Məhkəmə qərarları › İş №2(008)-4831/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4831/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4831/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı üçüncü şəxs Cavabdeh qeyd edilməklə evə yaşayış hüququnun tanınması barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı üçüncü şəxs Cavabdeh qeyd edilməklə evə yaşayış hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPMnin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən geri qaytarılmalıdır. Beləki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. İddiaçı isə tələbini iddia ərizəsi formasında verməli olduğu halda ərizə formasında vermiş, həmçinin iddiaçı tərəfindən verilmiş ərizədə üçüncü şəxs kimi Cavabdeh qeyd etsə də, cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan və tələbin kimə qarşı yönəldilməsi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur 263.1-cimaddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263,və 268cu maddələrinirəhbərtutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar