tələbinə dair qarşlıqlı iddia ərizəsi rədd edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq X9, KOD 21***5, VÖEN **********, müxbir hesab AZ41NABZ013601*********03944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova