Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4784/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.645 (yeddi min altı yüz qırx beş) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Toyota Prius markalı, **-SE-*** dövlət qeydiyyatlı avtomobil onun mülkiyyətindədir. Etibarnamə əsasında X3 həmin avtomobil istifadəsində olmuşdur. xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, M.Cəlal küçəsində X1 idarə etdiyi Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyatlı avtomobilin qarşısına Cavabdeh idarə etdiyi Kia markalı **-HQ-*** dövlət qeydiyyatlı avtomobil anidən çıxmış, Pərviz Quliyevin idarə etdiyi maşına yol verməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü Pərviz Quliyev bədən xəsarətləri almış və avtomobilə ciddi maddi ziyan dəymişdir. Binəqədi RPİ-də toplanmış materiallardan müəyyən olunur ki, baş vermiş hadisəyə Kia markalı **-HQ-*** dövlət qeydiyyatlı avtomobilin sürücüsü Cavabdeh yol-hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Hadisə nəticəsində Toyota Prius markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. "xxxx" şirkətinin təqdim etdiyi qiymətləndirməyə əsasən, dəymiş maddi zərərin ümumi məbləği 12.645 (on iki min altı yüz qırx beş) manat təşkil edir. Bu məbləğdən 5.000 (beş min) manat "xxxx" şirkəti tərəfindən sığorta ödənişi kimi ödənilmişdir. Lakin, maddi zərərin qalan 7.645 (yeddi min altı yüz qırx beş) manat hissəsi təqsirkar Cavabdeh tərəfindən ödənilməmiş, vurulmuş zərərin həmin hissəsinin ödənilməsini xahiş etsələr də cavabdeh ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı “X9” MMC-nin rəyinə etiraz etmədiyini, 5000 manat "xxxx" şirkəti tərəfindən ödənildiyini, qalan məbləğin cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiklərini, cavabdehin iddiaçıya 2540 manat ödəməyə razı olduğunu bildirdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, HK-1/318 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, Kia markalı **-HQ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbiri görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunan Binəqədi rayon DYPŞ YNH baş inspektoru polis kapitnı X6 tərəfindən xx.xx.2025-ci il saat 18:50-də Binəqədi rayonu, M.Cəlal küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Kia markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin qeyd olunan maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 391414 nömrəli "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"ından görünür ki, xx.xx.2025-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Toyota Prius" markalı **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12645 manat təşkil edir. İş materiallarına əlavə olunan Fərdi sahibkar X2 (VÖEN **********) tərtib etdiyi "**-SE-*** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilinə qüsur aktı"ndan görünür ki, cəmi 2270 manat dəyərində işlərin görülməsi tələb olunur. İş materiallarına əlavə olunan "Rzaoğlu" adlı satıcının xx.xx.2025-ci il tarixli qiymət cədvəlindən görünür ki, təhvil verilmiş malların cəmi dəyəri 9850 manat təşkil edir. İş materiallarına əlavə olunan “Caspıan Valuatın” Qiymətləndirmə təşkilatının 22 iyul 2025ci il tarixli CVN/İ-28-233/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Toyota Prius markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 7540 (yeddi min beş yüz qırx) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan X5 11 sentyabr 2025-ci il tarixli SEM/S-01-008/2025 nömrəli ekspert rəyinə əsasən, "Toyota Prius" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9490 (doqquz min dörd yüz doxsan) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, M.Cəlal küçəsində X1 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-SE-*** dövlət qeydiyyatlı avtomobilin qarşısına Cavabdeh idarə etdiyi Kia markalı **-HQ-*** dövlət qeydiyyatlı avtomobil anidən çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Pərviz Quliyev bədən xəsarətləri almış və avtomobilə ciddi maddi ziyan dəymişdir. Binəqədi rayon DYPŞ YNH baş inspektoru polis kapitnı X6 tərəfindən xx.xx.2025-ci il saat 18:50-də Binəqədi rayonu, M.Cəlal küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Kia markalı **-HQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin qeyd olunan maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş, X5 11 sentyabr 2025-ci il tarixli SEM/S-01-008/2025 nömrəli ekspert rəyinə əsasən, "Toyota Prius" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9490 (doqquz min dörd yüz doxsan) manat olması müəyyən edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi "Toyota Prius" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, vurulmuş zərər tam şəkildə zərərvuran tərəfindən qarşılanmalıdır. İddia tələbinin qismən təmin edilməsi ilə bağlı məhkəmə hesab edir ki, dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyində göstərilən 9490 (doqquz min dörd yüz doxsan) manat olmasını və "xxxx" şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edildiyini nəzərə alaraq, 4490 manat dəymiş zərər Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 64.9 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4490 (dörd min dörd yüz doxsan) manat dəymiş zərər və 64.90 (altmış dörd manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 300 manatın 150 manat iddiaçıdan, 150 manat cavabdehdən tutularaq, X4 (VÖEN: **********, Hesab № AZN: AZ63AİİB400600G**********229, Bank: Kapital Bank ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 2201412; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4784/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver