Məhkəmə qərarları › İş №2(008)-4703/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4703/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4703/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29025 (iyirmi doqquz min iyirmi beş) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o 2021-ci il mart ayının 8-də Cavabdeh 5-6 ay müddətində ödəmək şərti ilə dəyəri 5260 manat olan 1 ədəd 85 qıramlıq qızıl saat, 1 ədəd 17,7 qramlıq dəst komplekt, 1 ədəd 5,1 qramlıq mirvari qaşlı sırqa və 1 ədəd mirvari qaşlı üzük, 2021-ci ilin aprel ayının 26-da dəyəri 9540 manatlıq 42,7 qramlıq 1 ədəd qolbaq və 23,1 qramlıq 1 ədəd sep, 2021-ci ilin may ayının 3-də ümumi dəyəri 17400 manatlıq 120 qramlıq qızıl-zinət əşyasını verib. Cavabdeh iddiaçıdan zinət əşyaları alarkən pulunu hissə-hissə ödəməyə söz versə də, yalnız cəmi bir dəfə ona 2000 manat pul göndərmiş, daha sonra polis bölməsində 1000 manat və 500 manat və 300 manat pul vermişdir. Qalan 29025 manat məbləğində pulu verməmişdir. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, dostu Asif Akif oğlunun maşınında yeznəsi Abdul vasitəsi ilə 85 qram qızıl saat, 17,7 qram komplekt dəst, 5,1 qram mirvari sırqa, 5 qram mirvari üzük verib. Bununla bağlı videoçəkiliş mövcüddur. Daha sonra yeznəsi Abdul vasitəsi ilə 42,7 qram, 23,1 qram və 18,4 qram sep, qolbağ, qızıl zinət əşyaları göndərib. Anasına 6 qram qızıl zinət əşyaları verilmişdir. Ümumi 229,04 qram çəkisi olan qzıl zinət əşyaları verilmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş 2000 manat, renta car işlədən tanışı tərəfindən 4 dəfə 50 manat, polis kapitanı Musa Məmmədovun yanında 1000 manat, 500 manat və 300 manat verilmişdir.Toplam verilən qızılın çəkisi 229,04 qram və cavabdehin ona ödədiyi məbləğ isə 4000 manat təşkil edir. Cavabdehə müxtəlif vaxtlarda ümumi çəkisi 229,04 qıram olan əşyaları qeyd olunan qızıl-zinət əşyaları olmadıqda onun dəyəri olan 22904 (iyirmi iki min doqquz yüz dörd) manat pulun həmçinin hazırki vaxta kimi cavabdeh tərəfindən ona qaytarılmış 4000 (dörd min) manat pulun nəzərə alınmasını və 18904 (on səkkiz min doqquz yüz dörd) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında, iddiaçını tanıdığını ondan ilk əvvəllər satış üçün qızıl götürdüyünü, daha sonra rayonda iş görmək məqsədilə götürdüyü qızılları Lombarda qoyaraq 10000 manat pul götürdüyünü dedi. Eyni zamanda o, götürdüyü qızılların dəyərinin 29025 mant olmadığını təxminən 15000-20000 manat dəyərində qızıl götürdüyünü və bundan 5000-6000 min manat ödəniş etdiyini hazırda İddiaçı 15.000 (on beş min) manat borcu olduğunu dedi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan DVD diskdən də göründüyü kimi İddiaçı qızıl zinət əşyalarını Cavabdeh verərkən videogörüntüyə almışdır. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda İddiaçı Şöhlət oğlu ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alışı və satışı ilə bağlı yaranmış münasibətlər zəmnində Cavabdeh İddiaçı 30825 manat dəyərində borcu yaranmış, Elşən Qurbanovun aldatmaq və ya etibardan sui-istifadə etmə ilə İddiaçı əmlakını ələ keçirməsi mötəbər dəlillərlə sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsində Cavabdeh izahatında bildirmişdir ki, Şahinin qaynanası Rəqsanə onun bacısıyla işləyib. Şahindən 10000 (on minlik) qızıl götürüb qızıl obyekti açmağa ğörə götürüb və ziyan edibdir. İş materiallarında olan 11 dekabr 2022-ci il tarixli şahidi dindirilməli protokolundan görünür ki, X1 şahid qismində dindirilib. O izahatında bildirmişdir ki, Bakı şəhərində “Memar Əcəmi” metrosunun yaxınlığında “Qızıl-Ulduz” qızıl alqı-satqısı mağazasında satıcı kimi 5 ildir ki işləyir. İddiaçı iki ildən çoxdur ki, müştəri kimi tanıdığını və aralarında qızıl zinyət əşyalarının satışı ilə bağlı münasibət yarandığını bildirmişdir. İddiaçı nisyə qızıl-zinət əşyalarını da satdığını və daim vaxtında pulları ödədiyini bildirib. İddiaçı ilə aralarında olan qızıl zinət əşyalarının satışı ilə məşğul olan zaman 2020-ci il oktyabr ayından 2021-ci ilin may ayına qədər ondan hissə-hissə 250- 260 qram civarında qızıl seplər, qızıl klonlar, qızıl komplektləri, qızıl saat və sair zinət əşyalarını ondan nisyə götürmüş və razılaşmalarına əsasən həmin pulu ona 2021-ci ilin avqust ayınadək ödəməli idi. Lakin həmin vaxt Şahinin də müştəri kimi ondan alıb satdığı qızıl zinət əşyalarını ondan nisyə olaraq nisbətən baha qiymətə satdığı sonradan adının Elgün olmasını bildiyi şəxs onu aldadaraq qızılları ələ küçirərək lombarda qoymuş və ya sataraq pullarını İddiaçı ödəmədiyindən Şahinin ondan aldığı qızıl əşyalarının pulundan 19000 manat məbləğində borcu yaranmışdır. Həmin borcdan İddiaçı özü ona 7000 manatını qaytarmış və 12000 manat borcu qalmışdır. İş materiallarında olan 24 iyul 2022-ci il tarixli şahidi dindirilməli protokolundan görünür ki, X4 şahid qismində dindirilib. O izahatında bildirmişdir ki, İddiaçı 2017-ci ildən yas mərasimində ortaq tanışlarının vasitəsi ilə tanıyıb və onunla normal münasibətləri, dostluqları yaranmışdır. Şahin 2019-cu ildən etibarən qızıl zinət mallarının satışı ilə məşğul olmağa başlamışdır və o qızılları nisyə olaraq Fəhmi adlı tanışından alıb satırdı. Bildrib ki, İddiaçı qızıl-zinət əşyalarının satışı ilə məşğul olarkən müştəri kimi Cavabdeh 2020-ci ilin oktyabr ayında tanımışdır. Belə ki, Cavabdeh 2020ci ilin oktyabr ayından etibarən 5-6 ay ərzində ödəmək şərti ilə qızıl saat, üzük, sırğa və komplekt dəstləri almış və həmin qızılları təhvil almağa Elgünün yeznəsi X2 ilə görüşüb Yasamal rayonunda “Ucuzluq” marketinin yanında onun yanında Elgün üçün göndərmiş sonradan Elgün Şahinə zəng edərək, həmin qızılların ona çatdığını bildirərək təşəkkür etmişdir. Bundan başqa 2021-ci ilin mart ayının 8-də Şahin onun yanında ona məxsus avtomobildə bəzi qızıl zinnət əşyalarını Elgünün yeznəsi Abdula verdi və onun maşının salonunda Abdulu videoya çəkərək həmin qızılları ona təhvil verilmişdir. Daha sonra 2021-ci ilin aprel ayının 25-də Elgünün anası Mətanət Qurbanova da ondan qızıl zinət-əşyaları nisyə olaraq almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında hal-hazırda onun İddiaçı 15000 (on beş min) manat borcu olduğunu deməklə iddianı qismən etiraf etmişdir. Belə olan halda iddia qismən tələbi təmin edilməli, Cavabdeh 18904 manat məbləğində pul və 146,70 manat rüsum alınaraq, İddiaçı qaytarılmalıdır. 178 manat dövlət rüsumunun ödənilməsi hissəsi qismən təmin edilməli, 146,70 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18904 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 146,70 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar