Məhkəmə qərarları › İş №2(008)-4713/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4713/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4713/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh Kamil oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh Kamil oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun girov predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa cavabdehin digər əmlakına yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsi üzrə kreditə görə 780 manat əsas, faiz borcuna görə 86,56 manat borcun, cəmi 866,56 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, cavabdehə məxsus olan girov qoyulmuş üzük-3 ədəd, çəkisi -13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi- 4,6 qr, əyarı 583, cəmi 17,6 qram qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Kamil oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 780 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri, əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 780 manat əsas, faiz borcuna görə 86,56 manat, borcun cəmi məbləği 866,56 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan üzük-3 ədəd, çəkisi -13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi-4,6 qr, əyarı 583, cəmi 17,6 qram qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən Bankın "Sahil" filialına saxlanca verilmişdir.Sonradan iddiaçı iki dəfə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsi üzrə kreditə görə 300 manat əsas, faiz borcuna görə 148,15 manat borcun, cəmi 448,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, cavabdehə məxsus olan girov qoyulmuş üzük-3 ədəd, çəkisi -13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi-4,6 qr, əyarı 583, cəmi 17,6 qram qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Kamil iddianı qəbul etdi və iddianının təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC ilə Cavabdeh Kamil oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı (qızıl-zinət əşyalarının təminatı ilə) kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 29 faiz ödənilmək şərti ilə, 780 manat məbləğində kredit vəsaiti verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən 780 manat məbləğində vəsait Cavabdeh Kamil oğluna ödənilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir (xx.xx.2020-ci il tarixli kassa məxaric orderi). Kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmini məqsədi ilə tərəflər arasında xx.xx.2020-ci il tarixli saxlanc girovu haqqında müqavilə bağlanmışdır. Həmin girov müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus üzük-3 ədəd, çəkisi -13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi-4,6 qr, əyarı 583, cəmi 17,6 qızıl-zinət əşyaları banka girova qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları İddiaçı ASC-nin "Sahil" filialına saxlanca verilmişdir (saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli Akt). İddiaçı ASC tərəfindən Cavabdeh Kamil oğlundan borcun ödənilməsi tələb edilmişdir (Bank tərfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli bildiriş). Hazırda iddiaçı cavabdehdən xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsi üzrə kreditə görə 300 manat əsas, faiz borcuna görə 148,15 manat borcun, cəmi 448,15 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin girov predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Kamil oğlundan xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsi üzrə kreditə görə 300 manat əsas, faiz borcuna görə 148,15 manat cəmi 448,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh Kamil oğluna məxsus olan girov qoyulmuş üzük-3 ədəd, çəkisi -13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi-4,6 qr, əyarı 583, cəmi 17,6 qram qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldilsin, girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh Kamil oğlundan xx.xx.2020-ci il tarixli SHLMB-6590 saylı kredit müqaviləsi üzrə kreditə görə 300 manat əsas, faiz borcuna görə 148,15 manat cəmi 448,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh Kamil oğluna məxsus olan girov qoyulmuş üzük-3 ədəd, çəkisi - 13 qr, əyarı 583 və sırğa-1 ədəd, çəkisi-4,6 qr, əyarı 583, cəmi 17,6 qram qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldilsin, girov predmetlərinin açıq hərracda satılmasından əldə olunan vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar