Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-477/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh Bağıyev Rafiq Dəmir oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Bağıyev Rafiq Dəmir oğlu və Cavabdeh2 oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Bağıyev Rafiq Dəmir oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 7417,8 ABŞ dolları əsas borc, 5830,95 ABŞ dolları faiz borcu, 2850,8 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 17 243,65 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağıyev Rafiq Dəmir oğlu 28.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 10 000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 14.05.2020-ci il tarixədək Bağıyev Rafiq Dəmir oğlunun banka kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 5830,95 ABŞ dolları faiz borcu, 2850,8 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 17 243,65 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda nümayəndə qeyd etdi ki, hazırki iddia ilə əvvəllər də müraciət ediblər, fərmanla əlaqədar baxılmamış qalıb, odur ki, zaminə qarşı iddia müddətini ötürməyiblər. Məhkəmə iclasında cavabdeh Bağıyev X5 olan borcunu danmadı və sadəcə pandemiya ilə əlaqədar ödəyə bilmədiyini qeyd etdi. Faiz hissəsində iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia Bağıyev Rafiq Dəmir oğlu barəsində qismən təmin, Cavabdeh2 barəsində isə rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, «xxxx» İKB ASC ilə (hazırkı adı İddiaçı ASC) Bağıyev Rafiq Dəmir oğlu və Cavabdeh2 oğlu arasında 28.04.2015-ci il tarixli 1-MZ-2-0- 186-15 №-li kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bağıyev Rafiq Dəmir oğlu bankdan illik 27 faizlə 24 ay müddətinə 10 000 manat kredit götürmüş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Həmin Müqaviləyə əsasən kredit mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımı qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə Bank qarşısında birgə cavabdehdir. İş materiallarında olan 28.04.2015-ci il tarixli məxaric qəbzindən görünür ki, Bank tərəfindən Bağıyev Rafiq Dəmir oğluna 10000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bağıyev Rafiq Dəmir oğlunun kredit müqaviləsi üzrə yaranmış əsas borcu 7417,8 ABŞ dolları, faiz borcu 5830,95 ABŞ dolları, cərimə borcu 2850,8 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1144,1 ABŞ dolları təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən 17 243,65 ABŞ dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 14.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. Sabunçu rayon məhkəməsinin 29.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.04.2021-ci il tarixli 9/5987 №-li rəyinə əsasən 28.04.2015-ci il tarixli 1-MZ-2-0-186-15 №-li kredit müqaviləsi üzrə Bağıyev Rafiq Dəmir oğlunun 14.05.2020-ci il tarixə kredit borcu aşağıdakı kimi müəyyən edilmişdir: Əsas borc üzrə - 7598,23 ABŞ dolları Faiz borcu üzrə – 3823,17 ABŞ dolları Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Bağıyev Rafiq Dəmir oğlundan, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bankla Bağıyev Rafiq Dəmir oğlu arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, hazırki kredit müqaviləsinin müddəti 2017-ci ildə bitdiyindən, iddia isə məhkəməyə 30.07.2020-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, zaminə qarşı iddia rədd edilməlidir. Belə ki, həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı 05.12.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 30.04.2019-cu il tarixli qərardadı ilə tərəfəlrin məhkəməyə gəlməməsi səbəbindən ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və 30.07.2020-ci il tarixdə yeni iddia ərizəsi verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, zaminə qarşı xitam verilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh Bağıyev Rafiq Dəmir oğlu iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.04.2021-ci il tarixli 9/5987 №-li rəyinə əsasən 28.04.2015-ci il tarixli 1-MZ-2-0-186-15 №-li kredit müqaviləsi üzrə Bağıyev Rafiq Dəmir oğlunun 14.05.2020-ci il tarixə kredit borcu - əsas borc üzrə - 7598,23 ABŞ dolları, faiz borcu üzrə – 3823,17 ABŞ dolları müəyyən edilmişdir: Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq iddia tələbinin əsas borcun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın tutulması hissələrində iddia ərizəsində göstərilən məbləğdə, yəni 7417,8 ABŞ dolları məbləğində və 1144,1 ABŞ dolları məbləğində, faiz borcun tutulması hissəsində isə ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdə, yəni 3823,17 ABŞ dolları məbləğində Bağıyev Rafiq Dəmir oğlundan tutulmasını əsaslı hesab edir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq cavabdehdən iddiaçı tərəfindən hesablanmış 2850,8 ABŞ dolları cərimə məbləğinin 200 ABŞ dolları məbləğində tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bağıyev Rafiq Dəmir oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 3823,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 12 585,17 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Bağıyev Rafiq Dəmir oğlundan tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bağıyev Rafiq Dəmir oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7417,8 ABŞ dolları əsas borc, 3823,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 28.04.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1144,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 12 585,17 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat cavabdeh Bağıyev Rafiq Dəmir oğlundan tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-477/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-477/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver