Məhkəmə qərarları › İş №2(008)-4785/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4785/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4785/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 10.000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlər onun etibarından sui istifadə edərək ondan 13.000 (on üç min) manat pul borc almışdırlar. Bu borcdan 3 min manatı qaytarmışlar. 10 min manat pulu qaytarmaqdan imtina edirlər. Verdiyi müxtəlif vədlərə əməl etməmişlər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, yəni cavabdehdən 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçi İddiaçı iddia ərizəsinin məzmununua uyğun izahat verərək, cavabdehlərdən 10.000 manat və ödənilmiş dövlət rüsumuna görə 120 manat alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etməyərək, məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı onlara qarşı iddiası tamamilə əsassız və qanunsuzdur. Onlar həmin iddiaya qarşı öz etirazını bildirmişdir. Onun rəfiqəsinin 25-26 qram qızıl-zinət əşyaları İddiaçı götürmüşdür. Onlar ondan qızıl-zinət əşyaları tələb etdikdə o onlardan faizlə bərabər pul tələb edir. Onların ona 10.000 manat məbləğində borcu yoxdur. Ona olan borcu 4500 manat məbləğində təşkil edir. O isə əsassız olaraq onlardan pul tələb edir. Astara Rayon Polis Şöbəsində onun öz izahatında təsdiq olunmuş, onun haqlı olmağı sübuta yetirilmişdir. İddiaçı sələmlə məşğul olaraq, böhtan-şərlə ondan artıq pul tələb edir. İddiaçı onlara qarşı irəli sürdüyü əsassız və qanunsuz iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzin sürətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2a məxsus hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə 3000 manat pul vəsaiti köçürülmüşdür. Astara RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə Cavabdeh2 barədində cinayət işinin başlanaması rədd edilmiş, İddiaçı və X2 barəsində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Astara RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh2 izahatında göstərmişdir ki, Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən binada dörd övladı ilə birlikdə yaşayır, evlidir, əri Cavabdeh1 Füzuli oğlu işi ilə əlaqədar olaraq hazırda Bakı şəhərindədir. 2021-ci ilin oktyabr ayında Astara şəhər sakini İddiaçı 2500 manat faizə pul götürmüş və onunla razılaşmalarına əsasən hər gün üçün ona 20 manat pul verməli imiş və aldığı 2500 manat pulun kökü yerində qalmışdır. Beləcə oktyabr ayından başlayaraq Rəsmiyyəyə verdiyi pulun faizini ödəmiş, əsasən 7-10 gün aralığında Rəsmiyyəyə faizi vermişdir. Daha sonra Rəsmiyyədən 1500 manat da pul almışdır. Bu pulları alarkən rəfiqəsi Aysel Malıyevanın qızıl zinət əşyalarını Rəsmiyyəyə girov kimi vermişdir. Faizi Rəsmiyyəyə vaxtı-vaxtında ödədiyi üçün Rəsmiyyə ikinci dəfə də 1500 manat pulu ona vermiş, bundan başqa arabir müəyyən məbləğlərdə Rəsmiyyədən pul almışam, lakin bunun həmin faizə aidiyyəti olmamış, çünki həmin aldığı aşağı məbləğlərdə pulları Rəsmiyyəyə bir neçə gün ərzində qaytarmışdır. Oktyabrdan bu vaxtadək Rəsmiyyəyə ümumilikdə 4200 manat pul vermiş. Verdiyi 4200 manat pul Rəsmiyyənin ona verdiyi 4500 manat pulun faizinə hesablanmışdır. Yəni Rəsmiyyə ilə olan razılaşmalarına əsasən ona 4200 manat pul verməsinə baxmayaraq 2021 -ci ilin oktyabr ayında ona faizə verdiyi 4500 manat pulun kök hissəsini hələ ödəməmiş sayılır. Maddi durumunda yaranan çətinliklər səbəbindən Rəsmiyyənin faizini ödəyə bilməmiş, buna görə də 2022-ci ilin yanvar ayının əvvəllərində Rəsmiyyə ilə birgə yaşayan Natiq öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” mesaj laşma proqramı ilə ona. - "pulu bu gecə çatdır, yox əgər çatdırmasan, mən səndən nə yolla pulu alacağımı bilirəm”, - deyə mesaj yazmışdır. O da cavab olaraq onu hədələdiyi üçün Natiqlə mesajlaşmada mübahisə etmişdir. Daha sonra Rəsmiyyə onun ata və anasına zəng edib ərinin iş yerinə gedib onlar barəsində şikayət edəcəyi ilə hədə-qorxu gəlmişdir. O da buna görə aralarında yaranan bu mübahisə ilə bağlı Rəsmiyyə ilə birgə yaşayan Natiq və Rəsmiyyənin özü barədə şikayət etmişdir. Astara RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında İddiaçı izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övlad anasıdır, rəsmi olaraq Astara kommunal Dost MMC-də xadiməçi işləyir. Cavabdeh2 tanıyır. Aralarında qərəzli münasibətləri yoxdur. xx.xx.2021 -ci ildə axşam saatlarında. Cavabdeh2 onun vvhatsapp nömrəsinə zəng edərək. 5000 manat pula ehtiyacı olduğunu və köməklik göstərməsini bildirmişdir, daha sonra, yaşadığı evdən çıxıb 2000 manat pulu kartından çıxarıb, Cavabdeh2 yaşadığı evinə gedib orada pulu Aygünün özünə vermişdir. Həmin vaxt Cavabdeh2 ona Bakı şəhərinə getməli olduğunu və məhkəmədə iştirak edəcəyini bildirərək, xx.xx.2021 - ci il tarixdə kartına əlavə 3000 manat pul yollamığım xahiş etmişdirdi. O da bu səbəbdən xx.xx.2021 -ci il tarixdə axşam saatlarında, Cavabdeh2 kartına Lənkəran rayon Şürük kənd ərazisində 3000 manat pulu göndərmişdir. Cavabdeh2 ona vhatsappda zəng edərək, lotoreya oynadığını və 5000 manat pulu qısa müddət ərzində qayataracağını vəd etmişdir. Həmin vaxtlar ərzində Cavabdeh2 ondan xırda alver edib, götürüdüyü borc pulu geri qaytararaq etibarını qazanmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 onun yaşadığı ev gəlib xx.xx.2021 -ci il tarixdə, Bakı şəhərində məhkəməsinin olacağını və 2500 manat pulu vəkilə verəcəyini bildirmişdir. Daha sonra ona qızıllarını məhkəmədə vəkil vasitəsilə alacağını, 2022-ci ilin yanvar əvvəllərində ümumən aldığı pulu gətirib artıqlaması ilə qayataracağını və əvəzində qızıl saat hədiyyə alacağını bildirdiyi üçün Astara şəhərində yerləşən Aygün Maliyevanın gözəllik salonun qarşısında. Cavabdeh2 əri Cavabdeh1 avtomobilinə əyləşib, bu pulu ona vermiş və video çəkiliş aparmışdır. Daha sonra Cavabdeh2 mənə 500 manat pulu geri qaytarmışdır. xx.xx.2021- ci ilin tarixdə, təkrarən X7 şəhərinə gəlib məhkəmənin təxirə salındığını və xx.xx.2022-ci il tarixə kimi 2500 manat pulu verməyini və bundan sonra yanvarın axırında pulu tam hissədə geri qaytaracağını vəd etmiş, Cavabdeh2 onu aldadacağını zənn etmədiyi üçün qeyd etdiyi məbləği Aygünə vermişdir. Cavabdeh2 yaşadığı evinə gedib video çəkiliş edərək, pulu yanvarın ayının 6-da verəcəyini bildirmişdir. Lakin Cavabdeh2 ona ümumilikdə 10000 manat pul borcludur və pulu geri qaytarmadığı üçün məcbur qalıb əri Natiq Məstəliyevin mobil nömrəsi ilə Aygünin istifadə etdiyini vhatsapp nömrəsinə sms yazmışdır. Cavabdeh2 yazdığı smsdə qeyd etdiklərini əsəbi olduğu üçün yazmışdır. xx.xx.20222-ci ili tarixdə Cavabdeh2 onun və əri Natiq Məstəliyev barəsində Astara RPŞ-ya yazdığını ərizə və izahatında göstərdiyini xüsusatlar həqiqətə uyğun deyil. İş materiallarına əlavə edilmiş USB yaddaş qurğusunda olan birinci video görünütüdən görünür ki, Cavabdeh2 İddiaçı 2500 manat pul götürmüş olduğunu ayın 5 və ya 6-ı səhər tezdən qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş USB yaddaş qurğusunda olan ikinci video görüntüdən görünür ki, video görünütüdən görünür ki, Cavabdeh2 İddiaçı 2500 manat pul götürmüş olduğunu yanvar ayınən 5 və ya 6-ı qaytaracağını bildirmişdir Məhkəmə iddia tələbinin cavabdehlərdən 10.000 manat əsas borcun tutulması hissəsinə müanibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə araşdırılıması, o cümlədən mülki işin martaiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 3000 manat məbləğində pul vəsaitinin cavabdeh X1 məxsus hesab göndərmişdir. Bundan əlavə sübut qismindən iddiaçı tərəfindən təqdim edilmiş USB yaddaş qurğusunda olan ayrı ayrı məkanlarda çəkilmiş videogörüntülərdən görünür ki, X4 2 dəfə ayrı ayrı vaxtlarada Heydərova Rəsmiyədən 2500 manat məbləğində pulu borc aldığını, hər iki pulu ayın 5 və ya 6-ı qaytarmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili qeyd edilən videogörüntülərin hər ikisinin yalnız bir dəfə götürülmüş olan 2500 manat borca görə çəkilmiş olduğunu məhkəməyə bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə mülki işin matriallarından görünür ki, iddiaçı cavabadeh Cavabdeh2 qaytarmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda 3000+2500+2500 olmaqla cəmi 8000 manat məbləğində pul vəsaiti vermişdir. İddiaçı qeyd edilən pulu qaytarmaq öhdəliyini Cavabdeh2 ilə birgə onun əri Cavabdeh1 da qaytarmalı olduğunu məhkəməyə bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı məhkəmə öz şəxsi kart hesabından çıxarış təqdim edərək, cavabdehə Cavabdeh2 əlavə 2000 manat pulu öz kartından vaxt aşırı çıxardaraq cavabdehə vermiş olduğunu bildirsədə, məhkəmə hesab edir ki, iddia tələbini həmin 2000 manat hissədə təmin edilə bilməz, belə ki, iddiaçıya məxsus kartan pul vəsaitləri çıxarılmış olsada, həmin pul vəsaitlərinin cavabdehlərə verilməsini təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Astara RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında İddiaçı izahatından görünür ki, iddiaçının Cavabdeh2 vermiş olduğu pul vəsaitindən 500 manat pulu Cavabdeh2 iddiaçıya geri qaytarmışdır. Yuxarda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 120 manat məbləğində dövlət rüsumunun 95 manat hissəsi Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar