Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4805/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “sığorta ödəniş məbləğinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Ford Tranzit» markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 1000 (bir min) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “RAYVON NEXİA R-3" markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 07.03.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan "RAYVON NEXİA R-3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 01.07.2020-ci il tarixdə, saat 07:30 radələrində Bakı-Qazax yolunun 262-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törədərək "Ford TRANZİT" markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeydə alınmış, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2020-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh əməlində İnzibati xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi var və bu səbəbdən cavabdehin barəsində inzibati tənbehin görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Araşdırma materiallarından məlum olur ki, (BDYPİ-nin 13.07.2020-ci il tarixli arayışı) Cavabdeh 31.05.2011-ci il tarixdə AB seriyalı 404726 saylı B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 14.09.2016-cı il tarixdə sürücülük hüququndan məhrum olunmuşdur. Lakin, sürücülük vəsiqəsini təqdim etməmişdir. "xxxx" ASC tərəfindən "Changan BENNİ" markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyan 1000 manat məbləğində dəyərləndirilərək, həmin məbləğdə pul avtomobilin sahibi X1 ödənilmişdir. Sürücülük hüququ olmadan cavabdeh tərəfindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törədildiyinə görə və bunun nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə ödənilmiş 1000 (bir min) manat cavabdehdən alınaraq "xxxx" ASC-yə verilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, dövlət qeydiyyat nişanı **-PR-***, markası "Ravon Nexia R3", istehsal ili 2017, sığorta müqaviləsinin qüvvədə olma müddəti 07.03.2020 – 07.03.2021-ci il qeyd edilmişdir. Siğorta məbləği isə 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan AKT2828-CML-1693/2020 saylı sığorta aktından görünür ki, zərərə uğramış "Ford Tranzit" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 dəymiş zərəri 1000 manat təşkil etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının rəyindən görünür ki, "Ford Tranzit" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə dəymiş zərərin bazar qiyməti 400 (dörd yüz) manat, işçilik xidmətləri isə 600 (altı yüz) manat müəyyən olunur. Avtmobilə dəymiş cəmi zərər 1000 (bir min) manat təşkil edir. İş matriallarında olan 29.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azsiğorta ASC tərəfindən 1000 (bir min ) manat məbləğində pul vəsaiti Ford Transit markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Teymurov Azər Mikayıl oğluna ödənilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol-nəliyyat hadisəsi baş verdiyi anda sürücü Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 13 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər sakini Əlizadə (Əliyev) Ramil Akif oğluna 31.05.2011-ci il tarixdə AB seriyalı 404726 saylı B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 14.09.2016-cı il tarixdə sürücülük hüququndan məhrum olunmuşdur. Lakin sürücülük vəsiqəsini təqdim etməmişdir. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. X4 Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “RAVON NEXİA R-3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülüq hüququ olmadan Cavabdeh idraə edərkən 01.07.2020-ci il tarixdə, saat 07:30 radələrində Bakı- Qazax yolunun 262-ci kilometrliyində yol-nəqliyyat hadisəsi törədərək "Ford Tranzit" markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. RAVON NEXİA R-3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Azsiğorta ASC-də icbari siğorta ilə siğortalı olduğundan həmin avtomobili idarə edən sürücünün təqsiri üzündən "Ford Tranzit" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1000 manat məbləğində ziyan İddiaçı ASC tərəfindən avtomobilin sahibi X5 oğluna ödənilmişdir. Və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutlan tədbirlərin görülməsi üçün cinayət işinin başlanmasını rədd edən qərarın sürəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin idarə edənlər mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü Cavabdeh təqsiri üzündən yol-nəqliyyat hadisəsi nəticəsində olan sığorta hadisəsi üzrə sığorta ödənişi vermiş sığortaçı İddiaçı ASC-nin hadisənin törədilməsi zamanı təqsirili olan sürücüyə yəni naqliyat vaistəsini idarə etmək hüququ olmadan RAVON NEXİA R-3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh qarşı qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, İddiaçı ASC-də sığortalanmış “RAVON NEXİA R-3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “"Ford Tranzit" markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 1000 manat məbləğində sığorta ödənişi ziyan dəyən X2 İddiaçı ASC tərəfindən ödənilmişdir. Ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitini Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4805/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-4805/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver