Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4804/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zongshen 160-68” markalı, 99-B-372 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 500 (beş yüz) manat və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Renault Logan” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx”ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 08.01.2020-ci il tarixdən 08.01.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 23.11.2020-ci il tarixdə 20:00 radələrində idarə etdiyi “RENAULT LOGAN” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək, “xxxx” MMC-yə məxsus olan “ZONGSHEN 160-68” markalı 99-B-372 nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törətdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Bakı şəhər Sabunçu RPİ-nin DYP tərəfindən qeydə alınmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddələsi ilə İXP 3659201nömrəli protokol yazılmış, 04.12.2020-ci il tarixli qərar qəbul edilərək 100 manat məbləğində cərimələnmişdir. İddiaçı ASC tərəfindən “ZONGSHEN 160-68” markalı 99-B- 372 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi ziyana görə sığorta şəhadətnaməsinin əhatə etdiy məbləğdə, 500 manat avtomobilin sahibinə ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına, İddiaçı ASC-nin avtomobilə vurulmuş zərərə görə ödənilmiş 500 manatı subqroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yolnəqliyat hadisəsi nəticəsində “ZONGSHEN 160-68” markalı 99-B-372 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə vurulmuş maddi ziyanın yalnız 250-300 manat mümükün olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, 10.06.2021-ci il tarixində ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştrakı olmadan keçiriləsinin və yekun məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** PG ***, markası "Renault Logan", istehsal ili 2019, sığorta müqaviləsinin qüvvədə olma müddəti 08.01.2020 – 08.01.2021-ci il qeyd edilmişdir. - İXP serialı, ******* nömrəli, 04.12.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, "Renault Logan" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətmişdir. -İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən görünür ki, 23.11.2020-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Cavabdeh barəsində inzibati iş üzrə icraat aparılan şəxs olaraq müəyyən edilmişdir. - Cavabdeh Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nə verdiyi yazılı izahatdan görünür ki, baş vermiş inzibati xətanın onun tərəfindən törədildiyini və maddi imkanı olmadığından avtomobili təmir edə bilmədiyini bildirmişdir. - “xxxx” Sığorta Hadisələri Xidməti tərəfindən 02.12.2020-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı arayışın surətindən görünür ki, “Zongshen” markalı, 99-B-372 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 500 manat ziyan dəymişdir. -08.12.2020-ci il tarixli sığorta aktından görünür ki, zərər uğramış “Zongshen 160-68” markalı, 99-B-372 dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilmiş zərəri 500 (beş yüz ) manat təşkil etmişdir. -24.11.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, X1 məxsus “Zongsen” markalı, 99-B-372 dövlət qeydiyyatnişanlı motosikl qabaq hissədən zədələnmişdir. - 18.12.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən 500 (beş yüz) manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 20.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. X2 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Renault Logan" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 23.11.2020-ci il tarixdə saat 20:00 radələrində Sabunçu rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək, “Zongshen 160-68” markalı, 99-B-372 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə ziyan vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilmişdir. Nəticədə, Zongshen 160-68” markalı, 99-B-372 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 500 (beş yüz) manat məbləğində ziyan dəymişdir. “xxxx” ASC tərəfindən 500 (beş yüz) manat məbləğində sığorta ödənişi X3 oğluna ödənilmişdir. “xxxx” ASC X3 oğluna ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitini Cavabdeh tələb edir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin idarə edənlər mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü Cavabdeh təqsiri üzündən yol-nəqliyyat hadisəsi nəticəsində olan sığorta hadisəsi üzrə sığorta ödənişi vermiş sığortaçı “xxxx” ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, “xxxx” ASC-də sığortalanmış "Renault Logan" markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Zongshen 160-68” markalı, 99-B-372 dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 500 manat məbləğində sığorta ödənişi ziyan dəyən X3 oğluna “xxxx” ASC tərəfindən ödənilmişdir. Ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitini Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4804/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4804/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver