Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4872/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xidməti müqavilə üzrə 830 manat miqdarında pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında iddiaçı oğlu X1 Türkiyə Respublikasında ali təhsil alması ilə bağlı Bakı şəhəri Yasamal rayonu, X5 mərkəzində yerləşən "xxxx" MMC olan təhsil mərkəzinə müraciət etmişdir. "xxxx" MMC olan təhsil mərkəzinin məsul əməkdaşı İlahə adlı şəxslə görüşmüş və ona bütün məlumatları bildirmişdir. Eyni zamanda da iddiaçı oğlu X1 artıq fevral ayında 18 yaşı tamam olacağını və aprel ayında hərbi xidmətə çağırışçı olduğunu izah etmişdir. Bütün bunlara baxmayaraq, cavabdehin əməkdaşı İlahə xanım iddiaçını əmin etdi ki, heç bir narahatçılığa səbəb yoxdur və onların yəni cavabdeh "xxxx" MMC olan təhsil mərkəzinin verdiyi sənəd Azərbaycan Respublikasının istənilən hərbi komissarlığında keçərlidi. Cavabdeh orqan bununla da iddiaçını əmin etdi ki, oğlu X2 çağırışçı olmasına baxmayaraq o, sentyabr ayının 23-də Türkiyə Respublikasının Yozqat Universitetinə 4 (dörd) il müddətinə ödənişli təhsil almağa göndəriləcək. Bütün bu səbəblərə görə də X1 Türkiyə Respublikasının Yozqat Universitetində ali təhsil alması üçün cavabdeh "xxxx" MMC olan təhsil mərkəzinin hesabına müqavilə üzrə 830 (səkkiz yüz otuz) manat pul vəsaiti köçürdü. Bununla bağlı cavabdehlə aralarında 14 fevral 2023-cü il tarixli № TR- 550065 nömrəli Xidməti müqavilə bağlanmışdır. Bir müddət keçəndən sonra cavabdeh iddiaçıya Türkiyə Respublikasında təhsilin alınmadığını bəhanə gətirərək əvvəlcə Litva Respublikasının Vilnus şəhərində yerləşən universitetə qəbul edəcəklərini daha sonra perovodla Türkiyəyə keçiriləcəyini bildirdilər. İddiaçı isə məcburən razılaşdı. Cavabdeh iddiaçıya Türkiyə Respublikasının Yozqat Universitetinə deyil, Litva Respublikasının Vilnus şəhərində yerləşən universitetinin sənədini verdi və qeydiyyatda olduğu Suraxanı rayon hərbi komissarlığa təqdim etməyi təklif etdilər. İddiaçı elə həmin gündə sənədi aparıb Suraxanı rayon hərbi komissarlığa təqdim etsə də, komissarlıq sənədi qəbul etmədi və bunun keçərli olmadığını bildirdilər. Bunu biləndən sonra iddiaçı dərhal cavabdehlə əlaqə saxladı, onlar iddiaçıya hər bəhanə gətirərək düzəldəcəklərini və ya pulu geri qaytaracaqlarını bildirsələrdə bugünə kimi nə iddiaçının işini düzəltdilər nə dəki pulunu geri qaytardılar. Hazırda da cavabdehdən qalan 830 manat pulun geri qaytarılması barədə iddiaçı məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, №TR-550065 saylı xidmət müqaviləsindən görünür ki, X3 MMC, İddiaçı üçün bu müqavilədə göstərilən xidmətləri həyata keçirməyi və İddiaçı isə razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli müqaviləyə 1 Saylı Əlavənin 2.1-ci maddəsindən görünür ki, müqavilə üzrə xidmət haqqı 790 manat təşkil edir. Əlavənin 2.1.1-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 400 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür. Əlavənin 2.1.2-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 390 manat hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 400 manat məbləğində pul X3 MMC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 390 manat məbləğində pul X3 MMC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 40 manat məbləğində pul X3 MMC-nin hesabına ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbul məktubundan görünür ki, xx.xx.2005-ci ildə Azərbaycanda anadan olmuş X2 əyani olaraq Vilnus Universitetinin 4 illik Beynəlxalq Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr proqramına qəbul olunmuşdur. - Çağırış vərəqəsinin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə hərbi xidmətə yola düşmək üçün hərbi xidmətə çağırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı ilə X3 MMC arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin tarixdə 1 saylı Əlavədə qeyd olunan 400 manat məbləğində ödənişi daha sonra isə 390 manat və 40 manat ödniş etmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Quliyev Aslanın müqavilədə göstərilən universitete qəblu üçün müraciəti təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi cavabdeh lazımi vicdanlılıqla hərəkət etməmiş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, yəni sifarişçi xx.xx.2023-cü il tarixli müqaviləyə əlavəyə əsasən Türkiyə universitetlərinə bakalavr paketi üzrə müraciət etməyi üzərinə götürsə də, bunu həyata keçirməmişdir. Eyni zamanda alternativ universitet kimi təklif etdiyi “Vilnus” universitetinə qəbulu isə Quliyev Aslanın hərbi xidmətinin ertələnməsi üçün əsas olmadığına görə faktiki olaraq iddiaçı müqavilə üzrə xidmətdən istifadə imkanından məhrum olmuşdur. Buna görə də, iddiaçı tərəfindən ödənilən 830 manat pul ona geri qaytarılmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 MMC-dən 830 (səkkiz yüz otuz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4872/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4872/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver