Məhkəmə qərarları › İş №2(008)-4714/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4714/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4714/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin girov qoyulmuş qızılzinət əşyalarına yönəldilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehdən 3120 manat əsas borc, 751.45 manat faiz borcu olmaqla, cəmi 3871.45 manat borcun və 30.4 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, tutmanın bank qarşısında girov qoyulmuş cavabdehə məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbaq 1 ədəd - əyarı 750, çəkisi 34.5 qram; üzük 2 ədəd (1 qaşı yoxdur) - əyarı 720, çəkisi 8.5 qram; boyunbağı 1 ədəd - əyarı 583, çəkisi 11.6 qram; üzük 1 ədəd, sırğa 1 cüt - əyarı 500, çəkisi 12.5 qram) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 12.03.2020 il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 30 faiz dərəcəsilə 24 ay müddətinə 3120 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında 12.03.2020 il tarixli, 100805-871683/1 saylı girov müqaviləsi imzalanmış və onun mülkiyyətində olan qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbaq 1 ədəd - əyarı 750, çəkisi 34.5 qram; üzük 2 ədəd (1 qaşı yoxdur) - əyarı 720, çəkisi 8.5 qram; boyunbağı 1 ədəd - əyarı 583, çəkisi 11.6 qram; üzük 1 ədəd, sırğa 1 cüt - əyarı 500, çəkisi 12.5 qram) ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilərək bankın xeyrinə girov qoyulmuşdur. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Girov müqaviləsinin 4.1.2-ci bəndində qeyd edilmişdir ki, borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmentinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1-ci bəndinə əsasən, girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmentinə tutma hüququ yaranır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin girov predmentinə tutma hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 12.03.2020 il tarixli, 100805- 871683/1 saylı kredit müqaviləsinə əsasən, ona illik 30 faiz dərəcəsilə 24 ay müddətinə 3120 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı kimi onunla bank arasında 12.03.2020 il tarixli, 100805-871683/1 saylı girov müqaviləsi imzalanmış və onun mülkiyyətində olan qızıl-zinət əşyaları bankın xeyrinə girov qoyulmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından, banka olan kredit borcunu ödəyə bilməmişdir. Hazırda bankın ondan tələb etdiyi borc məbləğini də bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. O, qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020 il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 30 faiz dərəcəsilə 24 ay müddətinə 3120 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.03.2020 il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020 il tarixli, 100805-871683/1 saylı girov müqaviləsinə əsasən, sonuncunun mülkiyyətində olan 6319.13 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları bankın pul anbarına saxlanca qəbul edilərək bankın xeyrinə girov qoyulmuşdur. İş materiallarında olan “Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi haqqında” ******* saylı aktdan görünür ki, 12.03.2020-ci il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh tərəfindən girov qoyulmuş 8 ədəd qızıl-zinət əşyası (boyunbağı 1 ədəd, qolbaq 1 ədəd - əyarı 750, çəkisi 34.5 qram; üzük 2 ədəd (1 qaşı yoxdur) - əyarı 720, çəkisi 8.5 qram; boyunbağı 1 ədəd - əyarı 583, çəkisi 11.6 qram; üzük 1 ədəd, sırğa 1 cüt - əyarı 500, çəkisi 12.5 qram) 6319.13 manat məbləğində qiymətləndirilmiş, qızıl-zinət əşyaları ******* nömrəli xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca qəbul edilmişdir. İş materiallarında olan 12.03.2020-ci il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka 12.03.2020-ci il tarixdən 12.03.2022-ci il tarixədək 1076.58 manat faiz məbləği ödəniş etməlidir. İş materiallarında olan 12.03.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 3120 manat məbləğində pul vəsaitini bankdan nağd qaydada götürmüşdür. İş materiallarında olan Kreditin restrukturizasiya edilməsi haqqında bankın Müştəri Xidmətləri Departamentinin direktor müavininin 05.06.2020-ci il tarixli Sərəncamından görünür ki, müştərinin müraciəti əsasında İddiaçı ASC tərəfindən Cavabdeh illik 30 faiz dərəcəsilə 24 ay müddətinə 3331 manat məbləğində kredit verilməsinə, 12.03.2020 il tarixli, 100805-871683.1 saylı kredit müqaviləsi üzrə cari günə olan borcun kapitallaşdırılması şərtilə müştəriyə növbəti 3 ay üçün əsas borc ödənişinə güzəşt dövrü verilməsinə dair sərəncam verilmişdir. İş materiallarında olan 12.03.2020-ci il tarixli, 100805-871683/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka 12.03.2020-ci il tarixdən 12.03.2022-ci il tarixədək 1213.89 manat faiz məbləği ödəniş etməlidir. İş materiallarında olan Tələbin təminata yönəldilməsinə razılıq haqqında 12.03.2020ci il tarixli ərizədə Cavabdeh, ona məxsus girov qoyulmuş qiymətli metallara və qiymətli daşlara (qızıl-zinət əşyalara) tutmanın yönəldilməsi haqqında bildirişi aldığı andan 7 gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə, məhkəməyə müraciət edilmədən onların borca yönəldilməsinə, onun iştirakı olmadan satılmasına və əldə olunmuş vəsaiti borcun ödənilməsinə yönəldilməsinə razı olduğunu və bu barədə öhdəlik götürdüyünü bildirmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 21.04.2021-ci il tarixə İddiaçı ASC-yə borcu - 3120 manat əsas borc, 751.45 manat faiz borcu olmaqla, cəmi 3871.45 manat təşkil edir. İş materiallarında olan 23.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, bank tərəfindən cavabdehdən borcunu ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Eyni zamanda, tərəflər arasında qeyd olunan kredit müqaviləsinin təminatı kimi girov müqaviləsi bağlanaraq, cavabdeh mülkiyyətində olan qızıl-zinət əşyalarını bankın xeyrinə girov qoymuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 3120 manat əsas borc, 751.45 manat faiz borcu olmaqla, cəmi 3871.45 manat borc cavabdehdən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma bank qarşısında girov qoyulmuş cavabdehə məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbaq 1 ədəd - əyarı 750, çəkisi 34.5 qram; üzük 2 ədəd (1 qaşı yoxdur) - əyarı 720, çəkisi 8.5 qram; boyunbağı 1 ədəd - əyarı 583, çəkisi 11.6 qram; üzük 1 ədəd, sırğa 1 cüt - əyarı 500, çəkisi 12.5 qram) yönəldilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.4 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3120 manat əsas borc, 751.45 manat faiz borcu olmaqla, cəmi 3871.45 manat borc və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma İddiaçı ASC qarşısında girov qoyulmuş Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-zinət əşyalarına (boyunbağı 1 ədəd, qolbaq 1 ədəd - əyarı 750, çəkisi 34.5 qram; üzük 2 ədəd (1 qaşı yoxdur) - əyarı 720, çəkisi 8.5 qram; boyunbağı 1 ədəd - əyarı 583, çəkisi 11.6 qram; üzük 1 ədəd, sırğa 1 cüt - əyarı 500, çəkisi 12.5 qram) yönəldilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar