Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4838/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə vurulmuş 140 (bir yüz qırx) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 2020-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xəzər sahili ərazidə yerin üst münbit qatı qazılaraq 7 m3 həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 140 (bir yüz qırx) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 239 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyanın məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X4 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Beləliklə, 03.06.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 140 (bir yüz qırx) manat məbləğində ziyanın X3 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.04.2020-ci il tarixli, 55789 nömrəli aktının surətindən görünür ki, Məmmədov X1 rayonunda yol qırağından ** XN *** dövlət qeydiyyat nişanlı, “CASE” tipli avtomobilə 7 kub metr qum yüklədiyi aşkar edilmişdir. - MN seriyalı, ******* nömrəli, 21.04.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən inzibati xətanı törətmişdir. - MN seriyalı, ******* nömrəli, 03 iyun 2020-ci il tarixli inzibati tenbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən inzibati xətanı törətməsi ilə əlaqədar 1500 manat cərimə tənbeh növü tətbiq edilmiş və 140 (bir yüz qırx) manat təbiətə dəymiş zərər müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə qum daşınmışdır. - 26/1179 nömrəli, 08.09.2020-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ünvanladığı məktubun surətindən görünür ki, Cavabdeh 140 (bir yüz qırx) manat cərimə olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “X8” Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və X4 üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa bu qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar. Həmin Qanunun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Həmin qanunun 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 21 aprel 2020-ci il tarixdə X2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xəzər sahili ərazidə yerin üst münbit qatı qazılaraq 7 m3 həcmində qumun qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 140 (bir yüz qırx) manat məbləğində ziyan vurulmuşdur. Lakin dəymiş ziyan X2 tərəfindən ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 140 (bir yüz qırx) manat məbləğində dəymiş ziyan tutularaq X4 üzrə Dövlət Fondunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4838/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4838/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver