Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4813/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 1500 manat dəymiş ziyan məbləğinin və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin may ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi 2 ünvanında həyət evi tikmək üçün torpaq sahəsi almışdır. 2021-ci ilin iyul ayından isə həmin torpaq sahəsində ev tikməyə başlamış və evin tikilməsi üçün lazımi ləvazimatları almışdır. Tikdirdiyi evin dam və pəncərələri qoyulsa da, evin otaqlarının qapıları və evin çöl qapısı qoyulmamış, həyəti daş hasarla hörülsə də, hasarın qapısı da olmamışdır. O, mütəmadi olaraq həmin tikdiyi evə nəzarət etmək üçün getmişdir. Sonuncu dəfə oğurluq hadisəsindən əvvəl 2022-ci ilin sentyabr ayının sonlarında tikdirdiyi həyət evinə nəzarət etmək üçün getmiş, həmin vaxt bütün əyşalar yerində olmuşdur. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində evə baş çəkmək üçün Maştağa qəsəbəsinə gəlmişdir. Evə girdikdə elektrik naqillərinin və kombinin kollektorunun oğurlandığını aşkar etmişdir. Buna görə də, evində baş vermiş oğurluq barədə xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat vermişdir. Evdə işləyən ustanın deməsinə əsasən, elektrik naqillərini fərdi qaydada bazardan 1200 manat, paylayıcı kombi kollektorunu 300 manat, cəmi 1500 manat ödəməklə almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat məbləğində ziyan dəymişdir. Bu fakt Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-569/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh hadisə yerində oğurluq etdiyi yeri və şəraiti əyani olaraq göstərmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-569/2023 saylı hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində İddiaçı məxsus ünvan ünvanında tikilməkdə olan giriş qapısı olmayan nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində elektrik naqillərini və 01 ədəd 300 manat dəyərində paylayıcı kombi kollektorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, cavabdeh, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, qartıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə, hazırda iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən (bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir), prosessual qənaət prinsipini rəhbər tutaraq hazırkı iş üzrə əlavə araşdırma aparılmasına lüzum görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Çünki Cavabdeh tərəfindən göstərilən məbləğdə əmlakı əldə edilməsinin nə müqavilə, nə də qanun üzrə əsası vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş məhkəmə xərci Cavabdeh aid edilməklə, 35 manat ondan alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4813/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4813/2023
20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver