Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4803/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22231,17 (iyirmi iki min iki yüz otuz bir dollar, on yeddi sent) ABŞ dolları əsas borc, 6630.67 (altı min altı yüz otuz dollar, altmış yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28861,84 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar, səksən dörd sent) ABŞ dolları borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81C6EU130447 olan **-ET-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilsi, avtomobilin satışından əldə edilmiş pul vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutularaq BOKT İddiaçı QSC –nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-1904 nömrəli, 15.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 iyun 2013-cü il tarixdə, 01059 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% olmaqla 60 ay müddətinə 31740 (otuz bir min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan **-ET-*** dövlət qeydiyyat nişanlı “Hundai Santafe “ minik markalı maşın 27.06.2013-cü il tarixdə 1059 saylı ipoteka müqaviləsi ülə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdhə məxsus nəqliyyat vaistəsinin qeydiyyat şahadətnaməsində müvafiq qeydiyyat aparılmış və 17.10.2013-cü il tarixli, AA seriyalı, 105637 nömrəli ipoteka müqaviləsinin qeydiyyatı haqqında şahadətnamə verilmişdir. Kredit Müqaviləsinin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.3-cü bəndi). “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 22231,17 (iyirmi iki min iki yüz otuz bir dollar, on yeddi sent) ABŞ dolları əsas borc, 6630.67 (altı min altı yüz otuz dollar, altmış yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28861,84 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar, səksən dörd sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlmat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir; -İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 02 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişikliyin məzmunundan görünür ki, həmin dəyişiklikdəki 2.5-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir; İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Sənayə filialı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2013-cü il tarixli, 01059 saylı kredit müqaviləsinə əsasən bank borcalana avtomobilin alınması məqsədilə illik 18% olmaqla 60 (altmış altı) ay müddətinə 31740 (otuz bir min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.7-ci bəndinə görə kredit üzrə öhdəliklər icra edilmədikdə bu Müqavilənin 6.10.1-ci bəndinə nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Sənayə filialı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2013-cü il tarixli, 01059 saylı ipoteka müqaviləsinə əsasən tərəflər Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, “X5 Minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı, KMHST81C6EU130447 ban, ağ rəngli avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən bu müqavilədə qüvvədə olduğu müddətdə ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin azalması (inflasiya və sair) müəyyən edildikdə İpoteka saxlayanın tələbi ilə İpoteka verən azalmış məbləğ həcmində ipoteka predmetini artırır və dəyişir, yaxud əlavə girov qoyur. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən ipoteka verən 25 iyun 2013-cü il tarixli, 0396 nömrəli kredit müqaviləsi və bu müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda olan 22231,17 (iyirmi iki min iki yüz otuz bir dollar, on yeddi sent) ABŞ dolları əsas borc, 6630.67 (altı min altı yüz otuz dollar, altmış yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28861,84 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar, səksən dörd sent) ABŞ dolları məbləği təşkil edir. -25 iyun 2013-cü il tarixli, 01059 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 805.99 ABŞ dolları müəyyən edilmişdir. - 27.06.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 31740 (otuz bir min yeddi yüz qırx) ABŞ dolları məbləğində pul vəsaitini almışdır. - 15.01.2018-ci il tarixli, S-AVK-1904 nömrəli 10 fevral 2017-ci il tarixli, 101s saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair aktın surətindən görünür ki, borc alal Cavabdehe oğlunun təhvil-təslim gününə olan borcu 32093.74 ABŞ dolları cəmi borc, bundan 25463 ABŞ dolları əsas borc, 6630.67 ABŞ dolları faiz borcu və cərimə borcu müəyyən edilməmişdir. - 23 aprel 2021-ci il tarixli, 1354 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ödənişlərin gecikdirilməsi səbəbindən ipoteka ilə yüklü edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan “X5 Minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə xəbərdar edilmişdir. - 26 aprel 2021-ci il tarixli, 1389 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi “X5 Minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə məlumatlandırılmışdır. - AB 962121 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “X5 Minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 25.06.2013-cü il tarixli, AA seriyalı, 090786 nömrəli çıxarışının surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “X5 Minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikasl Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məekəzi 23.09.2021-ci il tarixli 9/6166 saylı məhkəmə-mühasibatlıq ekspertin rəyinə əsasən27.06.2013-cü il tarixli 01059 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh müqavilənn müddətinə yəni 25.06.1018-ci il tarixə olan borcu əsas məbləğ üzrə 24.968.43 ABŞ dolları əsas borc üzrə, 13.136.39 ABŞ dolları məbləğində isə faiz borcu olmaqla cəmi 38.104.82 (otuz dört min bir yüz dört dollar, səksən iki sent) ABŞ dolları məbləğində borcu vardır. İş matriallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin olunaraq Cavabdeh İddiaçı QSC BOKT-nin xeyrinə 01059 saylı kredit müqaviləsi 22231,17 (iyirmi iki min iki yüz iyirmi üç dollar, on yeddi sent) ABŞ dolları əsas borc, 6630.67 (altı min altı yüz otuz dollar, altmış yeddi sent) ABŞ dolları faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 28861,84 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar, səksən dörd sent) ABŞ dolları borc pul tutulmalıdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb girov ilə yüklü edilmiş avtomobilə yönəldilməli, Cavabdeh kredit borcu həmin nəqliyyat vasitəsinin hesabına ödənilməlidir. Belə ki, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81C6EU130447 olan **-ET-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməli, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsait Cavabdeh qaytarılmalı, avtomobilin satışından əldə edilmiş pul vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutularaq BOKT İddiaçı QSC –nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 22231,17 (iyirmi iki min iki yüz otuz bir dollar, on yeddi sent) ABŞ dolları əsas borc, 6630.67 (altı min altı yüz otuz dollar, altmış yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28861,84 (iyirmi səkkiz min səkkiz yüz altmış bir dollar, səksən dörd sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81C6EU130447 olan **-ET-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsait Cavabdeh qaytarılsın. Avtomobilin satışından əldə edilmiş pul vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutularaq BOKT İddiaçı QSC –nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4803/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4803/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver