Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4733/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızının iştirakları ilə İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Samsung markalı LED televizor və HİTACHİ markalı soyuducu üçün 2056 manat ödənilməmiş hissə, 581 manat dəbbə pulu borcu, ümumilikdə 2637 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2667 manatın cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Samsung markalı LED televizor və HİTACHİ markalı soyuducu almış və nəticədə 2637 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4044 manat (12 ay x 168 manat + 323 manat ilkin ödəniş) olan televizor və soyuducu üçün ümumilikdə 2637 manat olmaqla, ondan 2056 manat ödənilməmiş hissə, 581 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh son ödənişi xx.xx.2019-cu il tarixdə 80 manat olmuşdur və cəmi ödədiyi məbləğ 1988 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızı iddianı qismən qəbul etdi və ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, iddiaçı cavabdehə Samsung markalı LED televizor və HİTACHİ markalı soyuducu satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızının “xxxxxxxxxxx” MMC-yə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə 2056 manat əsas, 581 manat cərimə borcu, cəmi 2637 manat borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızına ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızı borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 581 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 58 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 80 % hissəsində təmin edildiyindən (26xx xxxxxxxx 2114 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 24 manatı cavabdehə, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Samsung markalı LED televizor və HİTACHİ markalı soyuducu üçün 2056 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu borcu, ümumilikdə 2114 manat borc cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızından alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Samsung markalı LED televizor və HİTACHİ markalı soyuducu üçün 2056 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu borcu, ümumilikdə 2114 manat borc cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızından alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 24 manat məbləğində dövlət rüsumu cavabdeh Quliyeva (Məmmədova) Esmira Nəcəfqulu qızından tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. 6 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-yə aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4733/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4733/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver