Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4704/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat həcmində əsas pulun, 325 manat faiz borcunun, 1000 manat mənəvi zərər və 99 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7924 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il buraxılış ili olan “KİA Serato” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus olmuşdur. 17 iyul 2024-cü il tarixdə ona məxsus həmin avtomobil işgüzar adətə əsasən aralarında olan nüfuza əsalanaraq 22000 manata Cavabdeh satılmışdır. ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil bağışlanmaq, sərəncam verilməklə qeydiyyatdan çıxarılmaq və digər hərəkətləri aparma salahiyyəti ilə 17 iyul 2024-cü il tarixli etibarnamə ilə Cavabdeh təhvil verilmişdir. Bunun müqabilində cavabdeh tərəfindən həmin vaxt 14400 manat ödəniş edilmiş, qalan pulun isə qısa müddət ərzində verməsini öhdəsinə götürmüşdür. Yanvar 2025-ci il tarixədək aralarında danışıqlar aparılmış, cavabdeh hər dəfə müxtəlif vəd verərək pulu ödəməkdən yayınmışdır. Sonradan fevral ayının əvvəllərində polis orqanlarına müraciət edilmiş iş mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Polisdə işə baxılarkən aralarında qalan pulun ödənilməsi barədə razılıq əldə edilmişdir. xx.xx.2025-ci il tarixli yazılı öhdəliyə əsasən Cavabdeh mart ayının sonuna qədər qalan borcun 4000 manatını, may ayının sonuna qədər isə qalan 2500 manat pulu ödəmək haqda öhdəlik götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, etibarnamə əsasında cavabdehə maşın satmış, o da bunun qarşılığında ona 13000 manat, daha sonra da 1400 manat pul vermişdir. Haqqında şikayət verdikdən sonra təhqiqatda araşdırma aparılan zaman cavabdeh ona 900 manat da pul ödəmişdir. Həmin vaxt yerdə qalan borcunu da 2 dəfəyə ödəyəcəyini bildirmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının izahatındakı xüsusatları təsdiq edərək bildirmişdir ki, təhqiqatda araşdırma aparılan zaman cavabdeh 900 manat da pul ödədiyindən həmin məbləğin 6500 manatdan çıxılmaqla iddianın təmin edilməsinə etirazları yoxdur. İddia tələbində qeyd etdiyi 325 manat gecikdirilmiş pulun faizidir, cavabdeh iddiaçıya olan borcunu gecikdirdiyi üçün illik 5 faizlə hesablayıb yazmışdır, pulu gecikdirdiyi üçün əsassız varlanıb, mənəvi zərəri də olduğu kimi müdafiə edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı Qoşqarla eyni yerdə servisdə işləmişlər. Qoşqar kredit formasında maşınını satırdı. Ona dedi ki, maşını 19000 manata, kredit kimi olsa isə 22000 manata satır. O, X7 idarəsinə alqı-satqı üçün getmədi, ona etibarnamə verildi və hesab etdi ki, maşın artıq ona satılıb. Həmin gün də, o, Qoşqara 14500 manat pul verdi. Onlar kredit müddətində 2 il ərzində pulun ödənilməsini danışmışdılar, heç 2 ay keçməmiş Qoşqara başqa maşın (indi sürdüyü maşını) tapdı. Ona dedi ki, bu maşını ona 20000 manata verə bilər, amma başqa müştəri buna 22000 manat təklif edir. Öz dostu ilə bir yerdə gəldi ki onun ailəsi genişdir, rayona gedib-gəlir, bu maşını ona versin. O, təklif etdiyi maşını ona verdi, o da ona 20000 manat pul verdi. Müəyyən vaxt keçəndən sonra Qoşqara ödənişlər etmiş, çeklər də durur, ona təxminən 2000 manata yaxın ödənişlər etmişdir. Maşını 19000 manata razılaşmışdılar, ilkin olaraq ona dediyi kimi 14500 manat pul verdi, geri qalan 4500 manat puldan da ödənişlər etmiş, təxminən 1800 manat ödəmiş, amma bunun çekləri hazırda üstündə deyildir. Yerdə qalan pulla bağlı onu deyə bilər ki, Qoşqar ona SOCAR-da işləyən dostunun maşını barədə danışdı ki, onu sata biliriksə, satıb pulunu geriyə qalan pulla əvəz edək. Amma Qoşqar onu aldatdı, o, Rusiyadan məkanın tanınmaması üçün nömrələrini silərək bir maşın şəkli atdı. Həmin maşın heç Azərbaycanda yoxdur. Gecə gəldi, burda məhkəmə ilə üzbəüz restoranda oturduq. Qoşqar dostundan 10000 manat pul aldı, səhəri gün də ona dedi ki, nə onu, nə də dostunu tanıyır və pulunu vermədi. Doğrudur ki, qalan təxmini 2700 manat pulu Qoşqara hələ verməmişdir. İddiaçı iddia ərizəsində 14400 manat məbləği ona ödədiyini yazıb, bununla razıdır, ona aparat vermişdi, yəqin aradakı fərq 100 manatı onun əvəzinə çıxıb. Elan edilən ərizədəki xətt onundur, özü yazıb imzalamışdır. Onu yazanda yanında dostu olub, bura ilə üzbəüz yerləşən restoranın işçiləri olub. Sübutları məhkəməyə təqdim edəcəkdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli yazılı razılaşmadan görünür ki, Fətullayev X1 Qoşqara **-XG- *** nömrəli, Serato markalı, buraxılış ili 2015-ci il olan maşından qalan 6500 manat borcunu may ayının sonuna ödəyəcəyini, həmin borcun 4000 manatını mart ayının sonuna qədər ödəyəcəyini, geridə qalan 2500 manatını isə may ayının sonuna qədər verəcəyini öhdəsinə götürmüşdür. - Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X4 tərəfindən İddiaçı verilmiş 3028 nömrəli, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında sonuncu tərəfindən Cavabdeh **-XG-*** dövlət qeydiyyat nömrəli, “KİA K3 minik” markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq səlahiyyətləri verilmiş, bu etibarnamə üzrə salahiyyətlər digər şəxsə verilə bilər, etibarnamə 7 ay 17 gün müddətinə verilib və xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması ona bildirilmişdir. Həmin qərarın surətindən görünür ki, ilkin araşdırma zamanı izahatı alınmış Cavabdeh Həsənli oğlu izahatında İddiaçı ilə aralarında olan şifahi razılıq əsasında sonuncuya məxsus “KİA Cerato” markalı, **-XG-*** dövlət nömrə nişanlı avtomobili ilkin ödəniş 14000 manat, daha sonra 1500 manat ödəmək şərti ilə almışdır. Yerdə qalan 4500 manat pulun əvəzində o, Qoşqara başqa bir “KİA Sarento” markalı avtomobili vermişdir. Bunun əvəzində də Qoşqardan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Stimul Hospitalın yanında “Rent-A-Car” ofisində 20000 manat pul almışdır. Yəni o, sözügedən “KİA Sarento” markalı avtomobili Qoşqara 23500 manat satmışdır. Yəni Qoşqar ona olan 4500 manat puldan 3500 manatını ödəməmişdir. Buna görə də, onun Qoşqara olan 4500 manat borcu silinmişdir. Hazırda isə onun Qoşqara 1500 manat borcu vardır. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında **-XG-*** dövlət qeydiyyat nişanlı “KİA K3 minik” markalı avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə edilmiş, aralarındakı razılaşmaya əsasən Məhəmmədəli müəyyən məbləğdə ödənişlər etmiş, sonuncu iddiaçıya qalan 6500 manat borcunu may ayının sonunadək ödəyəcəyini, həmin borcun 4000 manatını mart ayının sonuna qədər ödəyəcəyini, geridə qalan 2500 manatını isə may ayının sonuna qədər verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh ərizədəki xəttin onun olduğunu, özü yazıb imzaladığını məhkəmə iclasında etiraf etmişdir. İddiaçı etirafına əsasən sonradan Cavabdeh həmin borcdan 900 manat da ödəniş etmiş, lakin cavabdeh vədinə əməl etməyərək iddiaçıya borclu olduğu qalan 5600 manat pulu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.
353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. Tərəflər arasında olan münasibətlərdən göründüyü kimi, tərəflər alğı-satqı müqaviləsi bağlamamış, əşyanın alınıb-satılması niyyəti ilə bu barədə şifahi razılığa gəlmişlər. Forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd mülki qanunvericiliyin tələblərinə görə etibarsızdır (əhəmiyyətsizdir). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh şifahi razılıq üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında razılaşdıqları vədə əməl etmədiyindən və bu məqsədlə sonuncudan aldığı avtomobilə görə 5600 manat məbləğində pulu qaytarmadığından, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, etibarsız əqd üzrə iddiaçıya ödənilməli olan 5600 manat pulu özündə saxlamaqla Cavabdeh əsassız varlanmışdır. İddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində də qismən əsaslıdır. Əldən çıxmış faydaya görə 280 manat (5600*5%) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə, mənəvi zərərin ödənilməsi hissəsində də iddianı əsassız hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5600 manat məbləğində borc, 280 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 78.80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş 1.75 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 5600 manat məbləğində borc, 280 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 5880 manat pul vəsaiti və 78.80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 1.75 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova