Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4760/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin 1(032)-274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)- 274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı 078CE05426 seriya nömrəli sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı 35631584 seriya nömrəli mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və icra məmuru (probasiya üzrə) əməkdaşı tərəfindən imza edilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh alınmış izahatda məhkum mobil qurğunun pencəyinin cibindən suya düşürərək yararsız hala saldığını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsi tərəfindən təqdim edilmiş cədvəldə sadə elektron qolbağın və digər nəzarət avadanlıqlarının xüsusi proqram təminatı ilə birlikdə dəyərinin ƏDV daxil edilməklə 2277.40 (iki min iki yüz yetmiş yeddi nöqtə qırx) manat təşkil etdiyi bildirilmişdir. İddiaçı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 1(032)-274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 01 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan göstərişin surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 1(032)-274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh komplekt: “attenti” markalı 35631584 nömrəli, 1 ədəd mobil qurğu, 1 ədəd 078CE05426 nömrəli elektron qolbaq və 1 ədəd enerji doldurmaq üçün adapter tam işlək vəziyyətdə təhvil verilib. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verimiş. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin inzibati binasında tərəflərindən baxış keçirilmiş, yoxlama zamanı “Attenti” markalı 35631584 seriya nömrəli mobil qurğunun məhkum tərəfindən yarasız hala salındığı müəyyən edilmişdir. İş materiallarında olan Evrodizayn QSC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 2277.40 manat təşkil edir. İş materiallarında olan Evrodizayn QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki, infroret elementi qoparılmış, təmiri mümkün olmamış və istifadəyə tam yararsızdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat dəyərində olması sübut olunur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia təmin edilərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat dəyərində vəsait alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti alınıb dövlət büdcəsinə köçürülsün (Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına: müxbir hesab:AZ41NABZ013601*********03944; kod: 21***5; swift: CTREAZ22; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4760/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4760/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver