Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4719/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X6, Cavabdehin nümayəndələri X7, habelə vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 aprel 2014-cü il tarixdə 362 № ilə qeydə alınmış nikahdan iki qız övladları: 30 avqust 2014-cü il təvəllüdlü X8 və 10 dekabr 2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızı doğulmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 2(005)-2764/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması və həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(008)-6568/2019 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına (18 yaş) çatana kimi saxlanılmaları üçün 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə cəmi 320 (üç yüz iyirmi) manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(008)- 6568/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün uşaqlara münasibətdə müəyyən edilmiş yaşayış minimumu həddindən az olmamaqla yanaşı, uşaqlardan birinə münasibətdə onun davamlı müalicə olunmalı olduğu nəzərə alınmalıdır. Cavabdehin fiziki sağlamlığı uşağının, yaşayış minimumu həddindən də artıq alimentlə təmin olunmasına imkan verir. Eləcə də cavabdeh bir valideyn olaraq uşağının sağlam olmasında maraqlı olmalıdır ki, bu onun valideynlik borcudur. Göstərilənlərə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş 30 avqust 2014-cü il təvəllüdlü X3 və 10 dekabr 2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hər ay üçün ödənilməklə iki uşağa görə 320 (üç yüz iyirmi) manat olaraq təyin olunmuş alimentin miqdarının hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla iki uşağa görə 500 (beş yüz) manat olaraq müəyyən edilməsi, 30 avqust 2014-cü il təvəllüdlü X3 müalicəsi üçün 100 (bir yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 və digər nümayəndə və Vəkil iddia tələbini etiraf etmədi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 448038 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı 226820 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV seriyalı 859258 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2764/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Kərimova (Həsənova) Aytən Ceyhun qızı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 362 nömrə ilə Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 30 avqust 2014-cü il təvəllüdlü X3 və 10 dekabr 2018-ci il təvəllüdlü X2 anası Kərimova (Həsənova) Aytən Ceyhun qızının yanında qalması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat, xx.xx.2018- ci il təvəllüdlü X4 3 yaşına çatanədək uşağa qulluq etməyə görə anaya hər ay 50 (əlli) manat, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliklərinin müalicəsinə görə hər bir uşaq üçün hər ay 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1487/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3039/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(103)-3039/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2019-cu il tarixli qətnamə, “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 mərkəzdə OU c/ə sonrakı ortotropiya diaqnozu ilə müayinədən keçmişdir. Hal-hazırda davamlı müalicələr olunmalıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 mərkəzdə OU c/ə sonrakı ortotropiya mürəkkəb hipermetropik astigmatizm diaqnozu ilə müayinədə olmuşdur. 3 aydan gec olmayaraq müayinə və müalicələr mütləqdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/16-00897 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən bu günə kimi xəstəxanada stasionar müalicədədir. Diaqnoz: qapalı kəllə beyin travması. Baş beyinin orta dərəcəli əzilməsi. Sağ gicgah nahiyədə lövhəvari subdural hematoma. Travmatik subaraxnoidal qanama. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxsdə həkimepidemioloqun köməkçisi vəzifəsində işləyir və əmək haqqı 507.15 manat təşkil edir. - Xızı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Xızı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində xidmət edir. Onun bir aylıq vəzifə maaşı 847.04 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızı doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlılar anaları İddiaçı yanında qalmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər birinə görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, uşaqların mənafelərini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, iddia qismən təmin edilərək, cavabdehdən uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin əlavə xərcin tutulması hissəsində aşağdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əlavə xərclə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən 30 avqust 2014-cü il təvəllüdlü X1 müəyyən problemlərin olması müəyyən edilsə də, bu hal Ailə Məcəlləsinin 81.1-ci maddəsinin təsiri altına düşmür. X1 olan problemin müstəsna hal (ağır xəstəlik) olmasını təsdiq edən sübut iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən bu hal Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Çünki həmin maddənin tələbinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əlavə xərcin tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızının yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (əvvəlki adı Reyhan) Məmməd qızının yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6568/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Kərimova Nazlı (Reyhan) Məmməd qızının yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4719/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4719/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver