Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4883/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehlər Qrişenko (Quliyeva) Tamara Telman qızı və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 iddiaçıya borclu olduğu ümumilikdə 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun və ödədiyi 336,30 manat məbləğində dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, cavabdeh “X4” kimi qeyd olunan əslində Cavabdeh1dır. Odur ki, məhkəmə tərəfindən “X6” Cavabdeh1 qzı kimi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə X4 iddiaçıya Vilnüs şəhərində qardaşı İbrahimin kafesi olduğunu, hazırda kafeni satmaq istədiyini bildirdi və kafeni almağı məsləhət gördü. Tamara 40000 avro məbləğində pul ödəyəcəyi təqdirdə Vilnüs şəhərində yerləşən kafeni alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcəyini bildirdi, iddiaçı da ona inanıb razılaşdı. 2012-ci ilin noyabr-dekabr aylarında əri Səlimov Mehdi ilə birlikdə Tamaranın deməsi ilə qızı Elnarə ilə görüşüb ümumilikdə 40000 avro məbləğində pulu Elnarəyə vermişlər. İddiaçı Tamaranın onu aldatdığını görüb pulunu qaytarmasını tələb etdi, o isə müxtəlif bəhanələrlə hər dəfə iddiaçını aldatmağa başladı. Bundan sonra iddiaçı məcbur olub polis bölməsinə şikayət etdi. Tamara 09,03.2014-cü il tarixdə polis bölməsində yazılı iltizam verərək aldığı pulu hissə-hissə olmaqla 2014-cü ilin iyul aynadək qaytarmağı öhdəsinə götürdü. Lakin, Tamara yenə də yazdığı iltizama əməl etməyərək pulu qaytarmadı. Bundan sonra iddiaçı Nizami rayon prokurorluğuna şikayət etdi və Nizami rayon Polis İdarəsində Tamara barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıldı. Bundan sonra Tamara barəsində bir neçə şəxsin də şikayətçi olduğunu öyrəndi. Cinayət işi üzrə istintaq apanldıqdan sonra xx.xx.2020-ci il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. X4 bu günədək iddiaçıdan aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də iddiaçı məcbur qalıb məhkəməyə müraciət edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bir neçə zərərçəkənin, eyni zamanda İddiaçı xx.xx.2014-cü il tarixdə verdiyi şikayəti əsasında cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı və onun qardaşları barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayəti işi başlanılmış, onların əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından Nizami RPİ istintaq şöbəsinin müstəntiqi Tural Qasımov tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, cinayət işinin gedişatında iddiaçı da, cavabdeh də müxtəlif vaxtlarda müxtəlif, bəzən ziddiyətli ifadələr vermişdilər. Həmin qərardan məhkəmə aşağıdakıları müəyyən etmişdir. Cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı İddiaçı Vilnüs şəhərində qardaşının işlətdiyi kafeni 40 min avroya satıldığını bildirmiş, İddiaçı 2012-ci ildə həmin kafeni almaq məqsədilə 40 min avronu ödəmiş, sonradan 2013-cü ildə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün sonradan avtomobilin ona satılacığı şərtilə əlavə olaraq 6 min ABŞ dolları ödəmişdir. Qrişenko (Quliyeva) Tamara Telman qızının ifadəsinə əsasən 40 min avron onun mərhum qardaşı İbrahimə ödənilmiş, İbrahim həmin pulu kiməsə vermiş və geri almadan ölmüşdür. Lakin, sonradan cavabdeh Qrişenko (Quliyeva) Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamışdır. Həmin iltizama əsasən o, qardaşı X5 ilə İddiaçı Vilnusda kafe satmaq niyyətilə 40 min avro və 6 min ABŞ dolları almış və iyul ayına qədər hissə-hissə qaytaracağına dair söz vermişdir. Həmin iltizam İddiaçı, Qrişenko (Quliyeva) Tamara Telman qızı və iltizamın yazılmasında iştirak edən Nəbiyev Əlamdar tərəfindən imzalamışdır. Adıçəkilən müstəntiqin qərarından görünür ki, iddiaçının mövqeyinə görə ona kafe satılmamış, cavabdehin mövqeyinə görə iddiaçı kafeni almaqdan imtina etmişdir. Cinayət işinin gedişatında cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı tərəfindən kafenin mülkiyyətçisinə, kafenin satışa çıxarılmasına dair hər-hansı bir sənəd istintaq orqanına təqdim edilməmişdir. Qərardan eyni zamanda görünür ki, iddiaçı tərəfin mövqeyinə görə pullar iddiaçının əri tərəfində cavabdehin qızı Cavabdeh2 verilmiş, lakin Cavabdeh2 həmin halı inkar etmişdir. Eyni zamanda həmin qərarda cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı izahatında 6000 ABŞ dolları və 40000 avronun qaytaracağı barədə iltizam yazdığını etiraf etmişdir. Adıçəkilən müstəntiqin qərarında tərəflərə mülki qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırki işdən əvvəl iddiaçı X8 (İddiaçı əri) cavabdeh X2 qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər barədə iddia ərizəsi məhkəməyə vermişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X8 həmin iddia ilə əlaqədar müvafiq subyektiv hüquqa malik olmadığına görə iddia rədd edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı arasında olan münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul verməmiş, kafe almaq niyyətilə 40 min avro vermiş, kafeni ala bilməmiş, kafeyə dair, kafenin satlımasına dair heç bir sənəd cavabdeh tərəfindən istintaq orqanına təqdim edilməmişdir. Bu əsasdan məhkəmə iddiaçı tərəfindən kafenin alınmasından imtina edilməsini inandırıcı hesab etmir. 6000 ABŞ dolları isə iddiaçı avtomobilin gömrük rəsmiləşdirlməsi üçün sonradan avtomobilin ona satılacağı şərtilə vermiş, avtomobil ona satılmamış və pul da qaytarılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya aid müddəaları yaradır. Adıçəkilən Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən imzalanmış qəbz həyata keçirilməmiş əsasa söykənmişdir. Belə ki, nə kafe, nə avtomobil iddiaçıya satılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 40 min avro və 6000 ABŞ dolları cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Belə ki, pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sabunçu rayon Məhkəməsi tərəfindən iddiaçı X8 (İddiaçı əri) cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızına qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər barədə iddia ərizəsinə baxılan zaman cavabdeh X7 məhkəmədə iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki işdə cavabdeh iştirak etmədiyinə və iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə müraciət etmədiyinə görə məhkəmə aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2.-ci maddəsinə əsasən ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3-ci maddəsinə əsasən zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4-ci maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Beləliklə, əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddət nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, tələb qüvvəsini itirməmişdir. Belə ki, cavabdeh Quliyeva Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamış, iddiaçı isə iddia ərizəsini 2022ci ildə vermişdir. Bundan başqa, iddiaçı xx.xx.2014-cü il tarixdə polisə şikayət etmiş, cinayət işi qaldırılmış və həmin cinayət işi 2020-ci ilədək davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş 336,30 manat məbləğində dövlət rüsumu cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızından iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 40000 avro və 6000 ABŞ dolları məbləğində pul və 336,30 manat məbləğində dövlət rüsumu Qrişenko (Quliyeva) Tamara Telman qızından alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 40000 avro və 6000 ABŞ dolları məbləğində pul (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 336,30 manat məbləğində dövlət rüsumu Qrişenko (Quliyeva) Tamara Telman qızından alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4883/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4883/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver