Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4876/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 650 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3116 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X3 müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı “Khazar SD” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq. İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-817/2023 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) İddiaçı MMC-nin iddiası qismən təmin edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı BDYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: EQ 10614886 saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ 10614873 saylı protokola görə 80 manat, EQ 10614871 saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 45 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 650 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da, lizinq şirkəti ilə yanaşı, nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçı ərizə ilə müraciət edərək iddiaya iştirakları olmadan baxılıb, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsi və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - İddiaçı MMC və X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsindən görünür ki, sonuncu, dəyəri 13113 manat olan “Khazar SD” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə illik 19% olmaqla, 47 ay müddətinə dövri ödənişlər etməyi öhdəsinə götürmüşdür. - X6 və X5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC və X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri X2 ötürülmüşdür. - X5 və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC və X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri Cavabdeh ötürülmüşdür. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, “Khazar SD” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 Cavabdeh təhvil verilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-817/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə sözügedən avtomobil şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1890 manat ziyan vurulduğu müəyən edilmiş və məhkəmə tərəfindən Cavabdeh 484,91 manat əsas, 322,58 manat gecikmiş mükafat, 20 manat cərimə borcu və 1890 manat ziyan məbləği olmaqla, cəmi 2717,49 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir - “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, həmin qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra olunması üçün Sabunçu İcra Şöbəsinə göndərilmişdir. - İşdə olan elektron çıxarışlardan, xx.xx.2023-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, EQ 10614886 saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ 10614873 saylı protokola görə 80 manat, EQ 10614871 saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 45 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat olmaqla, cəmi 650 manat məbləğində cərimə məbləğləri İddiaçı MMC tərəfindən "xxxx" ASC vasitəsilə ödənilmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən bağlanılmış lizinq müqaviləsinə əsasən X4, sonradan həmin şəxs tərəfindən sözügedən müqavilə üzrə öhdəliklər X2 və o isə xx.xx.2021-ci il tarixdə Cavabdeh ötürmüşdür və həmin tarixdə eyni zamanda “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(008)-817/2023 nömrəli qətnaməsindən göründüyü kimi, avtomaşın xx.xx.2022-ci il tarixdə Cavabdeh alınaraq iddiaçının dayanacağına yerləşdirlmişdir. Avtomobilin cavabdehdə olduğu müddət ərzində, onun tərəfindən yol hərəkət qaydaları pozulduğundan aidiyyəti protokollar tərtib edilmiş və həmin protokollar üzrə cəmi 650 manat məbləğində cərimə məbləği İddiaçı MMC tərəfindən ödənilmişdir ki, bu hal, işdə olan sənədlərlə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırda reqres qaydada ödənilmiş cərimə məbləğlərinin cavabdehdən tələb etməsinin faktiki əsasları mövcud olduğu kimi, qanuni əsası da vardır, buna görə də iddia haqlı sayılmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30,4 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə, Cavabdeh ödənilmiş cərimələrin əvəzi olaraq 650 (altı yüz əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4876/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4876/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver