Məhkəmə qərarları › İş №2(008)-4767/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4767/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4767/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X35 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1580 nömrəli bağ torpaq sahəsinin və üzərində tikilmiş bağ evinin satılmasından əldə etdiyi 175.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməklə qiymətləndirmə ilə bağlı ekspert rəyini nəzərə almaqla Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində pulun alınmaqla ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X30 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1580 nömrəli bağı şifahi razılaşma əsasında Cavabdeh 30.000 manata almışdır. Cavabdeh həyat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mübahisəli bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri yerinə yetirməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Adil Qurbanov həmin etibarnamə əsasında mübahisəli bağ sahəsini Cavabdeh adına özəlləşdirmişdir. Həmin vaxt bağ sahəsini öz adına sənədləşdirməmiş, çünki bağ sahəsi ilə bağlı heç bir mübahisə olmadığından hesab etmişdir ki, istənilən vaxt öz adına sənədləşdirə biləcəkdir. İddiaçı həyat yoldaşı ilə birgə təsərrüfat aparmış, hər ikisinin qazancı hesabına bağ evini tikib başa çatdırmışlar. Həyat yoldaşı 2021-ci ilin mart ayının 9-da vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri, eyni zamanda bağın sənədlərini hazırlamaq istəyərkən mülkiyyət sənədləri adına olan Cavabdeh tapmış və o, bağı İddiaçı adına sənədləşdirməyə razılaşmış, bəzi sənədləri Asan Xidmət mərkəzinə təqdim etmiş, lakin bir gün sonra Cavabdeh zəng edərək, bağla bağlı sənədləşmənin onun adına apara bilməyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh bağı həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu qadına satmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində qaldırılan tələb üzrə qəbul edilmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, bağ sahəsində abadlıq işləri aparılması, bağda yerləşən köhnə, yaşayışa yararsız bağ evinin sökülərək yenidən inşa edilməsi, əlavə yaşayış və qeyri yaşayış sahələrinin inşası onun mərhum əri X30 ilə, onun birgə vəsaitləri hesabına tikilmiş, yaşayışa yaralı vəziyyətə gətirilmiş və istifadəyə verilmişdir. Bağ evi iki mərtəbəli olmaqla birinci mərtəbədə qaraj, iki yaşayış otağı, sanuzel, dəhlizdən ibarətdir. Həyətdə əlavə sanuzel inşa olunmuşdur. Evin ikinci mərtəbəsi üç yaşayış otağından, mətbəx, dəhliz və balkondan ibarətdir. İş üzrə dindirilmiş şahidlər bağ evinin mərhum əri ilə onun birgə vəsaiti hesabına tikilməsini təsdiq etmişlər. Bağın torpaq sahəsi hüquqi qeydiyyatdan keçsə də, bağ evi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh və X10 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, apellyasiya və daha sonra kassasiya şikayətləri təmin olunmamış, qətnamə qüvvəsində saxlanmışdır. Həmin iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə cavabdehlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” barədə iddia qaldırdıqları üçün cavabdehlərin vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinin icraatında olan işin icraatı dayandırılmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi üzrə yekun məhkəmə aktı qəbul olunduqdan sonra icrası təzələnmiş və mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. İddiaçılar X12 və X11 ona və 9 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” barədə iddia tələbləri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1923/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1571/2023 nömrəli, xx.xx.2023-cü il tarixli il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, X10 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəmyə müraciət etmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(006)- 5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti versə də apellyasiya şikayətinin müddətinin buraxılması səbəbindən apellyasiya şikayəti geri qaytarılmışdır, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmənin həmin qətnaməsi ilə müəyyən edilmişdir ki, 7e-12949 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında, idarələrində, komitələrdə, təşkilatlarda, icra orqanlarında təmsil etməyi, adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXKdən kadastr planı, AR ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X26 etibar etmişdir. “X28 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 64 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1580 nömrəli bağ sahəsinin və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırki bazar qiyməti təqribən 175.000 manat təşkil edir. Reyestrdə 2V-375 № ilə qeydə alınan xx.xx.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 qalmış arvadı İddiaçı onların nikahı müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. “Mersedes Benz S430” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə miras əmlak kimi 5/10 payına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0.2422 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 257.3 kvm olan 1580 nömrəli bağ evi xx.xx.2022-ci il tarixdə X6 adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə onun iddia tələbini rədd edərkən qətnaməsini bu qaydada əsaslanmışdır ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və X14 arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman bağ sahəsində yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olmadığından, alqı-satqı müqaviləsinin predmeti yalnız Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,2422 ha olan 1580 nömrəli bağ sahəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,2422 hektar torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 257.3 kv.m olan 1580 nömrəli bağ evi X6 adına qeydiyyatdan keçmişdir. ”Göründüyü kimi iddiaçı və mərhum əri tərəfindən inşa edilmiş bağ evi Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşmiş, sonuncu həmin bağ evini torpaq sahəsi ilə birlikdəX2dır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh X14 iddiaçının tələbinə cavab verməli şəxs deyildir və bağ evinin dəyərini Cavabdeh tələb edə bilər. Çünki bağ evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmuş Cavabdeh iddiaçının və mərhum ərinin inşa etdirmiş olduqları bağ evini torpaq sahəsi ilə birlikdə X2, bununla da torpağın dəyəri artmış, Cavabdeh isə əsassız varlamnaqla gəlir əldə etmişdir. Hazırda məhkəmənin adı çəkilən qətnaməsi qanuni qüvvəsini almışdır. Göstərilən səbəbdən cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində göstərmişdir ki, o, Adil Qurbanovun əmisidir. Adil Qurbanovun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ evi var idi. O da qonşuluqda yaşamışdır. Həmin bağ evini Qurbanov Adil işçisindən almışdır. Bağ alınarkən həmin sahədə balaca ev var idi. Qurbanov Adil və İddiaçı daha sonra balaca evi söküb, yeni ev inşa etmiş, bu zaman ondan da borc almışdılar. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində göstərmişdir ki, o, Adil Qurbanovun bibisi olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bizə qonşu bağ evləri var idi. Bağı öz tanışlarından almışdılar. Əvvəl balaca tikili var idi. Daha sonra təmir işləri də gördülər. Evə ikinci mərtəbə əlavə edildi. Bağ alınan zaman məndən borc pul da götürdülər. Qurbanov Adil və İddiaçıh zəhməti hesabına bağ evi tikilib, təmir edilmişdi. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərmişdir ki, o, Adil Qurbanovun bibisi olmuşdur. Adil ilə bağda eyni evdə yaşamışlar. Adil ev alan zamanı onlar da Adilə kömək etmişlər. X29 evdə köməkçi biliblər. Adil öldükdən sonra Cavabdeh və X14 arasında ayın alqı-satqı olub. Bağ alınan zaman Adil ondan pul alıb bağ evini tikintisinə xərcləmişdir. Lakin Adildən başqa Fatma da evin tikintisinə pul xərcləmişdir. Tikinti 4-5 il davam etmişdir. Hal-hazırda o, bağ evində Tahirə Teliyeva yaşayır. Fatma xanımda əvvələr həmin evdə yaşamışdır. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində göstərmişdir ki, Adil onun qardaşı oğlu olub. Adil bağ alan zaman və eyni zamanda bağın tikntisi zamanı ondan da pul almışdır. Bağ təxminən 2007-ci illərdə alınmışdır. Fatma xanımla yay mövsümündə orada qalmışlar. 2012-2013-cü illərdə orada təmir işləri aparılmışdır. Təmir işləri üçün Adil də, arvadı Fatma da pul ödəmişdilər. İndi orada əvvəllər orada gözətçi saxladığı xanım yaşayır. İddiaçı hal-hazırda orada yaşamır. Onu ikinci arvadı kimi bağda saxladığını deyirdi. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərmişdir ki, o, iddiaçının evində tikinti işləri ilə məşğul olmuş, hasar çəkmişdir. Hamam və sanitar qovşağı tikmişdir. Materilları da almışdır. Tikinti işləri aparan zaman Tahirə Teliyeva orada olmuşdur. Onun orada çox olmasını görəndə bilmişdir ki, Adilin o, qadınla münasibəti var. Gördüyü işlərin pullarını isə Fatma xanım vermişdir. X41 da gördüyü işlərə görə ona pul vermişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan X9 Qeydiyyatı Şöbəsinin V-ЖГ seriyalı, 413149 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə, X23 12 dekabr 1990-cı il tarixdə 1139 nömrəli akt qeydi ilə nikahları bağlanmışdır. İş materiallarına əlavə olunan 1 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2021-ci ildə vəfat etmiş və bununla bağlı 263 nömrəli akt qeydi icra olunmuşdur. İş materiallarına əlavə olunan 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli X27 və X14 tərəfindən imzalanmış ərizələr ilə müəyyən olunur ki, X16 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,2422 ha olan 1580 nömrəli ünvanda yerləşən torpaq sahəsinin (1/1 hissə 0,24236 ha) 44.000 manata satılmasına dair razılığa gəlmişlər. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1580 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.242236 ha olan torpaq sahəsini X10 44000 manata satmışdır. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********86 nömrəli, xx.xx.2021-ci il tarixli Daşənmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair bildiriş ilə müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 nömrəli bağ sahəsində daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizəsinə baxılmış və bildirilmişdir ki, qeyd olunan bağ sahəsi xx.xx.2021-ci il tarixdə 4Ə-287 nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə digər şəxsin adına özgəninkiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır, bu səbəbdə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin arasından imtina edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri 30 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, G-196 nömrəli məktubuna əsasən, “Elektron notariat” X1 Sistemi ilə axtarış nəticəsində xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, ev 34-də qeydiyyatda olan Cavabdeh tərəfindən Ləhiş balar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri, Nərimanov, V.Əmirsəyadov küçəsi, ev 3-də qeydiyyatda olan X24 adına 7E-12949 reyestr nömrəsi ilə etibarnamənin verilməsi və təsdiq olunması aşkar edilmiş, eyni zamanda qeyd olunmuşdur ki, göstərilən şəxslər tərəfinsən həmin əmlak ilə bağlı Bakı şəhəri 30 saylı Notariat Ofisində heç bir notariat hərəkəti aparılmamışdır. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********25 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1580 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixli, 17384 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 1580 nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi xx.xx.1962-ci il təvəllüdlü X30 ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və xx.xx.2014-cü il tarixdə həmin bağ sahəsi Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunan 7e-12949 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli etibarnamə ilə Cavabdeh 5 il müddətinə X26 Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında idarələrində, komitələrində, təşkilatlarında, icra orqanlarında təmsil etməyi, adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXK-dən kadastr planı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə olunan 64 nömrəli, xx.xx.2021-ci il tarixli "xxxx"MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 hektar torpaq sahəsi olan 1580 nömrəli bağ sahəsinin və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırki bazar dəyərinə uyğun olaraq bazar qiyməti təqribən 175.000 manat təşkil edir. İş materiallarına əlavə olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçılar X8 və X14 cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmış və iddia təmin edilməmişdir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar X17 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1571/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar X17 və X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7149/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan 2(008)-219 saylı, xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən, İddiaçı cavabdehlər Cavabdeh və X13 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin 2(008)-4767/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulsun: 1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1580 nömrəli torpaq sahəsində tikilmiş 257,3 kv bağ evinin 2021-ci il üzrə bazar qiyməti nə qədər müəyyən olunur? sualı qoyulmuş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertinə həvalə edilməsi qərara alınmışdır. "xxxx"MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1580 nömrəli torpaq sahəsində tikilmiş bağ evinin 2021-ci il üzrə bazar dəyərinin müəyyən edilməsi barədə 56 nömrəli, xx.xx.2025-ci il tarixli hesabatı ilə müəyyən olunmuşdur ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1580 nömrəli torpaq sahəsində tikilmiş bağ evinin 2021-ci il üzrə bazar dəyəri 200 000 (iki yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 hektar torpaq sahəsi olan 1580 nömrəli bağ sahəsi iddiaçının mərhum əri X26 məxsus olmuş və həmin bağ sahəsi üzərində olan fərdi yaşayış evinin iddiaçı və mərhum əri X30 ilə birgə inşa edilməsi iş materialları, şahid ifadələri və digər sübutlarda öz təsdiqini tapır. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunur ki, X18 qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” barədə iddiaçılar X8 və X6 iddia tələbləri təmin edilməmişdir. Bundan başqa İddiaçı cavabdehlər Cavabdeh və X13 qarşı “bağ sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşının faktiki mülkiyyətində olan bağ sahəsi onun sağlığında etimad xarakterli münasibətlər əsasında, yalnız formal qeydiyyat məqsədilə hazırki Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin daşınmaz əmlak üzərində sahiblik formal olaraq sonuncuya məxsus olsa da, əmlakın faktiki sahibi və ondan istifadə edən iddiaçı və mərhum əri olmuşdur. Mərhumun vəfatından sonra bağ sahəsini üçüncü şəxsə satan cavabdeh bu əməliyyat nəticəsində qanuni əsas olmadan gəlir əldə etmişdir ki, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində nəzərdə tutulan əsassız varlanma tərkibini formalaşdırmışdır. Cavabdehin mübahisəli bağ sahəsini üçüncü şəxsə satmaqla əldə etdiyi pul vəsaitinin hüquqi əsası mövcud olmamış, bu məbləğ mərhumun, o cümlədən iddiaçının şəxsi vəsaitləri hesabına inşa etdiyi əmlak hesabına formalaşmışdır. Bu baxımdan Cavabdeh tərəfindən əldə edilmiş gəlir qanunsuz və əsassız mənfəət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qanunun tələblərinə uyğun olaraq iddiaçının iddia tələbi hüquqi və faktiki əsaslara malikdir və qanunvericiliyin normalarına uyğun olaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 465 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 200.000 (iki yüz min) manat pul tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 465 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar